Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə84/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   80   81   82   83   84   85   86   87   ...   112

179 
 
―Qurtuluşu  mühəqqəq  olan  hür  və  müstəqil  vətəndə  adları  şan  və  şərəflə 
anılacaq  qurbanlar  arasında  indi  xatirəsini  andığımız  mərhum  da  (Fətəlibəyli) 
olacaqdır‖.  
Azərbaycan  legionunun  «Azərbaycan»  adlı  bir  qəzeti  çıxırdı.  Qəzetə  Fuad 
Əmircan başçılıq edirdi. Sonradan Məhəmməd Əmin Rəsulzadə qəzeti ciddi tənqid 
etmiş,  ona  yeni  istiqamət  vermişdi.  Çünki  qəzetdə  Azərbaycanın  tarixi  və  bəzi 
şəxsiyyətlərin mövqeyi düzgün işıqlandırılmırdı.  
Almaniyada  başqa  xalqların  da  milli  komitələri  də  çalışırdı.  Amma 
Məhəmməd  Əmin  Rəsulzadənin  fəaliyyət  göstərdiyi  milli  Azərbaycan  komitəsi 
bunların arasında birinci olaraq öz qurultayını çağırdı.  
1943–cü  il,  noyabrın  6–sı.  Berlinin  məşhur  Kayzerhof  mehmanxanası. 
Böyük  təntənə  ilə  milli  Azərbaycan  komitəsinin  qurultayı  keçirilir.  Qurultayda 
Rozenberqlə yanaşı Qüds müftisi Əl-Hüseyn də iştirak edirdi. Qurultay xüsusi bir 
qərar çıxarır.  
Məhəmməd Əmin Rəsulzadə sonralar o qurultayı belə xatırlayırdı:  
Bu  vəsiqənin  5  maddədən  ibarət  olan  ana  xətlərini  21  noyabr  1943–cü  il 
tarixli 47 nömrəli «Azərbaycan» qəzetindən nəql edirəm:  
«1943–cü  il  noyabrın  6–da  Berlin  şəhərində  toplanmış  cəbhədə  vuruşan 
əsgərlərimizin  və  vətəndən  xaric  Azərbaycan  siyasi  mübarizələrinin 
nümayəndələrindən  ibarət  milli  Azərbaycan  qurultayı,  mayor  Fətəlibəylinin 
məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki:  
1.  1918–ci  il  28  maydan  1920–ci  il  27  aprelə  qədər  davam  etmiş  Milli 
Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. 
2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət 
içərisində  millətimizin  istər  vətən  daxilində  və  istər  yad  ellərdə  apardığı  şanlı  və 
qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur. 
3.  Qurultay  bu  ağır  şərait  daxilində  aparılan  mübarizədə  canlarını  vətənin 
azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. 
4.  Dünyanı  sarsıdan  bu  ikinci  cahan  müharibəsi  nəticəsində 
müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. 
Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün 
də mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu türk 
xalqlarının dostu Almaniyaya bağlamışdır. 
5. Qurultay əsrlər boyu olduğu kimi bu gün də Azərbaycan xalqı ilə Qafqaz 
qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, Edil-Ural və Krım xalqları ilə eyni 
qayə idea birliyi müşahidə edir və onlarla işbirliyini zəruri sayır...‖ 
Məhəmməd  Əmin  Rəsulzadə  mübarizəsindən  geri  çəkilmir.  Azərbaycanın 
istiqlaliyyəti  uğrundakı  yolundan  dönmürdü.  Bütün  vasitələrdən  istifadə  edib 
Azərbaycan  müstəqil  olmalıdır  fikrini  təbliğ  edən  Rəsulzadə  azad  vətənin 
unudulmamağına çalışırdı.  
Amma Hitler onunla razılaşmırdı hələ. 


180 
 
...Həmin o qurultayda da Rozenberqə bir neçə tənqidi söz deyildi. Bu tənqid 
də  Almaniyanın  Azərbaycan  haqqındakı  planı  ilə  bağlı  idi.  Bu  tənqiddən  sonra 
arada  bir  soyuqluq  yarandı.  Rozenberqin  köməkçisi  Alfred  Meyer  ortalığa  çıxıb 
soyuqluğu  aradan  qaldırmaq,  yenidən  mehriban  ünsiyyət  yaratmaq,  söhbəti 
şirinləşdirmək məqsədi ilə dedi: Mən öndə gedən azərbaycanlıları ən gözəl qızların 
və ən yaxşı rakının (içki) olduğu öz əyalətimə - Vestfapenə dəvət edirəm... 
Məhəmməd  Əmin  Rəsulzadə  Hitlerin  Azərbaycan  haqqında  olan  planı  ilə 
razılaşmırdı.  Hitlerin  siyasəti  ilə  ikinci  bir  narazılıq  da  yaranmışdı  artıq.  Bu  da 
legionlara  Hitlerin  münasibəti  ilə  bağlı  idi.  Məhəmməd  Əmin  Rəsulzadə 
Azərbaycan  legionlarının  başqa  xalqlara  qarşı  vuruşması  əleyhinə  idi.  O 
Azərbaycan  legionunun  öz  istiqlaliyyəti  uğrunda  mübarizə  aparan  xalqlara  qarşı 
silah  çevirməyinin  qəti  əleyhinə  idi.  Onun  fikrincə  Polşa,  Yuqoslaviya, 
Çexoslavakiya  və  digər  xalqlar  azadlıq  uğrunda  döyüşürlər.  Çünki  onların  ölkəsi 
işğal  olunub.  Vətəni  işğaldan  xilas  etmək  yolunda  vuruşan  bu  adamlara 
azərbaycanlı nəyə görə güllə atmalı idi? 
1943–cü ildə Azərbaycan legionu qarşısında belə bir bəyannamə ilə də çıxış 
etdi. Bu o zaman üçün böyük cəsarət idi. Hitlerin qulağı eşitdiyi halda belə sözlər 
demək ölümə bərabər idi. 
Amma  o  qorxmurdu.  O  həyatından,  vətənindən  ötrü  yaşayırdı.  Öz  ömrünü 
başa  vurmuşdu.  Yaşayışını  da,  həyatını  da  çoxdan  bir  amala  –  Azərbaycanın 
istiqlaliyyəti  uğrundakı  mübarizəyə  qurban  vermişdi.  O  vətəni  Azərbaycanın  və 
onun  bu  qərib  diyarda  yaşayan  övladlarının  başına  od  hərisi  pərvanə  kimi 
dolanırdı.  Doğma  torpağı  işğal  olunan,  vətənsiz  qalan  yurddaşları  onun  çırpınan 
qəlbi  idi.  Hərdən  bu  adamları  söhbətə  tutur,  vətənində  baş  verən  hadisələri 
öyrənirdi.  Günahsız  qətlə  yetirilənlərin  acı  taleyinə  ağrıyırdı.  Bir  hadisənin  də 
şahidi  olurdu.  Görürdü  ki,  əsir  düşən  azərbaycanlıların  hamısının  gözündə  bir 
qorxu dolaşır. Bəziləri isə çox-çox uzaqda olan Almaniyanın özündə belə Stalinin 
adı çəkiləndə həyacanlanır, təşvişə düşür. Söhbəti dəyişməyə çalışır. Vəziyyəti belə 
görəndə sınırdı, ağrıyırdı. Düşünürdü ki, qanlı terror rejimi adamları gör necə hala 
salıb? Stalinin məqsədi də elə bu idi. Vaxtilə Moskvadakı söhbətlərinin birində ona 
demişdi  ki,  kütləvi  terrora  keçib,  xalqı  tərbiyə  etmək  lazımdır.  Budur  Stalin 
arzusuna çatıb. Tərbiyə edib xalqı. Yalnız terrorlamı istəyinə nail oldu? Bu işlə o 
Lenin  təliminə  çox  əsaslanmışdı.  Yalnız  fiziki  yolla  yox,  mənəvi  terrorla  da 
adamları  özünə  tabe  etmək  lazımdır.  Bəs  nədən  ibarət  idi  bu  mənəvi  terror? 
Adamlarda yalançı və saxta bir inam – kommunuzm inamı yaratmaq. Qoy adamlar 
bütün  yaşayışını,  həyatını,  gözəl  ömür  sürmək  istəyini  bir  kənara  atıb  bu  xam 
xəyalın arxasında sürünsünlər. Onsuzda kommunizmin qurulması mümkün deyildi. 
Əgər belədirsə lap yaxşı. Adamlar mümkün olmayan bir istək ardınca gedəndə, ona 
pərəstişlə yanaşanda sən də sakitcə hakimiyyət taxtında əyləşirsən. İndi qarşısında 
dayanan bu cavanları bəs nə yolla tərbiyə edib Stalin? Mənəvi terrorun daha hansı 
üsulundan  istifadə  edib!  Nifrətlə,  həmişə  nifrətlə  dilinə  gətirirdi  bu  sözü:  pioner, 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə