Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   78   79   80   81   82   83   84   85   ...   112

175 
 
HĠTLERLƏ ÜZ-ÜZƏ 
 
Onun  yalnız  bir  mübarizə  amalı  vardı:  Azərbaycanın  müstəqilliyi.  O  bu 
yolda döyüşüb inamından dönmürdü. Hansı iş təklif olunsa da, harda söhbət düşsə 
də  bir  fikri  irəli  sürürdü:  Azərbaycan  müstəqil  dövlət  olmalıdır.  Çoxları 
təəccüblənir,  heyrət  içərisində  onun  dönməzliyinə,  cəsarətinə  pərəstiş  edirdilər. 
Bəzən  həyatı  təhlükədə  qalır,  amansız  ölüm  lap  yaxınlığında  dayanırdı.  Belə 
dəhşətli anlarda da sözündən dönmür, «Azərbaycan» davasını davam etdirirdi. 
Türkiyədəki dostları onun haqqında böyük məhəbbətlə danışır və həmişə də 
bir söz deyirdilər. Danışırdılar ki, Emin bəy hansı şəraitdə olusa-olsun, sakitcə bir 
kənarda  oturardı.  Elə  ki,  söz  Azərbaycandan  düşdü,  o  qızmış  şirə  dönər, 
alovlanırdı.  Onun  bu  halı  qarşısında  hamı  təslim  olardı.  O,  Azərbaycan  davasını 
hər kəsə dərin məntiqlə, sübut və dəlillərlə başa salıb qalib gəlməyi bacarırdı. 
Bütün  dünyanı  qorxuya  salan  Hitler  də  Məhəmməd  Əmin  Rəsulzadənin 
«Azərbaycan davası» ilə bacarmadı. 
Məhəmməd Əmin Rəsulzadə Hitlerlə üz-üzə gəlməzdən qabaq hələ 1933-cü 
ildə yazırdı ki, hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış 
etmək üçün yaradılmış bir ideyadır. O faşizm kimi öz müxaliflərindən diktatorluq 
fikrini götürmüş, lakin aradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir. 
Hitler  millətçi  idi  və  o  insanları  irqlərə  bölürdü.  Amma  Məhəmməd  Əmin 
Rəsulzadə Hitlerlə  yaxınlıqda bir  məqsəd  güdürdü: düşmənin düşməni ilə dostluq 
etmək. Bu sözün altında hansı fikir  yatırdı? Məhəmməd Əmin Rəsulzadə Hitlerin 
kommunizmə, kommunist rejimə sonsuz nifrəti olduğunu bilirdi. Hələ Almaniyada 
yaşadığı  zaman  Hitler  tərəfdarlarının  kommunistlərə  sonsuz  nifrətini  hiss  edirdi. 
Hitler hakimiyyət başına  gələn kimi kommunistlərə amansız divan tutmuşdu. İndi 
Hitler  yer  üzündən  kommunizmi  silib  yox  etmək  istəyir,  dünyada  rus 
hökmranlığına  son  qoymağa  çalışırdı.  Onun  vətəni  Azərbaycanı  isə  ruslar  işğal 
etmişdi.  Deməli,  qan  içində  boğulan  yurdunu  xilas  etmək  imkanı  yaranmışdı. 
Amma  sonradan  Məhəmməd  Əmin  Rəsulzadə  Hitlerin  Qafqazla,  Azərbaycanla 
bağlı fikirlərini biləndən sonra onun təkliflərinə qarşı çıxdı. Bu hadisə müharibənin 
ortalarında baş verdi.  
1941-ci il idi. Hitler böyük sürətlə Moskvaya doğru irəliləyirdi. Müharibədə 
çoxlu  əsirlər  alınır  və  əksəriyyəti  sorğu-sualsız  güllələnirdi.  Hitlerin  yəhudilərə 
münasibəti  pis  idi.  Yəhudilərə  qarşı  amansız  idi  Hitler.  Bəs  Azərbaycanlıları 
günahı  nə  idi?  Müharibənin  ilk  aylarından  yüzlərlə  azərbaycanlı  yəhudi  adı  ilə 
qətlə yetirilmişdi.  
Məhəmməd  Əmin  Rəsulzadə  bu  məlumatı  eşitdiyi  andan  narahat  olmağa 
başlamışdı.  Onu  ən  çox  ağrıdan  aldığı  bir  xəbər  oldu:  almanlar  min  beş  yüz 
azərbaycanlını güllələyəndən sonra onların yəhudi olmadığını bilmişdilər. 
Vəziyyət acınacaqlı idi. Xilas  yolunu axtarıb tapmaq lazım idi. Yazıqların, 
binəvaların  günahı  nə  idi  axı?  Kürəyinə  Stalinin  iti  külüngü  söykənmiş  biçarə 


176 
 
Azəri  türkü  necə  geri  gönsün,  almana  güllə  atmasın?  Qurtarmaq,  yazıqları  xilas 
etmək lazım idi.  
Məhəmməd Əmin Rəsulzadə böyük gərginlik və həyəcan içərisində idi... 
...1941-ci  ildə  Məhəmməd  Əmin  Rəsulzadə  Hitlerin  «Şərq  Nairliyi» 
tərəfindən  Almaniyaya  dəvət  olundu.  Bu  onun  böyük  nüfuza  malik  olduğunu 
göstərirdi. Bəs Şərq Nazirliyi niyə məhz Məhəmməd Əmin Rəsulzadəni dəvət edir, 
onunla birgə işləmək istəyirdi? Şərq Nazirliyinin məqsədi nə idi? 
Hitlerin  «Şərq  Nazirliyi».  Hitlerin  «Şərq  Nazirliyi»  1941-ci  ilin  iyununda 
yaradılmışdı. Nazirliyin başında Rozenberq dayanırdı. Nazirlik üç bölmədən ibarət 
idi:  siyasi,  idarə  və  iqtisadi.  Siyasi  bölmədəki  Qafqaz  şöbəsinə  professor  von 
Mende  başçılıq  edirdi.  Professor  von  Mende  bir  dəfə  Polşada  olarkən  çoxlu  türk 
tatarın səhvən «aşağı təbəqə» dərəcəsinə bölünüb güllələndiyini eşitmişdi və nazir 
Rozenberqə  çatdırmışdı.  Rozenberq  də  öz  növbəsində  Hitlerə  məlumat  vermişdi. 
Deməli,  nazirlik  bu  anlaşılmazlıqdan  narahat  olmağa  başlamışdı.  Türklərin, 
müsəlmanların  yəhudilərlə  -  «aşağı  təbəqəyə»  mənsub  olanlarla  dəyişik  salınıb 
güllələnməyi yaxşı nəticələr verməzdi... 
Von  Mende  Məhəmməd  Əmin  Rəsulzadəni  böyük  səmimiyyətlə  qarşıladı. 
Və  ilk  söhbətdən  onunla  işləmək  istədiyini  bildirdi.  Von  Mendeyə  Məhəmməd 
Əmin Rəsulzadənin şəxsiyyəti haqqında bəzi tanışları da məlumat vermişdilər. İndi 
üzbəüz oturub söhbət edirdilər.  
Amma  Məhəmməd  Əmin  Rəsulzadə  von  Mende  ilə  söhbətində  öz  fikrini 
açıqca  bildirdi:  o  zaman  birgə  işləməyə  razı  olaram  ki,  Almaniya  Azərbaycanın 
müstəqilliyini tanımağa razı olsun! 
Hitlerin isə böyük neft mənbəyi olan Azərbaycan haqqında fikri başqa idi.  
Von Mende Hitlerin məqsədindən xəbərdar idi.  
Von  Mende  eyni  zamanda  onda  xoş  təəssürat  oyadan  Məhəmməd  Əmin 
Rəsulzadəni da kənarda qoymaq istəmirdi.  
Von  Mendenin  təklifi  yeni  deyildi.  Almanlar  bir  dəfə  Məhəmməd  Əmin 
Rəsulzadəyə  birgə  işləmək  təklifini  etmişdilər.  O  bu  təkliflə  yalnız  bir  şərtlə 
razılaşacağını bildirmişdi: o da Azərbaycanın müstəqil dövlət kimi tanınması idi. O 
zaman söhbət baş tutmamışdı və o çıxıb getmişdi. Məhəmməd Əmin Rəsulzadənin 
belə  vəziyyətdə  Almaniyadan  çıxıb  getməsi  narahatçılıq  doğurmuşdu.  Odur  ki, 
Drezdendəki  məktəblərin  birində  dosentlik  işinə  onu  da  dəvət  etmişdilər.  Lakin 
Məhəmməd Əmin Rəsulzadə razı olmamışdı. 
Budur, yenidən Almaniya hökuməti birgə işləməyə dəvət edir. 
Məhəmməd  Əmin  Rəsulzadə  von  Mende  ilə  söhbətində  bir  məsələdən 
narazılığını bildirdi. Dedi ki, azəri türklərini yəhudilərlə eyniləşdirib güllələyirlər.  
(Bəzi məlumatlarda deyilir ki, Məhəmməd Əmin Rəsulzadə yəhudilərin də 
türklər  kimi  sünnət  olunduğunu  və  onları  bir-birindən  fərqləndirməyi  sübuta 
yetirmək  üçün  Hitler  hökumətindən  qüds  müftisi  əl-Hüseynin  Almaniyaya  dəvət 
olunmağını  xahiş  edib.  Əl-Hüseyn  Almaniyaya  gətirilib  və  yəhudilərlə 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə