Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   76   77   78   79   80   81   82   83   ...   112

187
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
qaldım.  Qubalılar  məndən  Qubaya  əsgər  dəstəsinin  göndərilməsini 
xahiş etdilər, çünki, burada onların mübarizə apara bilmədikləri insan-
lara qarşı güc lazım idi. Əsgər dəstəsinin göndərilməsini xahiş edən 
həmin  qubalıların  adları  və  soyadları  mənim  yadımda  deyil,  yalnız 
Kiragər adlı birisinin adını xatırlayıram, soyadını bilmirəm. Mən Bakıya 
teleqram vurdum ki, qubalılar qayda-qanun yaradılması üçün Qubaya 
əsgər dəstəsinin göndərilməsini xahiş edirlər. Mənə cavab verdilər ki, 
dəstə göndərilmişdir. Mən dəstəni qarşılamaq üçün Xaçmaza getdim 
və onunla birlikdə Qubaya qayıtdım. Dəstədə 187 nəfər, 12 erməni, bir 
neçə yəhudi, qalanları rus və iki pulemyot var idi. Dəstənin komandiri 
adını unutduğum bir erməni idi. Mən bu dəstə komandirini dəfələrlə 
fitnəkar  çıxışlardan  çəkindirməli  olurdum.  Pulemyot  komandasının 
rəisi  kapitan  Kubitski  idi,  o,  hal-hazırda  Petrovsk  şəhərində  polis 
nahiyəsində xidmət edir. Cox keçmədən bizim dəstənin üzərinə ləz-
gilər və ətrafdakı müsəlmanlar hücum etdilər. Qubalılar bizə hücum 
etməmişdilər.  Xaçmazdan  bizim  köməyimizə  Poruçik  Ağacanyanın 
başçılığı altında yalnız ermənilərdən ibarət olan 150 nəfərlik dəstə iki 
topla gəldi. Ertəsi gün o, Qubanın bütün xristian əhalisini, əsasən də 
erməniləri, Qubadan çıxarmaq üçün bir yerə topladı.
Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim. 
Onun əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm ki, qaç-
qınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş açmasınlar. 
Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leon-
tyev bağının yanında qaldı və ləzgilər onları öldürdülər. Mən döyüşün 
birinci günü əlimdən yaralanmışdım. Biz Xaçmaza getdik və oradan 
Dərbəndə  yollandıq.  Bir  neçə  gündən  sonra  Hərbi  komissar  Korqa-
nov Amazaspın başçılıq etdiyi təxminən 2 min nəfərlik cəza dəstəsini 
Qubaya  göndərdi.  Caparidze  mənim  keçmiş  köməkçim,  qubalı  Mir 
Cəfər  Bağırovun  imzaladığı  teleqram  almışdı.  Teleqramda  deyilirdi 
ki, qubalılar onların xilas edilməsi üçün təcili olaraq mənim Qubaya 
gəlməyimi xahiş edirdilər, çünki Amazasp hər yeri yandırır və hamını 
öldürür.  Caparidze  mənə  Quba  şəhərinə  getməyi  təklif  etdi.  Mən 
razılaşdım və geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Mən burada 
törətdiklərinə görə Amazaspı danladım. O və dəstənin komissarı Ve-
lunts mənə cavab verdilər ki, şəhəri öz aralarında müharibəyə başlamış 
sünni
41
 və şiələr
42
 yandırmış və bir-birini qırıb tökmüşlər. Mən onlara 
inanmadım və Amazaspa öz dəstəsi ilə Qubadan çıxıb getməyi təklif 
etdim.  O  əvvəlcə  tərəddüd  etdi,  lakin  sonra  gedəcəyini  bildirdi  və 


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
188
həqiqətən, burada olduğu doqquzuncu gün bütün dəstəsi ilə çıxıb get-
di. Onun ardınca mən də çıxıb getdim. Əlavə etməliyəm ki, Amazaspın 
dəstəsi Xaçmaza gedən yolda 35 nəfər arabaçını qətlə yetirmişdi. On-
lardan beş nəfərin meyitini mən şəxsən özüm görmüşəm.
Oxundu. İmza. Gelovani. 
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 62-65 
Sənəd № 69
Dindirmə protokolu
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid 
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
David Aleksandroviç Gelovani (əlavə olaraq)
Əlavə  olaraq  göstərirəm  ki,  mən  yığıncağa  (məclisə)  Qubanın 
nümayəndələri ilə birlikdə ruhani şəxslər olan Hacı Baba Axundzadəni 
şiə məzhəbinin nümayəndəsi kimi və Əbdürrəhman Əfəndi İmamı isə 
sünni  məzhəbinin  nümayəndəsi  kimi  dəvət  etmişdim.  Mən  onların 
hər  ikisini  ümumi  şəkildə  bolşevizmin  əsas  ideyaları  ilə  tanış  etdim 
və  hər  ikisi  bolşevizm  nəzəriyyəsinin  şəriətə  zidd  olmadığı  barədə 
fikir  söylədilər.  Bu  zaman  yığıncağın  (məclisin)  üzvü,  hazırda  Quba 
şəhərinin müstəntiqi, onlardan: “əgər biz iri mülkədarların torpaqlarını 
əllərindən alsaq, buna şəriət nöqteyi-nəzərindən yol verilirmi?” – deyə 
soruşduqda, Əbdürrəhman Əfəndi bir az fikirləşdikdən sonra cavab 
verdi: “Şəriət zorakılığı qəbul etmir, amma əgər bu sülh yolu ilə baş 
verərsə, bu hətta yaxşı olardı, çünki, çoxlu torpağı olanlar başqalarını 
işləməyə  məcbur  edirlər  və  bununla  da  günaha  batırlar.  Hacı  Baba 
Axund bu fikirlə razılaşdı. Onlar hər ikisi öz fikirlərini sərbəst, təzyiq və 
zorakılıq olmadan bildirirdilər. 
Mən və Amazasp Quba şəhərindən geri çəkilərkən bizim dəstəmiz 
heç bir zorakılıq etməmiş, heç kimi öldürməmiş, evləri yandırmamışdır, 
haradasa aşağıda ev yanırdı, lakin o top mərmisindən alışmışdı.
Mən iki gün ərzində ləzgilərə qarşı müqavimət göstərdim və on-
lara  təslim  olmadım,  çünki,  əvvəla  zabit  şərəfim  buna  yol  vermirdi, 
ikincisi  isə,  mən  təslim  olmaq  haqqında  təklif  almamışdım,  əksinə, 


189
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
təslim olduqdan sonra dəstəm ilə birlikdə güllələnməyəcəyim haqda 
hər hansı bir təminat olmadan, hədələyici təkliflər alırdım.
Amazaspın dəstəsində bir nəfər də olsun rus yox idi, sonuncu 
daşnaksakana qədər, hamısı ermənilər idi. Amazaspın dəstəsində bircə 
nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya 
qədər, qatı daşnaksakan idi. Amazaspın özü də qatı daşnaksakandır. 
Hesab  edirəm  ki,  cəza  dəstəsi  Qubaya  Şaumyanın  arzusu  ilə  gön-
dərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır.
Quba şəhərinin bir neçə verstliyində olan Dəvəçi və Alpan kəndləri 
müsəlman kəndləri olduğu üçün Amazaspın dəstəsi tərəfindən od vu-
rulub yandırılıb. Başqa cür izah edə bilmərəm.
İmza.
Komissiyanın üzvü: А.Novatski (imza).
AR DA, f. 1061, s. 1, iş 96, v. 118-119 
Sənəd № 70
Dindirmə protokolu
 
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq  şahid 
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir: 
Molla Şıx Hüseyn Axundzadə, 1-ci məhəllənin məhəllə mollası, 
Quba şəhəri sakini, 72 yaşlı.
Bu ilin aprel ayında yanında əsgər dəstəsi olan Gelovani adlı biri-
si  Quba  şəhərində  Sovet  hakimiyyətini  və  onun  qaydalarını  bərqərar 
edirdi.  Yaxın  kəndlərdən  olan  ləzgilər  üsyan  etdilər  və  Gelovanini 
dəstəsi  ilə  birlikdə  qovdular.  Bundan  bir  neçə  gün  sonra,  may  ayının 
1-də  Amazaspın  başçılıq  etdiyi  və  “Amazaspın  cəza  dəstəsi”  adlı 
erməni  dəstəsi  Qubaya  gəldi.  Biz  bu  dəstənin  yaxınlaşması  haqqında 
eşitmişdik,  və  çoxları  qaçırdı,  mən  də  daxil  olmaqla,  çoxları  ailələrini 
şəhərdən  çıxarırdı,  lakin  əksəriyyəti  qalmışdı,  çünki  əmin  idilər  ki,  bu 
hökumət  qoşunlarıdır  və  əhaliyə  qarşı  zorakılıq  tətbiq  etməyəcəklər. 
Amma,  çox  böyük  səhv  etmişdilər  və  bu  onlara  baha  başa  gəldi. 
Ermənilər hücuma başlayan kimi dərhal şəhəri toplardan, pulemyotlar-
dan və tüfənglərdən atəşə tutdular. Xeyli sayda kişi, qadın və uşaqlar 
qətlə  yetirildi.  Küçələrdə  tüfənglə  atışma  gedirdi,  küçəyə  çıxan  və  ya 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə