201
Ekranda Firidun Ağasıoğlu peyda olur və Qam Ata və onun şaman olması
barədə ətraflı məlumat verir.
Ekranda İqrar Əliyevin "Midiya tarixi" kitabı görünür.
Diktor:
"Eradan əvvəl Vlll-Vl əsrlərdə Cənubi Azərbaycan ərazisində madayların
qurmuş olduqları qüdrəli Midiya dövlətinin, eləcə də ondan əvvəl, eradan əvvəl lX-
Vll əsrlərdə həmin ərazidə mövcud olmuş Mana dövlətinin şahlarının adlarının
təhlili onların məhz şamanist olduqlarını söyləməyə ciddi əsas verir."
Ekranda öncə növbə ilə yəhudu sinaqoqu, müsəlman məscidi və xristian
kilsəsi, ardınca müxtəlif dinlərin məbədləri görüntülənir. Diktor bu görüntülərə
paralel olaraq deyir:
"Məlum olduğu kimi,əksər xalqların milli adları içərisində həmin xalqın
sitayiş etdiyi dindən qaynaqlanan adlar önəmli yer tutur.Məsələn, yəhudilər
içərisində Tövratdan götürülmüş Moşe, Aaron, İsaak,İzmail, Yakov və sair
peyğəmbər adları geniş yayılmışdır.Eyni adlar müsəlmanlarda da Qurandakı
səsləniş formasında yayğındır: Musa, Harun, İshaq, İsmayıl, Yaqub və s.
Xristian ruslar arasında məşhur olan İvan, Matvey, Pyotr, Pavel və s.bu
kimia dlar da İncildən qaynaqlanır. Müsəlmanlar içərisində Yusif, Yunus, Adəm,
Məhəmməd, İsa və s.peyğəmbər adları ilə yanaşı,Əbubəkr, Ömər, Osman, Əli,
Həsən, Hüseyn və sairə din böyüklərinin adlarına da sıx-sıx rastlanır.Eyni
zamanda biz uşaqlarımıza Allahın 99 gözəl adlarından olan Rauf, Qafar,
Kərim,Rəhman, Rəhim və s. teofor adlar da qoyuruq.
Övladlara teofor adlar, yəni Tanrının və ya tanrılaın adlarından
düzəldilmiş adlar vermək ən qədim zamanlardan bütün xalqlara xas olub.Ən çox
da belə isimləri hökmdar nəslindən olan uşaqlara verərdilər..."
Ekrandakı təsvirləri növbə ilə Misir ehamları, Ramzes, Aşşur-Babil mixi
yazıları və Bisitun kitabəsinin elamca yazılmış hissələrinin təsvirləri əvəz edir.
Diktor aralıqsız davam edir:
"...Məsələn, qədim Misir fironu Ramzesin adında Misirin baş tanrısı-günəş
tanrısı Ranın adına rast gəlirik.Mitridat adında farsların günəş tanrısı Mitranın
adı gözə çarpır.Babil hökmdarı Marduk-Apla-İddinin adında babillilərin baş
tanrısı Mardukun adını görməmək mümkün deyildir.Elam şahı Humbaniqaşın
adında isə Elamın baş tanrısı Humbanın adını görürük."
Ekranda şaman rəqsi görüntülənir.
Diktor: