Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə88/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   84   85   86   87   88   89   90   91   ...   112

215
Sənəd № 112
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq  zərər-
çəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İbrahim Zahidov, 50 yaşlı, 6-cı dairə Samborçağın mirabı, Qu-
sar nahiyəsi, Tarcal cəmiyyəti, eyni adlı kəndin sakini, savadlı.
Bizim kəndimiz dağlarda, Qusar nahiyəsində yerləşir, lakin bizlər-
dən çoxu yay-qış aşağıda yaşayır, daha dəqiq desək: 5 bölüm Müşkür 
nahiyəsində, 3 bölüm isə Qusar nahiyəsində. Bu ilin aprelində ermənilər 
tərəfindən gözlənilən təhlükə qarşısında biz ailələrimizi əmlakla bəra-
bər Tarçal kəndinə, dağlara göndərdik, bölümlərdə isə müdafiə üçün 
gözətçilər  qoyduq.  Ermənilər  bir  neçə  dəfə  bizə  yaxınlaşmağa  cəhd 
göstərdilər, amma biz atışmaya girərək, onları yaxına buraxmırdıq. Ona 
görə  də  bizim  cəmiyyət  talana  məruz  qalmayıb  və  ziyan  çəkməyib. 
Sakinlərdən yalnız bir nəfər öldürülüb, o da bizdə yox, Quba şəhərində. 
Bundan əlavə sözüm yoxdur. 
Oxundu. İmza. 
Komissiyanın üzvü: А.Novatskiy (imza) 
AR DA, f. 1061, s. 1, iş 98, v. 16
Sənəd № 113 
Dindirmə protokolu
 1918-ci il. 20 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rüstəm  Fileydan  oğlu,  5-ci  Fəthibəy  nahiyəsi  Nügədi 
cəmiyyətinin starşinası.
Mən  Quba  şəhərinin  7  verstliyində  yerləşən  Nügədi  kəndinin 
starşinasıyam. Qabaqcadan deyim ki, öz şəhadətimdə dəqiq vaxt göstərə 
bilməyəcəyəm. Quba şəhərini artıq talan etdikdən sonra bizim kəndə pi-
yada və atlı erməni və yəhudi dəstəsi gəldi. Onlar sakinləri qarət etməyə 
başladılar,  qarət  etdiklərini  furqonlara  yığır  və  aparırdılar.  Müqavimət 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
216
göstərənləri ölümlə hədələyirdilər. Sonra bizi məscidin yanına yığdılar və 
tüfəng və pulemyotları üstümüzə tuşladılar. Onlar yalnız kişiləri yığmışdılar 
və heç bir səbəb olmadan bizə atəş açmağa başladılar. Beş nəfəri öldürdülər, 
iki nəfəri yaraladılar, qalanları qaçdı. Bizi təqib etməyə başladılar. Bu vaxt 
Qubadan 2 atlı əsgər gəldi. Onlar öz başçılarından əmr gətirmişdilər ki, 
bizə toxunmasınlar, belə ki, biz onlarla barışıqdayıq. Ermənilər dərhal bizi 
təqib etməyi və qarətləri dayandırdılar. Bizlərdən 4 nəfəri girov götürdülər, 
amma ertəsi gün onları buraxdılar. O vaxtdan daha bizi heç kim narahat 
etmirdi. Bizim kənddə 5 yandırılmış və dağıdılmış ev vardır. Daha deməyə 
sözüm yoxdur.
Oxundu. İmza. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 98, v. 95 
 
Sənəd № 114
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rza  Səfər-Əli  oğlu,  45  yaşlı,  5-ci  Fəthibəy  nahiyəsi  Möhüç 
cəmiyyəti eyniadlı kəndin starşinası, savadsız.
Mən  5-ci  Fəthibəy  nahiyəsinin  Möhüç  kəndinin  starşinasıyam. 
Cəmiyyətimiz 3 kənd və 110 evdən ibarətdir və Quba şəhərindən 12 
verst  aralıda  yerləşir.  Bu  ilin  yazında,  iki  dəfə,  Quba  talan  edildikdən 
əvvəl və sonra, ermənilər bizim kəndə hücum etməyə cəhd göstərdilər, 
lakin biz müdafiə olunurduq və onları yaxına buraxmırdıq. Onlar yalnız 
kəndin arxasında olan mal-qaranı və arabaları apara bildilər və atışma 
zamanı bir neçə nəfəri öldürdülər. Bu səbəbdən bizim kəndimiz sala-
mat qaldı, yandırılmadı və talan edilmədi. Hücum edən ermənilərdən 
heç  kimi  tanımıram  və  adlarını  çəkə  bilmərəm.  Bundan  əlavə  sözüm 
yoxdur.
Oxundu. İmza. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 98, v. 96 


217
Sənəd № 115
Dindirmə protokolu
1918-ci il. 20 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Əli-Hüseyn oğlu, 33 yaşlı, Quba qəzası Nügədi kəndinin 
sakini, savadsız.
Quba  şəhəri  talan  olunduqdan  15  gün  sonra,  axşamüstü 
mən  evdən  çıxıb  məscidə  tərəf  yollanarkən  hay-küy  və  qışqırtı  səsi 
eşitdim.  Mənə  bir  neçə  adam  qoşuldu.  Biz  qabağa  getdik  və  öz 
həmkəndlilərimizdən  bir  dəstə  ilə  rastlaşdıq,  onları  silahlı  ermənilər 
aparırdılar. Dəstənin önündə bizim həmkəndlimiz Rəhman gedirdi, o 
bizi görəndə qışqırdı ki, qaçın. Biz qaçdıq. Arxamızca atəş açıldı. Mən 
sağ qolumdan yaralandım. Elə bu vaxt qışqırtı səsləri gəldi ki, atışmanı 
dayandırın. Ermənilər atışmanı saxladılar və dərhal bizim kənddən çıxıb 
getdilər.  Onlar  nügədililəri  öldürməmək  əmri  almışdılar.  Bu  əmri  kim 
vermişdi  və  bu  ermənilər  haradan  gəlmişdilər,  bilmirəm  və  onlardan 
heç birinin adını çəkə bilmərəm. Aldığım yara isə mənə işləməyə mane 
olur. Daha deməyə sözüm yoxdur.
Oxundu. İmza. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 98, v. 97 
Sənəd № 119
Dindirmə protokolu
1918-ci il. 23 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
 Tac Muxtar oğlu, 58 yaşlı, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi 
Amsar cəmiyyətinin starşinası, savadsız.
Mən Quba şəhərinin 3 verstliyində yerləşən Amsar və Əski İqrığ 
kəndlərinin  daxil  olduğu  Amsar  cəmiyyətinin  starşinasıyam.  Quba 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə