Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   74   75   76   77   78   79   80   81   ...   112

165 
 
özlərinin  istibdad  qanunlarını  yeridirlər.  Onlara  inanmaq  olmaz.  Sovet  rejiminin 
müdafiəçilərinə bel bağlamaq düzgün deyil. Bolşeviklər bütün Sovetlər Birliyində 
hürriyyət şüarını irəli sürür, fəhlə-kəndli hökumətinin mövcudluğundan danışırlar. 
Amma  həqiqətdə  isə  ölkədə  yalançı  fəhlə-kəndli  hakimiyyətinin  pərdəsinə 
bürünmüş Stalin diktatorluğu vardır. Məmməd Əmin Rəsulzadə yazırdı: 
«...Qırmızı imperializm özünün əsl qayəsini təşkil edən dünya inqilabından 
əl  çəkməyib.  Planlaşdırdığı  beşillik  planı  yerinə  yetirmək  üçün  onun  hər  cür 
müvəqqəti  sakitliyə  ehtiyacı  vardır  ki,  sırf  təcavüz  məqsədi  güdən  bu  sənaye 
planını müvəffəqiyyətlə başa çatdırsın. Bu məqsədlə də o indiki şəraitdə sülhsevər 
maskası taxır və buna da müvəffəq olur». 
..Azərbaycan  od  içindədir.  Vətənindən  həyəcanlı  xəbərlər  çatdırılır  ona. 
Qanlı istila rejiminə qarşı güclü iğtişaş və  üsyanlar davam edir. Ona bir məlumat 
da çatdırıblar: bu ilin baharında (1932-ci il) Azərbaycanda bolşevik rejiminə  qarşı   
güclü üsyan olacaq. Azərbaycanlı  vətənsevərlər üsyana ciddi hazırlaşırlar. Əlbəttə, 
o  qanlı  terror  siyasətindən  yaxa  qurtarmaq  üçün  üsyanı  qəbul  edir.  Və  deyir  ki, 
indiki  şəraitdə  üsyan  mübarizənin  ən  münasib  yoludur.  Amma  Məmməd  Əmin 
Rəsulzadə  bu  işdə  tələsməməyi  məsləhət  görür  və  Azərbaycanda  üsyana 
hazırlaşanların  diqqətini  bir  məsələyə  yönəldir:  silahlı  mübarizənin  bəzi  zəruri 
şərtlərinə. Hansılardır bu zəruri şərtlər? Silahlı üsyana başlamağın hansı cəhətlərini 
nəzərə almalı? 
Məmməd Əmin Rəsulzadəyə görə  Azərbaycanda silahlı mübarizə aşağıdakı 
şərtlərə uyğunlaşdırılmalıdır. O yazırdı: 
 
«...Bunlardan  birincisi,  bütün  Qafqaz  xalqlarının  müştərək  hərəkatıdır... 
Lakin  müvəffəqiyyətin  ikinci  şərti  də  var.  Bu  da  silahlı  müqavimət  və  mübarizə 
həmlələrinin 
strateji  anlara  uyğunlaşdırılmasının  zəruriliyidir.  Bolşevik 
hökumətinin başı xarici və daxili, mühüm bir hərb və ya ixtilal ilə məşğul olmasa, 
partizanlarımızın  hər  hansı  bir  çıxışının  müvəffəqiyyətsizliklə  nəticələnəcəyini 
görməmək mümkün deyil». 
Məmməd  Əmin  Rəsulzadə  Azərbaycan  üsyançılarına  bir  fikri  də  çatdırır: 
vaxtından  əvvəl  çıxış  etməklə  düşmənin  qurduğu  provakasiyaya  getməməli!  Ona 
görə ki, vaxtından əvvəl çıxış olarsa onda düşmən arxa cəbhədə ona mane olub, hər 
qüvvəni məhvə çalışacaq. 
Məmməd  Əmin  Rəsulzadə  mövcud  vəziyyətin  belə  dərin  təhlilini  verməyi 
bacarırdı.  «İstiqlal»  isə  onun  ağıllı  və  məntiqli  fikirlərini  düşməndən  qisasa 
hazırlaşan yurddaşlarına çatdırırdı. 
Yurddaşları  isə  Vətəndə  əzab  çəkir,  terrorçu  qüvvə  qarşısında  gücsüz 
qalırdı.  Haqsızlıq,  təhqir  və  mənəvi  sıxıntılardan  bezib  cana  doyan  Azəri 
türklərinin çoxu bolşevik işğalında inildəyən Azərbaycanda tab gətirə bilmir, azad 
yaşayış istəyi ilə qürbət ölkələrə üz tuturdu. Otuzuncu illərdə bu mühacirlərin sayı 
həddindən artıq çox idi. Türkiyədə, Almaniyada, Polşada, Fransada sığınacaq tapan 
bu qərib azərbaycanlıların hamısı vətən həsrəti ilə alovlanırdılar. 


166 
 
Məmməd  Əmin  Rəsulzadə  Vətənini  tərk  etmək  məcburiyyətində  qalmış 
yurddaşlarına  bir  istəyini  çatdırırdı.  Elm,  bilik  qazanan  bu  mühacirlərə  Vətən 
borcunu unutmamağı təlqin edirdi. Deyirdi ki, hər bir azərbaycanlı mühacir harda 
və  nə  işlə  məşğul  olursa-olsun  o  vətənini  unutmamalı,  vətənpərvərlik  dərsini 
öyrənməlidir. 
Məmməd Əmin Rəsulzadə ziyalı mühacirlərə üz tutub deyirdi: 
«Sadə  texniki  mütəxəssisi  həmişə  tapmaq  olar.  Bu  ehtiyacını  bir  millət 
müvəqqəti  olaraq  əcnəbilərə  müraciət  etməklə  təmin  edə  bilər.  Lakin  heç  vaxt 
xaricə  müraciət  edərək  bir  vətənpərvər,  bir  milliyyətçi  və  bir  istiqlalçı  olmaq 
olmaz!». 
Məmməd  Əmin  Rəsulzadə  hələ  Azərbaycan  Demokratik  Respublikasının 
yarandığı  gündən  milliyyətçi  və  imperializmi  yaşatmaq,  Rusiyanın  çar  dövründə 
işğal  olunmuş  ərazilərini  saxlamağa  çalışan  ruslara  qarşı  nifrət  ruhunda  idi.  Hələ 
1919-cu ildə azad  Azərbaycan dövlətinin  mövcud olduğu  vaxtda  millətçi Denikin 
bir şüar irəli sürürdü:  «Bölünməz  Rusiya!» Denikinin  «bölünməz  Rusiya» qılıncı 
ilkin olaraq Dağıstanın sinəsinə sancılmışdı. Növbəti hücumunu isə Bakıya etməyə 
çalışırdı  Denikin.  Rusiyanın  çar  dövründəki  ərazilərində  yenidən  hökmranlıq 
fikrinə düşmüşdü. 
İndi  həmin  o  Denikin  «ac  rus»ları  başına  yığıb  xaricdə—mühacirətdə 
fəaliyyət göstərirdi. 
Məmməd  Əmin  Rəsulzadə  Denikin  siyasətinin  riyakar  olduğunu  sübuta 
yetirir, «Bölünməz Rusiya» ideyası altında hansı xəyanətlərin yatdığını göstərirdi. 
Çünki  Denikin  həmin  vaxtlar  özünü  Polşanın  halına  yanan  kimi  göstərib  deyirdi: 
«Polşa  üçün  ən  yaxşı  yol  təkrar  gələcək  yeni  Rusiya  ilə  konfederasiyaya 
girməkdir!»  Məmməd  Əmin  Rəsulzadə  isə  Denikinin  bu  fikrinə  etiraz  edib  bu 
«konfederasiyanı» təkrar Rusiyanın əlinə düşmək adlandırırdı. 
Məmməd  Əmin  Rəsulzadə  Denikinin  «Bölünməz  Rusiya»  ideyasına  qarşı 
çıxıb yazırdı: 
«...Lakin  biz  əminik:  bolşevizm  yıxılınca  —  siz  bunu  istəsəniz  də, 
istəməsəniz  də  fərqi  yoxdur  —  Rusiya  parçalanacaq  və  dünyanın  bu  geniş 
qitəsindəki  əsir  millətlər  bu  dəfə  artıq  əbədi  qurtulacaq,  öz  müqəddəratlarının 
sahibi azad və müstəqil olacaqlar!» 
Məmməd  Əmin  Rəsulzadə  Azərbaycanın  istiqlalı  uğrunda  apardığı 
mübarizədə həmişə Qafqaz  xalqlarının birliyi ideyasını irəli sürüb. Onun  fikrincə, 
Rusiya əsarətində əzab çəkən türk xalqları birgə mübarizəyə qalxmasa, qələbə əldə 
olunmaz.  O  böyük  iftixar  hissi  ilə  yazırdı  ki,  Azərbaycan  istiqlalçılığı  Rusiya 
əsarətindəki  türk  xalqlarının  önündə  gedib.  Amma  bu  xalqlar  niyə  məğlub  olur, 
azadlıq qazana bilmir? Məğlubiyyətin səbəbi nədir? 
Məmməd Əmin Rəsulzadə «İstiqlal» qəzetində çap etdirdiyi «ortaq bir gün» 
adlı yazısında məğlubiyyətin səbəbini belə izah edirdi: 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə