215
Sənəd № 112
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərər-
çəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İbrahim Zahidov, 50 yaşlı, 6-cı dairə Samborçağın mirabı, Qu-
sar nahiyəsi, Tarcal cəmiyyəti, eyni adlı kəndin sakini, savadlı.
Bizim kəndimiz dağlarda, Qusar nahiyəsində yerləşir, lakin bizlər-
dən çoxu yay-qış aşağıda yaşayır, daha dəqiq desək: 5 bölüm Müşkür
nahiyəsində, 3 bölüm isə Qusar nahiyəsində. Bu ilin aprelində ermənilər
tərəfindən gözlənilən təhlükə qarşısında biz ailələrimizi əmlakla bəra-
bər Tarçal kəndinə, dağlara göndərdik, bölümlərdə isə müdafiə üçün
gözətçilər qoyduq. Ermənilər bir neçə dəfə bizə yaxınlaşmağa cəhd
göstərdilər, amma biz atışmaya girərək, onları yaxına buraxmırdıq. Ona
görə də bizim cəmiyyət talana məruz qalmayıb və ziyan çəkməyib.
Sakinlərdən yalnız bir nəfər öldürülüb, o da bizdə yox, Quba şəhərində.
Bundan əlavə sözüm yoxdur.
Oxundu. İmza.
Komissiyanın üzvü: А.Novatskiy (imza)
AR DA, f. 1061, s. 1, iş 98, v. 16
Sənəd № 113
Dindirmə protokolu
1918-ci il. 20 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rüstəm Fileydan oğlu, 5-ci Fəthibəy nahiyəsi Nügədi
cəmiyyətinin starşinası.
Mən Quba şəhərinin 7 verstliyində yerləşən Nügədi kəndinin
starşinasıyam. Qabaqcadan deyim ki, öz şəhadətimdə dəqiq vaxt göstərə
bilməyəcəyəm. Quba şəhərini artıq talan etdikdən sonra bizim kəndə pi-
yada və atlı erməni və yəhudi dəstəsi gəldi. Onlar sakinləri qarət etməyə
başladılar, qarət etdiklərini furqonlara yığır və aparırdılar. Müqavimət
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
216
göstərənləri ölümlə hədələyirdilər. Sonra bizi məscidin yanına yığdılar və
tüfəng və pulemyotları üstümüzə tuşladılar. Onlar yalnız kişiləri yığmışdılar
və heç bir səbəb olmadan bizə atəş açmağa başladılar. Beş nəfəri öldürdülər,
iki nəfəri yaraladılar, qalanları qaçdı. Bizi təqib etməyə başladılar. Bu vaxt
Qubadan 2 atlı əsgər gəldi. Onlar öz başçılarından əmr gətirmişdilər ki,
bizə toxunmasınlar, belə ki, biz onlarla barışıqdayıq. Ermənilər dərhal bizi
təqib etməyi və qarətləri dayandırdılar. Bizlərdən 4 nəfəri girov götürdülər,
amma ertəsi gün onları buraxdılar. O vaxtdan daha bizi heç kim narahat
etmirdi. Bizim kənddə 5 yandırılmış və dağıdılmış ev vardır. Daha deməyə
sözüm yoxdur.
Oxundu. İmza.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 98, v. 95
Sənəd № 114
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rza Səfər-Əli oğlu, 45 yaşlı, 5-ci Fəthibəy nahiyəsi Möhüç
cəmiyyəti eyniadlı kəndin starşinası, savadsız.
Mən 5-ci Fəthibəy nahiyəsinin Möhüç kəndinin starşinasıyam.
Cəmiyyətimiz 3 kənd və 110 evdən ibarətdir və Quba şəhərindən 12
verst aralıda yerləşir. Bu ilin yazında, iki dəfə, Quba talan edildikdən
əvvəl və sonra, ermənilər bizim kəndə hücum etməyə cəhd göstərdilər,
lakin biz müdafiə olunurduq və onları yaxına buraxmırdıq. Onlar yalnız
kəndin arxasında olan mal-qaranı və arabaları apara bildilər və atışma
zamanı bir neçə nəfəri öldürdülər. Bu səbəbdən bizim kəndimiz sala-
mat qaldı, yandırılmadı və talan edilmədi. Hücum edən ermənilərdən
heç kimi tanımıram və adlarını çəkə bilmərəm. Bundan əlavə sözüm
yoxdur.
Oxundu. İmza.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 98, v. 96