Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   85   86   87   88   89   90   91   92   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
218
şəhərinin talan edilməsindən bir neçə gün sonra oradan böyük silahlı 
erməni dəstəsi gəldi və bizim Amsar kəndinə hücum etdi. Biz hamımız 
qaçdıq.  Ermənilər  bizim  mal-qaranın  oğurlanması  və  qırılması  ilə 
qane oldular, ev əşyalarını götürmədilər və yalnız Əli Qurbanın evini 
yandırıb getdilər. Bizim həmkəndlilərdən bu dəstə tərəfindən altı nəfər 
öldürülmüşdür, amma kənddə deyil, ayrı-ayrı yerlərdə. Öldürülənlərin 
arasında  qadın  və  uşaqlar  yoxdur.  Məscidə  toxunmayıblar.  Biz 
erməniləri yaxın məsafədən görməmişik və onların kim olduğunu bilm-
irik. Dəstənin başçısını da tanımıram. Vurulmuş ziyan haqqında qərarı 
təqdim etmişəm.
  Əlavə  edirəm  ki,  Soltan  Məcid  Məmməd  oğlunun  evindən  ev 
əşyaları və qızıl oğurlanmışdır. Daha deməyə sözüm yoxdur. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 98, v. 101. 
Sənəd № 120
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ömər  Şıx  Kərim  oğlu,  60  yaşlı,  Quba  qəzası  5-ci  Fəthibəy 
nahiyəsi Alpan cəmiyyəti Digah kəndinin sakini.
Bizim Digah kəndi Quba şəhərinin 5 verstliyində yerləşir. Ermənilər 
Quba  şəhərini  ikinci  dəfə  talan  edən  zaman,  oradan  bizim  kəndə 
əksəriyyəti  ermənilərdən  və  qismən  yəhudilərdən  ibarət  olan  böyük 
qoşun dəstəsi gəldi. Biz hamımız qaçıb dağılışdıq, yalnız üç qoca və 
iki  qarı  qaldı  ki,  onları  sonradan  ermənilər  öldürdülər.  Ermənilər  və 
yəhudilər bizim kəndimizi talan etdilər: 2-3 ev istisna olmaqla, bütün 
evləri yandırdılar, kənddə cəmi 84 ev vardı, məscidi və Quran kitabını 
da yandırdılar, daşınan qiymətli əmlakın hamısı qarət edildi, qalanları 
isə istifadəyə yararsız vəziyyətə salındı. Ermənilər bizim kəndi iki dəfə 
talan  etmişlər:  birinci  dəfə  Qusara  gedərkən,  ikinci  dəfə  ordan  geri 
qayıdarkən.  Mən  bu  dəstədə  xeyli  Quba  yəhudisi  gördüm,  məsələn, 
Daniil Yov oğlunu və başqalarını, onları yalnız üzdən tanıyıram. Tanış 
erməniləri isə görmədim və tanımadım. Əlavə heç nə deyə bilmərəm.  


219
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, i. 98, v. 102
Sənəd № 121
Dindirmə protokolu
1918-ci il. 24 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəybala  bəy  Qayıbov,  47  yaşlı,  Quba  qəzası  5-ci  Fəthibəy 
nahiyəsi Alpan cəmiyyəti Alpan kəndinin mülkədarı, savadlıdır.
Mən Quba şəhərindən 8 verst məsafədə yerləşən 2 kəndin – Alpan 
və Digah kəndlərinin daxil olduğu Alpan cəmiyyətinin mülkədarıyam. 
Cəmiyyətdə 300-ə yaxın ev var idi. Bu il may ayının 1-də Amazaspın 
başçılığı  altında  yalnız  ermənilərdən  ibarət  cəza  dəstəsi  Qubaya 
gəldi.  Ertəsi  gün  dəstənin  500  nəfərlik  bir  hissəsi  Digah  kəndinə 
gəldi,  digahlıların  bolşeviklərdən  əldə  etdikləri  top  və  pulemyotları 
müsəlmanlardan zorla aldılar, mal-qaranı və daşınan əmlakı oğurladılar, 
kəndi yandırdılar və çıxıb getdilər. Üçüncü gün onlar Alpan kəndini üç 
tərəfdən mühasirəyə aldılar. Sakinlər ermənilərin gəlişinə qədər qaçıb 
getmişdilər.  Mən  də  ailəmi  göndərmişdim  və  iki  nökərlə  qalmışdım. 
Ermənilər  hücum  edərkən  mən  nökərlərimlə  yol  açıb  keçdim  və 
çaparaq getdik. Ermənilər bizi təqib edir və atəş açırdılar. Güllələrdən 
biri nökərin getdiyi atın yalına dəydi. Mənim arxamca Alpan kəndindən 
bir qoca və qarı da çıxdılar, onlar camaatla birlikdə qaça bilməmişdilər. 
Ermənilər  onların  hər  ikisini  öldürdülər.  Onlardan  başqa  Ermənilər 
müxtəlif  yerlərdə  daha  dörd  nəfəri  də  öldürdülər,  sonra  xeyli  sayda 
mal-qara, daşınan əmlak oğurladılar, bir neçə evə və həmçinin məscidə 
od vurdular. Lakin məscid yanmadı.
Ermənilər  bizim  kəndimizdə  bir  qızı  –  Püstə  Məmməd  qızını 
ayaqlarının altına salaraq elə əzmişdilər ki, qız daha gəzə bilmirdi, çünki 
onun ayaqlarını sındırmışdılar. Qızın yanında qalmış anası İmaməni isə 
öldürdülər. Quba qəzasının keçmiş komissarı Gelovani mənə deyirdi ki, 
ermənilər Digah kəndini ona görə dağıdıblar ki, bir erməni qızı digahlı 
bir oğlana vurularaq onunla qaçıb. Alpan kəndini isə onu zəiflətmək 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
220
məqsədilə  darmadağın  ediblər  ki,  Quba  müsəlmanları  üsyan  etdiyi 
təqdirdə onlara kömək etmək iqtidarında olmasın. Mən yaralı Püstəni 
şəxsən  görmüşəm  və  onunla  söhbət  etmişəm,  qız  yaralandıqdan 
12 gün sonra öldü. O mənə danışırdı ki, bir erməni ona deyirmiş ki, 
ermənilər  müsəlmanlarla  ona  görə  belə  amansızlıqla  rəftar  edir  və 
onları  öldürürlər  ki,  müsəlmanlar  da  onlarla  belə  rəftar  edirlər.  Mən 
dəstəni  yaxın  məsafədən  görməmişəm,  dəstədə  olanların  heç  birini 
tanımadım  və  adlarını  çəkə  bilmərəm.  Dəstədə  ermənilərdən  başqa 
rus və yəhudilərin olub-olmadığını deyə bilmərəm. Ermənilər mənim 
daşınan  əmlakımı,  qızılımı  oğurlamış,  buğda  eytiyatını  yandırmışlar, 
mənə köhnə məzənnə ilə 150 min rubl dəyərində ziyan vurublar. Əlavə 
heç nə deyə bilmərəm.
Oxundu. (ərəb hərfləri ilə).
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 98, v. 104
Sənəd № 123
Fövqəladə Təhqiqat Komissiyasına
Rus opdusunun podporuçiki 
Hacı Baba Əmiraslanovdan 
Ərizə
Komissiyaya  bəyan  edirəm  ki,  Amazasp  başda  olmaqla  Xudat 
stansiyasına gəlmiş erməni cəza dəstəsi tərəfindən Quba qəzası Xudat 
stansiyasında yerləşən və şəxsən mənə məxsus olan daşınmaz əmlak 
tamamilə  yandırılmışdır,  o  cümlədən:  içində  25  vaqon  buğda,  kənd 
təsərrüfatı  alətləri  və  manufaktura  malları  olan  çiy  kərpicdən  tikilmiş 
və dəmirlə örtülmüş çörək anbarı, bundan başqa, çiy kərpicdən tikilmiş 
və dəmirlə örtülmüş, içindəki bütün ev avadanlığı və qiymətli xalçalar-
la birlikdə 4-otaqlı evim, ətlə dolu olan ət anbarım da yandırılmışdır. 
Ermənilər  anbarın  gözətçisini,  fars-təbəə
47
  Niftalı  Haşım  oğlunu 
öldürmüşlər. Yuxarıda göstərilənlərlə mənə iki yüz min (200.000) rubl 
ziyan vurulub və mən bunu lazım olan vaxt dərhal sübut edə bilərəm. 
Podporuçik Əmiraslanov (imza).
24. ХП.1918-ci il. Quba şəhəri 
AR DA, f. 1061, s. 1, iş 97, v. 111


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə