Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   76   77   78   79   80   81   82   83   ...   112

169 
 
işlər  görmüş  Əli  Mərdan  bəy  Topçubaşov  dünyadan  köçmüşdü.  Azərbaycanın 
dünyanın iyirmi üç dövlətinə tanıdılmasında böyük xidmətləri olmuş, Vətəni işğal 
ediləndən sonra mühacirətdə— Fransada yaşamağa məcbur olmuş Əli Mərdan bəy 
artıq  həyatda  yox  idi.  1920-ci  ilin  Aprel  fəlakətindən  sonra  Əli  Mərdan  bəy 
dəfələrlə 
millətlər 
cəmiyyətinə 
müraciət 
etmiş, 
qanuni 
haqlarının, 
müstəqilliklərinin  istila  olunduğunu  söyləmişdi.  Və  tələb  etmişdi  ki,  millətlər 
cəmiyyəti  səlahiyyətindən  istifadə  edib  işə  qarışsın.  Amma  eşidən  olmamışdı  Əli 
Mərdan bəyi. Bu böyük insan vətənindən, yurdundan nigaran getdi. 
Məmməd Əmin Rəsulzadə Əli Mərdan bəyin ölümünə ağrıyıb yazırdı: 
«...Əli Mərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan ziyadə, işçisi idi. 
Onun  bütün  həyatı  tətbiqatda,  həm  də  milli  davanın  vəkilliyi  kimi,  məsuliyyətli 
işlərin tətbiqatında keçmişdir... 
...Mərhum  Əli  Mərdan  bəyin  Azərbaycan  hərəkatındakı  yeri,  işdə  bu 
xülasədakı  taktikası  həyatının  əvvəlindən  sonuna  kimi  hizmət  etməsi  ilə 
bəllənmişdir. 
Bir  millətin  siyasi  tarixində  bu  dərəcədə  mühüm  və  davamlı  bir  yer  tutan 
adam üçün öldü desələr inanmayınız! 
— Əli Mərdan bəy ölməmişdir!» 
Əli  Mərdan  bəyin  ölümü  münasibəti  ilə  onun  adına  müxtəlif  yerlərdən 
teleqramlar   g ə l i r d i : 
 
Göndərilən matəm teleqramları 
 
«Milli Azərbaycan mərkəzi rəisi hörmətli Rəsulzadə M. Emin bəyə 
Rəis bəy əfəndi! 
-  Millətimizin  keçirdiyi  bu  kədərli  çağlarda  milli  çalışanlarımızdan  Əli 
Mərdan  bəy  Topçubaşlının  ulu  tanrının  hüzuruna  çağırılması  bu  günə  kimi 
aldığımız  yaraların  üzərinə  yenidən  bir    yara    artırdı.  72  illik  səmərəli  ömrünün 
böyük  bir  qismini  millətinin  səadəti  uğrunda  sərf  edən  böyük  mərhumun  xatirini 
istiqlalçı Azəri nəsli dərin hörmətlə anacaqdır.... 
...Sizə  və  təmsil  etdiyiniz  milli  təşkilata  ulu  tanrıdan  təsəllilər  təmənna 
edirik. 
Berlin 8. 11. 34. 
Almaniyada Azərbaycan İstiqlal Komitəsi rəisi: Hilal Müşti» 
«Milli Azərbaycan mərkəzi rəisi Rəsulzadə Məmməd Emin Əfəndiyə. 
Hörmətli bəy əfəndi! 
Əli Mərdan bəy Topçubaşovun Parisdə vəfat etdiyindən böyük bir təəssüflə 
xəbər tutduq. 
Azəri  vətənsevərləri  üçün  kədərli  bir  hadisə  olan  Əli  Mərdan  bəyin  ölümü 
dolayısı ilə  sizin şəxsinizdə  Azərbaycan  milli  mərkəzinə  kədərləndiyimizi bildirir 
və ümumazərbaycanlıların matəmində iştirak edirik. 


170 
 
VarĢava. 12. 11. 34. 
Lehistanda yaşayan  
Azərilər adından» 
...Əli Mərdan bəy də rəhmətə getdi. Daha kim qaldı ki? Azad parlamentin 
işığını tutanlar köçürdülər dünyadan. Hiss edirdi ki, getdikcə təklənir. Ətrafı azad 
Azərbaycanı  birgə  qurduğu  adamlardan  seyrəlir.  Həyat  amansızdır.  Rəhmsiz  və 
qəddardır.  Kimsənin  halına  yanmır,  insandan  üzü  dönəndə  həmişəlik  dönür. 
Təklənirdi  həyatda.  Dostları,  doğmaları  bir-bir  dünyadan  köçüb  gedirdi.  Amma  o 
qalırdı.  O  hələ  yaşayacaq,  mübarizəsini  dayandırmayacaqdı.  O  yenidən  xalqını 
azadlığa  çıxaracaqdı.  O  zaman  yüzlərlə,  minlərlə  vətəndən  nigaran  gedən 
dostlarının ruhu şad olardı. Elə bir günü görsə, işıqlı dünyadan nigaran getməzdi. 
Bu təklənmək onu qətiyyən sındırmır, ruhdan salmırdı. İçərisində böyük inam hissi 
vardı. 
«Qurtuluş»  jurnalındakı  Azərbaycanla  bağlı  məlumatlar  ən  çox  sovetlər 
birliyində  rusca  çap  olunan  qəzetlərdən  götürülürdü.  Başqa  vasitələrlə  aldığı 
xəbərlər də ürəkağrıdan və iztirablı idi. Bir məlumata isə çox ağrımışdı: Eşitmişdi 
ki,  Gəncə  şəhərinin  adını  dəyişib  Kirovabad  qoyublar.  Bu  xəbəri  eşidəndə  acı-acı 
düşünmüşdü ki, bolşeviklər Azərbaycanda çar imperiyasının siyasətini yürüdürlər. 
Çar  imperiyası  Gəncəni  işğal  edəndə  adını  dəyişib  Yelizavetpol  qoymuşdu. 
Bolşeviklər işğaldan bir  müddət sonra bu gözəl şəhərə Kirovun adını vermişdilər. 
Özü  də  gör  kimin—Kirovun!  Kimdir  axı  bu  Kirov?  Azərbaycanın  qanını  içən  bir 
cəllad  deyilmi?  Ermənilərlə  əl-ələ  verib  Azərbaycanın  torpaqlarını  parçalamaqla 
məşğul  olmayıbmı?  Gəncə  üsyanında  minlərlə  günahsızın  qətlə  yetirilməsində 
onun iştirakı olmayıbmı? İndi gətirib günahsız qanlar axıtdığı bir şəhərə onun adını 
verir, xalqı içəridən kəsib doğrayırlar. 
Elə bu ağrı ilə də başçılıq etdiyi «Qurtuluş» məcmuəsində belə bir məlumat 
vermişdi: 
«...Yenə  eyni  siyasət  təkrarlanır.  Rus  hakimiyyətinin  bir  nişanəsi  olmaq 
üzrə, Gəncəyə türk qatili Kirovun adı verilir». 
«Qurtuluş»da  o  Stalin  hakimiyyətinin  qanlı  siyasətini  açıb  göstərirdi. 
Sovetlər birliyindəki mövcud rejimin istismarçı xarakterindən danışırdı. 
Məmməd Əmin Rəsulzadə «Stalinin hakimiyyəti» məqaləsində yazırdı:  
«Fəhlə  və  kəndli  hökuməti.  Çalışanların  məmləkəti.  Proletar  diktatorluğu. 
Kommunizm hakimiyyəti. Bolşeviklərin ağalığı. 
Bütün  bunlar  sovetlər  ittifaqı  deyilən  məmləkət  üzərində  fərdi 
hakimiyyətlərini  quran  qanlı  avanturistlərin  keyfi      istibdadlarını    qapamaq    üçün  
tullanılan bir ulduzlu cümlələrdir.. 
Daha  Lenin  sağ  ikən  sezilən  bu  hərəkət  kommunist  peyğəmbərinin 
ölümündən  sonra  iqtidarı  əlinə  alan  Stalin  zamanında  isə  daha  sürətlə  irəlilədi. 
Başda  kommunist  partiyası  içərisindəki  qarşı  gəlmələri  təpələyən  bu  hərəkatın 


171 
 
kommunizmin Trotski kimi ən böyü simalarını belə xaricə qovan kəskinliklə bütün 
qruplara üstün gəldiyini bilirik». 
Məmməd  Əmin  Rəsulzadənin  Polşa  xalqının  qəhrəman  oğlu  Yozef 
Pilsudskiyə  böyük  hörməti  vardı.  Azəri  mühacirlər  Türkiyədən  qovulandan  sonra 
məhz  Polşada,  Pilsudskinin  vətənində  sığınacaq  tapmışdılar.  Pilsudski  çar 
Rusiyasından  xalqını  qurtarmaq  yolunda  mübarizə  aparmış  bir  vətənpərvər  idi.  
Polşa xalqı  mübariz oğlu ilə haqlı olaraq fəxr edirdi. 
Amma amansız əcəl belə vaxtda Pilsudskini sevimli xalqından ayırdı. Bütün 
Polşa xalqı matəm içindədir. 
Məmməd Əmin Rəsulzadə Pilsudskinin ölümünə ağrıyaraq yazırdı: 
«Lehistan qaralara bürünmüş, lehlilər milli bir matəm yaşayır. 
Milli qəhrəman marşal Pilsudski həyata vida etmişdir. 
Bu  böyük  adam  Leh  vətənsevərliyinin,  xalqca  təqdis  olunan  parlaq  bir 
timsalı idi. 
Bir  timsal  ki,  tabutu  önündə  ayrılıq  nitqi  söyləyən  rahib  onun  haqqında: 
«Tanrı  onu  özünə  bənzədərək  yaratmış  və  qəhrəman  başına  krallarınkindən  də 
şərəfli bir tac qoymuşdur» demişdir. 
Məmməd  Əmin  Rəsulzadə  «Qurtuluş»  məcmuəsindəki  bu  yazısı  ilə  Azəri 
türklərinin Polşa xalqının matəminə şərik çıxdığını bildirirdi. 
«Qurtuluş»  öz  səhifələrində  Azərbaycandakı  vəziyyətlə  bağlı  çoxlu 
məlumatlar  verirdi.  Məmməd  Əmin  Rəsulzadə  Vətənində  baş  verən  hadisələri 
böyük  həyəcanla  izləyirdi.  Onun  başçılıq  etdiyi  «Qurtuluş»  məcmuəsi 
Azərbaycandan müxtəlif xarakterli xəbərlər nəşr edirdi. 
«Qurtuluş» məcmuəsində Azərbaycanla bağlı çap olunan bəzi xəbərlər: 
 
«Kolxozlarda yanğın 
 
Goranboy nahiyəsinin Borsunlu kəndindəki «sosializm» kolxozu 10 martda 
Əsgər Məmməd oğlu adlı bir qolçomaq oğlu tərəfindən dağıdılmışdır. 7 iş heyvanı 
və  bir  inək  yanmışdır.  Qoyunlar  məhv  olmaq  təhlükəsi  altındadır.  Sinif  düşməni 
qaçmışdır». 
 
Oğru müdir 
 
1919-cu ildən bəri Azərbaycan Kommunist Partiyasının fəallarından olan və 
son zamanlarda Azərbaycan ipəkçilik sənaye müdirliyində çalışan Heydər Tahirov 
oğurluq  etdiyi  üçün  Azərbaycan  Kommunist  Partiyası  nəzarət  komissiyası 
tərəfindən  partiyadan  atılmağa  və  işdən  qovulmağa  məhkum  edilmişdir.  Oğru 
müdir tam 110.000 manat «mənimsəmişdir», Tahirov məhkəməyə cəlb ediləcək. 
 
 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə