|
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci ILBu səhifədəki naviqasiya:
- Sənəd № 108 Dindirmə protokolu
- Məmməd Rəsul Xamməd oğlu, 43 yaşlı, Quba qəzası Müşkür nahiyəsi Şollar kəndinin sakini, savadsız.
- AR DA, f. 1061, s. 1, iş 97, v. 110 213 Sənəd № 109 Dindirmə protokolu
- Məstan Nəsir oğlu, 41 yaşlı, Quba qəzası Müşkür nahiyəsi Aşağı Buduq kəndinin starşinası, savadsız.
- AR DA, f. 1061, s. 1, iş 97, v. 113 Sənəd № 110 Dindirmə protokolu
- Həsən bəy Şıxlarski, 40 yaşlı, Quba qəzası Müşkür nahiyəsi Şıxlar kəndinin sakini, savadlı.
- AR DA, f. 1061, s. 1, iş 97, v. 118 Sənəd № 111 Dindirmə protokolu
- Ulubəy Xeyirbəy oğlu, 50 yaşlı, Quba qəzası Müşkür nahiyəsi Susay kəndinin fəxri nümayəndəsi. Savadsız.
- AR DA, f. 1061, s. 1, i. 97, v. 130
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
212
Sənəd № 108
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Rəsul Xamməd oğlu, 43 yaşlı, Quba qəzası Müşkür
nahiyəsi Şollar kəndinin sakini, savadsız.
Mən Quba qəzasının Şollar kəndinin ağsaqqalıyam. Bizim
kəndimiz, Xudat stansiyasının 1 verstliyində, dəmir yolu xəttinin
yaxınlığında yerləşir. Bizim kənddə tikililər və anbarlarla birlikdə cəmi
16 ev var idi. Bolşeviklər dəmiryol xətti boyu yerləşən kəndlərə və Quba
şəhərinə basqın edən zaman, biz hər şeyi taleyin hökmünə qoyaraq
öz kəndimizdən qaçdıq. Bir neçə həftədən sonra geri qayıtdıqda isə
kəndi darmadağın edilmiş vəziyyətdə gördük: evlər, anbarlar və bir
neçə digər kəndlər yandırılmış, daşınan əmlak qarət edilmişdi. Biz
bolşevikləri görməmişik, amma onları kim görübsə, danışır ki, on-
lar yalnız ermənilərdən, yəhudilərdən və bir neçə rusdan ibarət idi,
və kəndləri yalnız ermənilər yandırırdılar. Bizim kəndin məscidi də
yandırılmışdır. Öldürülənlər yoxdur. Dəymiş zərərlər haqqında qərar bi-
zim tərəfimizdən təqdim edilmişdir. Əlavə heç nə göstərə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 110
213
Sənəd № 109
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məstan Nəsir oğlu, 41 yaşlı, Quba qəzası Müşkür nahiyəsi
Aşağı Buduq kəndinin starşinası, savadsız.
Mən Aşağı Buduq kəndinin starşinasıyam. Bizim kəndimiz dəmir-
yol xəttinin 4 verstliyində yerləşir. Kənddə 120 ev var idi. Ermənilər
Quba şəhərini talan edərkən, dəstənin bir hissəsi də bizim kəndimizə
hücum etdi. Ermənilər bizim üç həmkəndlimizi qətlə yetirdilər, bü-
tün ev əmlakımızı qarət etdilər və bir neçə evi yandırdılar. Qadın və
uşaqları öldürməmişlər, çünki biz onları əvvəlcədən təhlükəsiz yerə
göndərmişdik. Basqın edən ermənilərdən heç kimi tanımıram və
adlarını bilmirəm, mənə yalnız o məlumdur ki, onlar Amazaspın dəs-
təsindən idilər. Dəymiş ziyan haqqında qərar mənim tərəfimdən təqdim
ediləcəkdir.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 113
Sənəd № 110
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən bəy Şıxlarski, 40 yaşlı, Quba qəzası Müşkür nahiyəsi
Şıxlar kəndinin sakini, savadlı.
Bu il aprel ayının sonunda Amazaspın başçılığı altında erməni qoşun
dəstəsi Quba şəhərinə yollanarkən bizim Şıxlar kəndinə hücum etmiş və
onu tamamilə dağıtmışdır: bütün evlər və tikililər yandırılmış, daşınan
əmlak qarət edilmişdir. Bundan başqa, həmin dəstə tərəfindən Xaçmaz
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
214
stansiyası yanındakı qəsəbə də bazarla birlikdə dağıdılmışdır. Bizim bu-
rada yüzə yaxın tikilimiz var idi: evlər, dükanlar, anbarlar, saraylar. Dəstə
bu tikililərin hamısını yandırmışdır. Bizim evlərdən və tikililərdən əlavə
Xaçmaz stansiyası yanında digər şəxslərə mənsub olan tikililər və evlər
də yandırılmışdır. Talançılardan heç birinin adını çəkə bilmərəm, çünki
onlar Amazaspın dəstəsindən olan adamlar idi. Şıxlar malikanəsini və
Xaçmaz stansiyasını darmadağın etməklə ermənilər mənə rublun indiki
məzənnəsi ilə iki milyon rubldan artıq ziyan vurmuşlar. Mənim Şıxlar mül-
küm Qıraqlı cəmiyyətinə, Xaçmaz stansiyası isə Qaraqurtlu cəmiyyətinə
daxildir. Bundan əlavə sözüm yoxdur.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 118
Sənəd № 111
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ulubəy Xeyirbəy oğlu, 50 yaşlı, Quba qəzası Müşkür nahiyəsi
Susay kəndinin fəxri nümayəndəsi. Savadsız.
Mən Susay kəndinin sakinlərinin maraqlarını təmsil edirəm. Bizim
kəndimiz dəmiryol xəttindən yarım verst aralı məsafədə yerləşir. Kəndimizdə
50 ev var idi. Quba şəhəri talan edildikdən sonra ermənilər Bakı şəhərinə
qayıdanda, biz öz kəndimizdən qaçdıq. Ermənilər kəndi tutdu və dəmir
yolu bərpa edilənədək orada qaldılar. Onlar bütün kəndi talan etdilər,
daşınan əmlakın hamısını oğurladılar, çıxıb gedəndə isə kəndi yandırdılar.
30-a yaxın ev və məscid yandı. Sakinlərdən heç kim öldürülməmişdir. Bi-
zim tərəfimizdən yandırılmış evlərin və oğurlanmış əmlakın sayı haqqında
məlumat təqdim edilmişdir. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 97, v. 130
Dostları ilə paylaş: |
|
|