Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
206
Sənəd № 96
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şaban Sərkər oğlu, 40 yaşlı, Quba qəzası Dəvəçi kəndinin
starşinası, savadsız.
Mən Quba qəzasının Dəvəçi kəndinin starşinasıyam. Bizim
kəndimiz dəmir yolunun kənarında yerləşir. Kənddə talana qədər
200-ə yaxın ev və hər iki cinsdən min nəfərdən artıq əhali yaşayırdı.
Bu il aprel ayının sonunda, Bakı şəhərindən Qubaya gedən və onu
yandıran cəza dəstəsi dəmir yolu xətti boyu yerləşən bütün kəndləri
talan edir və yandırırdı. Bizim kəndin də aqibəti belə oldu. Camaatın
çoxu əvvəlcədən qaçıb getmişdi, amma bir çoxu macal tapa bilmədi.
Onlar kənddə qətlə yetirildi, cəmi 40 nəfər öldürülmüşdür, onların
arasında qadınlar yoxdur. Bu qətlə yetirilən adamlar ağ bayraq qaldır-
mışdı, lakin buna əhəmiyyət vermədilər və onları öldürdülər. Biz
kəndə ay yarımdan sonra qayıtdıq. Kənd dağıdılmış və yandırılmışdı.
Kənddə 50-yə yaxın ev, iki məscid, bütün bazar və bazarın içində bir
məscid yandırılmışdı. Daşınan əmlak qarət edilmişdi. Evlərin yanında
olan bir çox tikililər də yanmışdı. Həmçinin bazarın içində olan bir icti-
mai bina da yandırılmışdı. Biz bolşevikləri görməmişik, lakin görənlər
deyir ki, onların demək olar ki, hamısı erməni idi, bir neçə nəfər rus
var idi, lakin onlar nə evlərin yandırılmasında, nə də qətllərdə iştirak
etməmişlər, onlar hətta erməniləri müsəlmanlara qarşı zorakılıqlardan
çəkindirirdilər. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 3