Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə90/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   86   87   88   89   90   91   92   93   ...   112

221
Sənəd № 125
Fövqəladə Təhqiqat Komissiyasına
Amsar kəndinin sakini 
Əli Bala Oruc Əli oğlundan 
Ərizə
(Azərbaycan dilində ərəb hərfləri ilə yazılıb) 
Ermənilər tərəfindən mənə 210 000 rubl məbləğində maddi ziyan 
vurulmuşdur. 
Xaçmaz  stansiyası.  Ev  tikililəri  ilə  birlikdə  (üst  mərtəbədə  -  17 
otaq, alt mərtəbədə - 5 dükan), hamam (24 nömrə), ev avadanlığı. 
AR DA, f. 1061, s. 1, iş 97, v. 128
Sənəd № 132
Fövqəladə Təhqiqat Komissiyasına
Bakı quberniyasının Quba qəzası, 
Dəvəçi nahiyəsi, Siyəzən kəndinin 
sakini Mir Həmdulla Seyid Zəkiyevdən
Ərizə
Bununla  Fövqəladə  Təhqiqat  Komissiyasına  yazıb  bildirirəm  ki, 
mart hadisələri zamanı mənim Vladiqafqaz dəmir yolu boyunca Qızıl-
Burun stansiyasında mənə məxsus olan yüz kisə un (100 tay un), altı at, 
bir üçatlı araba, bir furqon, altmış yeddi kisə (67 tay) arpa, bir böyük 
samovar  bütün  ləvazimatı  ilə  birlikdə,  dörd  xalça,  üç  dəst  yorğan-
döşək və mənim tikintimin yanında olan bütün taxta materialları talan 
edilmişdir.
H.Zəkiyev (imza)
19 fevral 1919 –cu il, Bakı şəhəri. 
Arayış:
Dindirmə protokoluna görə bütün əmlakın qiyməti – 74.100 rubl.
 Komissiyanın üzvü: А.Hacı-Rzayev
48
 (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 181
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
222
2-ci hissə
Quba qəzası kənd cəmiyyətlərinə 
vurulmuş zərərlər haqqında sənədlər


223
Dəvəçi polis nahiyəsi
Sənəd № 135
Qərar
5 dekabr 1918-ci il.
Dəvəçi nahiyəsi Dəvəçi cəmiyyətinin Dəvəçi kəndi.
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə: Biz, Quba qəzası Dəvəci nahiyəsi eyniadlı cəmiyyətinin 
və  kəndin  sakinləri  cəmiyyətin  yığıncağına  toplaşaraq,  aşağıdakı 
məsələni müzakirə etdik: erməni quldur dəstələrinin kəndimizə hü-
cumu nəticəsində bizim hər birimizə, nədən ibarət olmaqla və hansı 
məbləğdə  ziyan  vurulmuşdur,  kəndimizdə  hansı  evlər  və  binalar 
yandırılmışdır.
Qeyd: Yandırılmış və qarət edilmişdir:
1. Hacı Əmrah Xeybər oğlu – 2 ev və ev əşyaları yandırılıb – 
    10.000 rubl
2. Ağagül Girixlər oğlu – ev və ev əşyaları yandırılıb – 1000 rubl
3. Kazım Allahverdi oğlu – ev və ev əşyaları yandırılıb – 500 rubl
4. Yusif Pirmurad oğlu – ev əşyaları – 500 rubl
5. Xanbutay Əlihüseyn oğlu – ev əşyaları – 1000 rubl
6. Ağa Sabit Zal oğlu – ev və ev əşyaları yandırılıb – 1000 rubl
7. Məmməd Kərim Nadir oğlu – ev və ev əşyaları yandırılıb – 1000 rubl
8. Ağababa Allahyar oğlu – ev, tövlə və ev əşyaları yandırılıb – 
    4000 rubl
9. Xudabar Molla Baba oğlu – 3 ev, 3 dükan bütün malları ilə 
    birgə yandırılıb – 20.000 rubl
10. Məlik Həsən Məlik Həsən oğlu – ev və ev əşyaları yandırılıb 
      – 5000 rubl
11. Əli Heydər Əbdül oğlu – ev və ev əşyaları yandırılıb – 3000 rubl
12. Beydulla Əzim oğlu – ev və ev əşyaları yandırılıb – 3000 rubl
13. Məmməd Əli Əli Səid oğlu – 2 ev, 2 samanlıq və ev əşyaları 
      yandırılıb – 15.000 rubl
14. Məhərrəm Məlik Mirzə oğlu – ev əşyaları yandırılıb – 3000 rubl
15. Əli Mərdan Səməd oğlu – ev əşyaları qarət olunub – 1000 rubl
16. Həsrət Qulu Əli Məhəmməd oğlu – ev əşyaları qarət olunub 
      – 3000 rubl
17. Neymətulla Əhməd oğlu – 3 ev, 1 dəyirman, anbar yandırılıb, 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
224
      3 qoyun, ev əşyaları qarət olunub – 15.000 rubl
18. Şeyx Molla Səid oğlu – ev əlavə daş tikili ilə və ev əşyaları 
      yandırılıb – 7000 rubl
19. Ağa Firudin Məstan oğlu – 20 pud buğda qarət olunub – 
      10.000 rubl
20. Pir Qulu Həsən oğlu – ev və ev əşyaları yandırılıb – 3000 rubl
21. Salman Fərman oğlu – 2 pud buğda və ev əşyaları – 5000 rubl
22. Məlik Qurban oğlu – ev və ev əşyaları yandırılıb – 7000 rubl
23. Bayram Gül Məmməd oğlu – 2 ev əlavə daş tikili ilə və ev 
      əşyaları yandırılıb – 20.000 rubl
24. Hidayət Abbas Qulu oğlu – 2 ev əlavə daş tikili ilə və ev 
      əşyaları yandırılıb – 10.000 rubl
25. Hacı Verdi Haci Kazım oğlu – 3 ev, 2 аnbаr, dəyirman və ev 
      əşyaları yandırılıb – 50.000 rubl
26. Hacı Murad Şahverdi oğlu – 2 ev əlavə daş tikili ilə və ev 
      əşyaları yandırılıb – 2000 rubl
27. Eyvaz Şükür oğlu – 2 ev əlavə daş tikili ilə və ev əşyaları 
      yandırılıb – 4000 rubl
28. Şahbala Sərxar oğlu – 3 ev əlavə daş tikili ilə və ev əşyaları 
      yandırılıb – 50.000 rubl
29. Nəsrəddin Nəcməddin oğlu – 3 ev, anbar, dəyirman, ev əş-
      yaları yandırılıb, 2 camış oğurlanıb – 30.000 rubl 
30. Haci Bəhrəm Hacı Manaf oğlu – dəyirman yandırılıb və ev 
      əşyaları qarət olunub – 8000 rubl
31. Əbu Bəkr Nəsrəddin oğlu – ev, anbar və ev əşyaları yandırılıb 
      – 5000 rubl
32. Məhərrəm Məhəmməd oğlu – 2 ev əlavə daş tikili ilə yandırılıb, 
      əşyalar oğurlanıb – 15.000 rubl
33. Məmməd Əli Nəsrəddin oğlu – ev və ev əşyaları yandırılıb – 
      3000 rubl
34. Allah Qulu Hacı Bala oğlu – ev və ev əşyaları yandırılıb, 1 inək 
      oğurlanıb – 3000 rubl
35. Mehrəli Şeyda oğlu – 2 ev əlavə daş tikili ilə yandırılıb və ev 
      əşyaları – 4000 rubl
36. Əli Əkbər Mirzə Məmməd oğlu – ev, tövlə və ev əşyaları 
      yandırılıb – 5000 rubl
37. Məmməd-Kişi Kərim oğlu – ev, samanlıq və ev əşyaları  
      yandırılıb – 3000 rubl


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə