Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə89/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

196
              Törən iliq tenqrilərkə tapınalım, 
              Tört uluq emgəkdə kurtulalım.
              Tört iliq tenqrilərdə tanıqmalar,
              Tenqri nomun todaqmalar.
              Tünerliq yeklərkə tapunuqmalar,
              Tümənliq irincü kılıqmalar
              Tüpüntə olunma ölməki bar,
              Tünərliq tamuğa tüşməki bar.    
               Tümərlq yeklər gəlir tiyür,
               Tumanlıq yeklər ayar tiyür."
             Aktyor  şeri  oxuduqca,  alt  tərəfdə  onun  çağdaş  Aərbaycan  tükcəsində 
ərcüməsi yazılır:
             " Düzülun bilikli kişilər,nəfəs dərəlim,
                Tanrının kitabını biz eşidəlim.
                Təntənə ilə tanrılara tapınalım,
                Dörd ulu əzabdan qurtulalım. 
                Dörd ...tanrını tanımayanlar,
                Tanrı qaydasına uymazlar.
                Dörd zülm iblisinə tapınanlar,
                On min günaha baş vurarlar.
                Dibində olumun ölməyi də var,
                Qaranlıq cəhənnəmə düşməyi də var.
                Zülmət iblisləri gəlir deyir,
                Duman iblisləri iş görür deyir."
                                                                               
            Ekranda  manixey  mətnləri  və  ardınca  da  onların  fonunda  Maninin  şəkli 
peyda olur.                                                                                           
            Diktor:
            "Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün 
onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan 
bir parça olduğuna heç bir şübhə yoxdur.Şerin leksik bazası da Şərqdə yaranan və 
içi  soğd  və  soğd  dili  vasitəsi  ilə  alınan  arami  sösləri  ilə  dolu  olan  maniçi 
ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız 
qayda mənasını verən "nom" kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi 
dilindən  götürülmüşdür.  Bu  dil  Sasanilər  dövlətinin  rəsmi  dili  idi  və  mətndə  bu 
dildən alınan bir kəlmənin olması təbiidir.
           Mətnin  dilinin  saflığı  onun  məhz  Mani  tərəfindən  yarandığını  təsdiq 
edir.Çünki  şərq  uyğurları  soğd  mədəniyyətinin  təsiri  altında  idilər,  əlifbalarını 
soğdlardan  əxz  etdikləri  kimi,  dillərinə  də  bu  dildən  çox  sayda  söz  keçmişdi. 
Əlbəttə,  uyğurlar  yalnız  şərqdə  yaşamırdılar,  Avropa  və  Qafqazda  da  çox  sayda 
uyğur yaşamaqda idi.Məsələn Prisk və Menandr onlardan "oqur" adı alında bəhs 


197
etmişlər.  Bu  müəlliflərin  əsərlərində  hazırda  Şərqi  Türküstanda  yaşamaqda  olan 
sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir." 
                                                              
           Ekranda Əlisa Nicatın "Ruhların Məhkəməsi" televiziya  tamaşasından səs-
siz kadrlar görüntülənir.
           Diktor:
           "Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş "Alp Ər Tonqaya ağı"nın 
dili  ilə  cüzi  fərqlə  eyniyyət  təşkil  etsə  də,  Minillər  öncə,  Eneolit  və  Tunc 
dövrlərində yaanmış folklor dilimizdən önəmli dərəcə də fərqlənir.Bu da təbiidir. 
Söhbət  ədəbi  dildən,  elitanın,  xaqanların  dilindən  gedir.Alp  Ər  Tonq  böyük  türk 
xaqanı idi və ona həsr edilən ağı da məhz ona layiq olan dildə-türk elitasını dilində 
yaranmalı idi.Mani isə 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət 
quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən Arsak xaqanları sülaləsinə 
mənsub  idi  və  təbii  ki,  elitanın  dilində  yazmalı  idi.Məhz  bu  dil  sonrakı  əsrlərdə 
ümumtürk ədəbi dili rolunu oynamış,Türk xaqanları bu dildə fərmanlar vermiş və 
Kaşğarlı  Mahmud  da  onu  "Xaqaniyyə  türkcəsi"  adlandırmışdır.Həmin  dil 
Göytürkləriin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir.
          Eneolit  və  Tunc  dövrlərində formalaşan  folklor nümunələrimizin  saf,  gözəl 
və baldan şirin dilinə gəlincə isə, bu dil maldarların, əkinçilərin, sənəkarların,bir 
sözlə,sadə xalqın dili idi."
                                                             
          Ekranda  "yağış  çağırma"  və  "yağış  kəsmə"  ilə  bağlı  səhnəcik  yenidən 
təkrarlanır,çay qırağında durmuş milli geyimli qızlar görünür.Onlar xorla deyirlər:
           “Suda daşım,
            Baba daşım,
            Gələr,getməz
            Yağışım.
             Suda daşım,
             Yaş başım,
             Yaş oldu
             Üst-başım.”
                                                         
             Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri 
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
           “Qodu daşı,
             Odu daşı,
             Qodu kəssin 
             Yağışı.”
            Sonra qızlar birlikdə oxuyurlar:
          “Budu daşı,
            Bulutların
            Kudu daşı,


198
            Bişirmişəm
            Xəmiraşı.
            Qonaq gəlsin 
            Godu başı,
            Gətirsin
            Qızıl günü,  
            Aparsın
            Yağışı.
            Qodu daşı,
            Odu daşı,
            Qodu kəssin 
            Yağışı.”
                                                            
Ekranda  hərəkətdə  olan  karvan  görünür  və  Soltan  Hacıbəyovun  eyniadlı 
əsəri səslənir. Bu görüntünün fonunda yazılır:
6-CI SERİYANIN SONU
7-ci seriya
                                                              
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                              
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmış-dır.”    
                                                             
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
for-malaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə