Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   77   78   79   80   81   82   83   84   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
190
orda  olan  hər  kəsi  öldürürdülər.  Mən  öz  evimdə  tək  oturmuşdum. 
Ətrafdan güllə, qışqırıq və inilti səsləri eşidirdim. Ermənilər evlərə soxu-
lur və sakinləri öldürürdülər. Mən qonşuya qaçdım və orada gizləndim, 
burada artıq çoxlu adam var idi. Mən bir hadisə haqqında deyə bilərəm 
ki, ermənilər bir evdən 17 kişini küçəyə çıxarmış və güllələmişdilər. Bu 
qurbanlar arasında ata və oğul da var idi. Sonuncu bu hadisələrdən bir 
həftə əvvəl evlənmişdi. Ermənilər onu öldürmək istəyəndə, atası oğluna 
rəhm  edilməsi  və  əvəzində  onun  özünün  öldürülməsi  xahişi  ilə  on-
lara pul təklif etdi. Ermənilər pulu aldılar, oğulu atanın gözü qarşısında 
öldürdülər,  sonra  isə  atanı  öldürdülər.  Ümumiyyətlə,  ermənilərin 
vəhşiliklərinin  həddi  yox  idi.  Həmin  məhəllədə  300-ə  yaxın  adam 
öldürülmüşdü. Onların çoxunu mən özüm dəfn etmişəm. Əksəriyyətinin 
meyitləri xəncərlərlə eybəcər hala salınmışdı: əlləri, burunları kəsilmiş, 
sifətləri çapılmışdı. Ermənilər yandırır və qarət edirdilər. Cəsədlər dörd 
gün küçələrdə, evlərdə və həyətlərdə qalmışdı. Meyitlərin çürüməsindən 
şəhəri dəhşətli üfunət iyi bürümüşdü. Dördüncü  gün  elə bil ki, sakit-
lik  çökdü,  hətta  meyitləri  basdırmağa  başladılar.  Mənə  məlumdur  ki, 
Molla  Hacı  Baba  Axundzadənin  əlində  ermənilər  tərəfindən  təcavüzə 
məruz qalmış 78 müsəlman qızın siyahısı var. Valideynləri və qohumları 
bu  bədbəxtləri  gizlədirlər  və  başlarına  gələn  bu  biabırçılığı  heç  kimə 
bildirmək  istəmirlər.  Bizdə  adət  belədir,  düşüncə  belədir.  Molla  Hacı 
Baba Bakı şəhərindədir, ünvanı mənə məlum deyil.
Molla  Hacı  Babanın  evində,  ora  çoxlu  müsəlmanın  toplaşmışdı, 
bir  erməni  –  Amazaspın  Konstantinopoldan  olan  yoldaşı  bizə  dedi 
ki, onlar müsəlmanların çoxuna ona görə rəhm ediblər ki, Molla Hacı 
Baba çoxlu erməni qadınını xilas edib və hətta deyirdi ki, Şaumyan bü-
tün müsəlmanları aman vermədən qırmağı əmr etmişdi, ancaq Molla 
Hacı Babanın xətrinə onlar bunu etmirlər. Bu erməninin adını bilmirəm. 
Məscidin qarşısında mən Quba ermənisi Arutyun Mirzəcanovla rastlaş-
dım, o mənə dedi ki, əgər ermənilər yüz qat artıq müsəlman öldürsələr 
belə, yenə də müsəlmanların ermənilərə etdiklərinə çata bilməzlər. On-
dan başqa tanış ermənilərdən heç kimi görməmişəm. Mənim daşınan 
əmlakım oğurlanmayıb, iki qızımın əmlakı qarət edilib.
Əlavə heç nə deyə bilmərəm. 
Oxundu. İmza (ərəb hərfləri ilə) 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 115-116 


191
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 71
Dindirmə protokolu
1918-ci il. 27 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-siyasının 
Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas bəy Bala bəy oğlu Həsənbəyov, 43 yaşlı. Savadlı, Bakı 
şəhəri sakini, Çadrovaya və Persidskaya küçələrinin tini, ev. 109 
Bakıda barışıq əldə edildikdən sonra, 23 mart 1918-ci il tarixdə 
mən 8 nəfərdən ibarət ailəmlə birlikdə Bakıdan Quba şəhərinə qaçdım. 
Biz  səhər  saat  10-da  piyada  evdən  çıxdıq.  Cənubi  Qafqaz  dəmir 
yoluna  düşərkən  şəhərlə  Biləcəri  arasında  tüfənglərlə  silahlanmış 
10-dan  çox  erməni  əsgəri  “dayanın”  -  deyə  qışqıraraq  bizə  hücum 
etdi. Bizimkilərdən bir neçəsi qaçmağa üz qoydu və əsgərlər onlara 
tərəf  atış  açdılar.  Mən  xəstə  adam  olduğum  üçün  qaça  bilmədim 
və  dayandım.  Ailəm  mənim  ətrafıma  yığıldı,  ağlamağa  başladı  və 
əsgərlərdən məni öldürməməyi xahiş etdi. Mən əsgərlərə dedim ki, 
məni  öldürə  bilərsiniz,  çünki  mən  onsuz  da  ölüyə  tay  bir  adamam, 
amma  yenə  də  ailəmi,  yanımda  gördüyünüz  8  nəfəri  dolandırıram. 
Erməni əsgərlər məni öldürmədilər, amma mənim paltomu, papağımı, 
kostyumumu, ayaqqabılarımı, oğlumun isə paltosunu və kostyumunu 
çıxardılar. Zərxara, ipək qadın paltarları ilə, qızıl, brilyantla dolu səbəti 
qarət etdilər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə 
əlavə etməyinizi xahiş edirəm. Ermənilər mənim arvadımın arxalığına 
tikilmiş 28 000 rubl pulu tapdılar. Qarət olunduqdan sonra biz Xırdalan 
istiqamətində  irəlilədik,  orda  olanlar  mənə  məsləhət  gördülər  ki, 
Sumqayıta tərəf gedim, orada dağıstanlılar var və onlar bizə kömək 
edərlər. Yolda mən fayton gördüm və onu Sumqayıta qədər 50 rubla 
kirayə etdim. Sumqayıt stansiyasında mən yol yoldaşım Kərim Turab 
oğluna rast gəldim, ondan 50 rubl borc aldım və faytonçunun pulunu 
ödədim. Sumqayıtdan Xaçmaza qədər bizi yük vaqonlarında apardılar. 
Bu,  ertəsi  gün,  24  martda,  axşama  yaxın  baş  vermişdi.  Xaçmazdan 
Qubaya  qədər  atlarla  getdik.  Mən  ailəmi  Qubada  qoyaraq,  geriyə, 
Bakıya  qayıtdım.  Qubada  qanlı  hadisələr  mən  olmadığım  dövrdə, 
aprel ayında baş verib.
Bu il may ayının 15-də Bakıda mən Böyük Dəniz küçəsində qubalı 


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
192
erməni  Artyom  Avanesovla  rastlaşdım.  O  mənə  danışdı  ki,  Qubada 
cəza  dəstəsinə  rəhbərlik  edərək  qubalıları  nişan  verirmiş,  məsələn, 
Hidayət  Şükür  oğlunu  ermənilərin  düşməni  kimi  göstərib;  Artyom 
Avanesov danışırdı ki, təəssüf olsun ki, Hidayət özü ələ düşmədi, amma 
oğlu Musa ələ keçdi və ermənilər onu öldürdülər, Hidayətin arvadını 
isə zorladılar. A. Avanesov deyirdi ki, mən hətta Mirzə Qulunun, sizin 
qonşunun  evini  yandırmaq  istəyirdim,  amma  sizin  evinizə  də  zərər 
dəyəcəkdi deyə, yandırmadım. Bu söhbətdən sonra mən bolşeviklərin 
qərargahında olan tanış qubalılarla birlikdə Qubaya getdim.
Qubada müsəlmanlara tutulan qanlı divanın bütün təfərrüatlarını 
öyrəndim,  qəbiristanlığı  ziyarət  etdim  və  orada  300-dən  artıq  yeni 
qəbir gördüm. Mənə deyirdilər ki, adamları 4-5, ya 2 nəfəri bir qə-
birdə  dəfn  ediblər.  Cəza  dəstəsinə  Amazasp  başçılıq  edib,  şəhərdə 
isə yanğınlara Artyom Avanesov rəhbərlik edib. Bunu mənə bir çox 
şəxslər söyləyiblər. Kərbəlayı Əli Hüseyn, atasının adı yadımda deyil, 
Məşədi  Nəsir  Əli  oğlunun  qohumu,  şəxsən  özü  mənə  danışdı  ki,  o 
qubalı bolşevik Bağırovun eyvanında Artyom Avanesova 600 rubl pul 
ödəyib ki, onun Qubanın ikinci məhəlləsindəki evini yandırmasınlar.
Mən  ermənilər  tərəfdən  qarətlərindən  maya  dəyərinə  görə 
ümumi  məbləği  55  945  rubl,  indiki  məzənnə  ilə  100  03  rubl  zərər 
çəkmişəm. Əşyaların siyahısını işə əlavə etməyinizi xahiş edirəm.
May  ayında  Xaçmazdan  Qubaya  gedən  yol  boyu  mən  müsəl-
manların cəsədlərini görmüşəm, onlar çaqqal və digər vəhşi heyvan-
lar tərəfindən gəmirilmiş halda yolun kənarındakı xəndəklərdə atılıb 
qalmışdılar. Quba şəhərinin 3-cü hissəsi daş qalağına çevrilib.
Oxundu. İmza. Abbas bəy Həsənbəyov.
Komissiya  üzvləri:  Aleksandroviç,  Məmməd  Xan  Təkinski
43

A.Kluqe
44
 (imzalar)
ARPİİ SSA, f. 277, s. 2, i. 15, v. 83-84 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə