Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   75   76   77   78   79   80   81   82   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
184
Sənəd № 67
Protokol
1918-ci il, 19 dekabr, Quba şəhəri
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlər Əyyub 
bəy Xanbudaqovun və polis Məmmədov Yusif Hacı Əli Nağı oğlunun 
iştirakı ilə, Quba polisi həkimi cənab Levinin vasitəsilə zərərçəkənləri 
– İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunu və Zəhra Yusif qızını, 
onlara yetirilmiş xəsarətlərin xarakter və dərəcəsinin müəyyən edilməsi 
məqsədilə müayinə etmişdir və bununla müəyyən edilmişdir ki:
1) İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu. Müayinə edilənin üzdən 
7-8 yaşı var, dərialtı piy qatı ortadır, bədən quruluşu və qidalanması 
normaldır, sol çiyin qurşağında 7 santimetr uzunluğunda, əyri forma-
da, sol körpücük sümüyündən sol çiyin sümüyünün kəlləsinə doğru 
gedən çapıq var. Əzələ qatı sol əlin sərbəst hərəkət etdirilməsinə mane 
olacaq dərəcədə zədələnməmişdir. Sol budunun daxili səthində, no-
xud dənəsi boyda, iri formada üzdən olan kiçik yara çapığı var. Digər 
zədələr yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir.
2) Zəhra Yusif qızı. Müayinə edilənin üzdən təxminən 20 yaşı var, 
bədən quruluşu və qidalanması ortadır. Döş ətinin sağ tərəfində gözə 
çarpan iri formada təqribən düz, 1
1\2
 sm. böyüklüyündə iki iri formada 
kəsik var, onlardan biri dərialtı qata bitişmişdir. Sinəsinin sol tərəfində 
düzgün olmayan dördkünc formada, hərəkətli, eni 2
1\2
 sm. və boyu 
2 sm. olan yara yeri var. Bu yaradan bir santimetrlik məsafədə bayır 
tərəfdən daha böyük ölçüdə düzgün olmayan, yüngül hərəkətli, 5 sm. 
enində və 2
1\2
 sm. böyüklüyündə digər kəsik yeri var. Digər zədələr 
yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir. 
3) Kərbəlayı Abuzər Məstan oğlu. Müayinə edilənin üzdən 60 yaşı 
var, bədən quruluşu və qidalanması ortadır. Sol baldırının ön səthində 
dəyirmi formada, noxud boyda yara var. Digər zədələr yoxdur. 
Ekspert: Doktor İ.Levi (imza)
Şahidlər: Yusif Məmmədov, Ə.Xanbudaqov (imzalar)
Komissiyanın üzvü А.Novatski (imza)
Rəy:
1.  İsmayıl  Kərbəlayı  Məmməd  Tağı  oğlu.  Sol  çiyin  ətində  iti 
kəsici silah ilə vurulmuş yaradır, yara əzələ qatını zədələmədiyi və əl 
hərəkətləri sərbəst və ağrısız olduğu üçün vurulmuş zədələr yüngül 


185
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
dərəcəyə aiddir. Ona digər yara ucu şiş deşici silahla vurulmuşdur və 
xarakterinə görə o da yüngül dərəcəyə aiddir.
2. Zəhra Yusif qızı. Ucu şiş deşici silahla iki yara almışdır, yüngül 
zədə  dərəcələrinə  aiddir.  Üçüncü  və  dördüncü  yaralar  odlu  silah-
dan  atılmış  güllə  yarasından  yaranmışdır,  həm  də  güllə,  öz  birbaşa 
istiqamətini dəyişərək, dəri qatına bir qədər qövs şəklində keçmişdir. 
Bu zədələr də vəziyyətinə görə yüngül dərəcələrə aiddir.
3.  Kərbəlayı  Abuzər  Məstan  oğlu.  Əhəmiyyətsiz  üzdən  yara 
güllənin dərini sürtüb keçməsindən əmələ gəlmişdir. Yara yüngüldür.
Doktor İ.Levi (imza)
Vərəqin arxa tərəfindəki qeyd: 
Ərizə.
Yuxarıda adları çəkilənlərin müayinə edilməsinə görə mənə 20 
rubl məbləğində zəhmət haqqı verməyinizi xahiş edirəm.
İ.Levi (imza)
Yazı.
19 dekabr 1918-ci il tarixində Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü cənab Novatskidən 20 rubl (iyirmi rubl) aldım. 
İ.Levi (imza).
AR DA, f. 1061, s. 1, iş 96, v. 60-61
Sənəd № 68
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid 
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Knyaz David Aleksandroviç Gelovani, 30 yaşım var, müvəqqəti 
olaraq  Quba  şəhərində  yaşayıram,  mənim  daimi  ünvanım:  Bakı 
şəhəri, Nəcəf Əmircanovun kontoru, Pravoslav Kilsəsinin qarşısında.
Mən əqidəmə görə sosial-demokrat – menşevikəm. Mən öz si-
yasi baxışlarıma görə katorqa işlərinə sürgün edilmişdim. Çevrilişdən 
sonra  azad  edilmişəm  və  Moskvada  tibb  fakültəsində  oxuyurdum. 
1918-ci  ilin  əvvəlində  qohumlarımı  ziyarət  etmək  üçün  Qafqaza 
gəlmişdim.  Rusiyaya  qayıtmaq  istədikdə,  Qudermes  hadisələrindən 
sonra dəmiryolu hərəkəti dayandırılmış oldu. Mən Bakıya gəldim, işsiz 


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
186
qalmışdım. O zaman orda hakimiyyət bolşeviklərin əlində idi. Onların 
başçılarından  Caparidze  adlı  birisi  mənə  milis  müfəttişi  vəzifəsini 
təklif etdi. Mən razılaşdım və İcraiyyə komitəsi tərəfindən bu vəzifəyə 
təyin  edildim.  Bakıda  mart  hadisələrindən  sonra  mənə  dəmir  yolu-
nun  Qudermes  stansiyasına  qədər  düzgün  hərəkətini  bərpa  etmək 
tapşırılmışdı.  Mən  arxamla  gələn  əsgər  eşelonu  ilə  parovozda  irəli 
yollandım. Yol boyu eşelonun yaxınlaşdığını görən müsəlman əhalisi 
kəndləri tərk edir və qaçırdılar. Mən müsəlmanları saxlayır və yerlərində 
qalmaları üçün dilə tuturdum, çünki onları heç bir təhlükə gözləmirdi. 
Mənim eşelonum rus və ermənilərdən ibarət idi, amma yarıdan ço-
xunu ermənilər təşkil edirdi. Dəstədə iki min nəfərə yaxın adam var 
idi.  Biz  Xaçmaz  stansiyasına  gəlib  çatdıqda,  bizim  qatara  minmiş 
hansısa iki erməni burada, stansiyanın yaxınlığındakı meşədə, köhnə 
Xaçmazın olduğu yerdə 120-yə yaxın kişi, qadın və uşaq meyitlərini 
aşkar etdilər, meyitlər arasında rus tiplilər də var idi, amma əksəriyyəti 
ermənilər  idi.  Mən  həmin  yerə  getmişdim  və  meyitləri  görmüşəm, 
lakin  hal-hazırda  bu  yeri  göstərə  bilmərəm.  Eşelon  bu  xəbərdən 
hiddətlənmişdi və həyəcanlanmağa başlamışdı. Eşelon Quba şəhərinə 
getmək və bu hadisəyə görə onu dağıtmaq istəyirdi, çünki eşelonun 
məlumatına görə, bu adamlar Şıxlar bəyləri tərəfindən öldürülmüşdü. 
Mən  eşelonun  çətinliklə  saxlayırdım.  Mənim  və  komissarların  təsiri 
altında,  həmçinin  qubalıların  danışıqlar  aparmaq  üçün  Qubadan 
nümayəndə  heyəti  göndərməsi  haqqında  alınan  telefon  məlumatı 
nəticəsində, eşelon Qubaya getmək niyyətindən daşındı. Eşelon məni, 
neytral  şəxs  kimi,  qubalıların  2  saat  ərzində  bolşevik  hakimiyyətinə 
tabe  olması  ultimatumu  ilə  Qubaya  göndərməyi  qərara  aldı.  Üç 
nəfərdən ibarət nümayəndə heyəti gəlib çıxdı və bildirdi ki, qubalılar 
bolşeviklərin  hakimiyyətini  tanıyır  və  onları  dəstəkləyəcəklər.  Son-
ra  özünü  qətiyyətlə  bolşevik  adlandıran  başqa  nümayəndə  heyəti 
gəldi. Mən Quba şəhərinə gəldim və qubalılara təklif etdim ki, mənə 
iki saat ərzində cavab versinlər: sovet hakimiyyətinə tabe olurlar ya 
yox,  və onlara dedim ki, rədd cavabının nəticələrinə görə cavabdeh 
deyiləm. Qubalılar bir neçə nümayəndə seçdilər və onlar, bolşevizm 
ideyalarının Şəriətə
40
 zidd olmadığı barədə sünni və şiə məzhəblərinin 
dini rəhbərlərindən təsdiq aldıqdan sonra, Sovet hakimiyyətinə tabe 
olduqlarını  bildirdilər.  Mən  Quba  nümayəndələrini  ümumi  şəkildə 
bolşevizm  ideyaları  ilə  tanış  etdim.  Mən  bu  barədə  Xaçmazdakı 
eşelonların komissarlarına məlumat verdim. Mən bir müddət Qubada 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə