Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   77   78   79   80   81   82   83   84   ...   112

172 
 
QıĢmı, yazmı? 
 
Azərbaycan  sovetlərinin  8-ci  qurultayında  oxuduğu  raporlida  Rəhmanov 
demişdir  ki:  «sənayemizdə  anekdotik  bir  hal  vardır,  qış  paltarlarını  qışda,  yaz 
paltarlarını  isə  yazda  vermək  əvəzinə  əksinə  olur.  Məsələn,  Azərbaycan  paltar 
sənayesi bu il qışın əvvəlində satışa 25.000 yaz paltarı vermişdir». 
 
Azərbaycan tarixi 
 
Sovetlər  Birliyinin  Elmlər  Akademiyasının  Azərbaycandakı  şöbəsi 
Azərbaycan tarixinə aid «elmi» bir əsər nəşrinə qərar vermişdir. Əsər iki hissədən 
ibarət olacaq. Birinci hissə qədim dövrü əhatə edib tac xanlıq dövrünə (18-ci əsrə) 
qədər gələcək, ikinci qisim isə Azərbaycanın Rusiya çarizmi tərəfindən istilasından 
çarizmin  yıxılmasına  qədər  olan  dövrü  əhatə  edəcək.  Kitabın  yazılmasında  Bakı, 
Moskva, Leninqrad, Tiflis və Yerevan «alimləri» iştirak edəcək. Və təbii olaraq hər 
sahədə olduğu kimi burada da da sinif savaşı və proletar diktatorluğu, marksizm və 
materializm  baxışlarından  hərəkət  ediləcəkdir.  Qızıl  «professor»lardan  Vəli 
Xuluflunun  vaxtı  ilə  iddia  etdiyi  kimi,  türklərin  Azərbaycana,  İraq,  Suriya  və 
Anadoluya  yayılıb  müstəqil  dövlətlər  qurmağa  başlamalarına  «türk  vəhşəti»  adı 
veriləcəkdir. 
 
Don Kixot 
 
Azərbaycan kitab evlərində təhqiqat aparılarkən oxuyucuların əsasən hankı 
əsərləri  çox  oxuduqları  da  araşdırılmışdır.  Nəticədə  məlum  olmuşdur  ki, 
Azərbaycan  oxuyucusu  kommunist  təbliğatı  nəşrindən  çox  klassik  Avropa 
əsərlərinə  həvəs etməkdədir. Bu  əsərlər arasında  «Don Kixot»  ən çox oxunan bir 
kitab olub. 
 
Yeni əsərlər 
 
Bütün  Sovetlər  Birliyi  Elmlər  Akademiyasının  Azərbaycandakı  şöbəsi 
aşağıdakı  yeni  əsərləri  nəşr  etmişdir:  «Azərbaycan  quşları»,  «Azərbaycanın 
balıqları», «Azərbaycanın dekorativ bitkiləri...» 
Məmməd  Əmin  Rəsulzadəni  «Qurtuluş»  jurnalında  çap  etdiyi  bu 
məlumatlar  1934-35-ci  illər  Azərbaycanının  hansı  «yüksəliş»də  olduğunu  aydın 
göstərirdi. 
«Prometey»  birliyi.  Məmməd  Əmin  Rəsulzadənin  fəaliyyəti,  istiqlal 
mübarizəsi  bu  təşkilatla  sıx  bağlıdır.  «Prometey»  təşkilatı  Sovetlər  Birliyindəki 
bütün  rus  olmayan  millətləri  birləşdirir.  Hələ  1916-cı  ildə  rus  olmayan  duma 


173 
 
deputatları  Lozanna  şəhərində  bir  konfrans  çağırmışdılar.  Həmin  vaxt  yaradılan 
qrup «Prometey» təşkilatının sələfi sayıla bilər. 
«Prometey»  təşkilatı  1928-ci  ildə  Məmməd  Əmin  Rəsulzadənin  təşəbbüsü 
və  Polşa  hökumətinin  köməyi  ilə  yaradıldı.  «Prometey»  təşkilatı  rus  olmayan 
millətlərin  siyasi  mübarizəsini  istiqamətləndirirdi.  «Prometey»  təşkilatında  ilk 
vaxtlar  aşağıdakı  xalqları  təmsil  edən  partiyalar  toplaşmışdı:  gürcü  sosialistlər, 
azərbaycanlıların  «müsavat»  partiyası,  Krım  tatarlarının  «milli  firqəsi», 
türküstanlıların  «Milli  Türküstan  Birliyi»  və  müxtəlif  Şimali  Qafqaz  və  tatar 
qrupları.  Erməni  qrupları  təşkilatda  türk  tatarların  çoxluğunu  görüb  yaxın 
durmadılar. 
«Prometey»  təşkilatının  Parisdə  orqanı  olaraq  «Prometey»  jurnalı  çap 
olunurdu. Məmməd Əmin Rəsulzadə jurnalda yazılar, məqalələr dərc etdirirdi. 
Ümumiyyətlə,  Məmməd  Əmin  Rəsulzadənin  fəaliyyət  dairəsi  yalnız 
Azərbaycanla məhdudlaşmırdı. O Rusiya  əsarətində əzab çəkən bütün xalqların, o 
cümlədən türklərin mənafeyinin müdafiəçisi kimi çıxış edirdi. 
1934-cü  ildə  isə  Jordaniya,  Rəsulzadə  Şimali  Qafqaz  nümayəndələri 
Brüsseldə Qafqasiya dövlətləri birliyi üçün konfederasiya sazişi imzaladılar. 
Məmməd Əmin Rəsulzadə çətin bir şəraitdə düşmənlə mübarizə aparırdı. 
...1936-cı  ildə  Varşavada  Milli  Müsavat  partiyasının  qurultayı  keçirildi. 
Qurultaya  başqa  ölkələrdən  də  qonaqlar  çağırılmışdı.  Burada  müsavatçılar 
partiyanın  xaricdə  və  Azərbaycan  daxilində  yürüdəcəyi  siyasəti,  taktika  və 
strategiya  əsaslarını  işləyib  hazırladılar.  Yeni  proqramda  irəli  sürülən  başlıca 
məqsədlərdən  biri  də  bu  idi:  Müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətini  rus 
istilasından  qurtarmaq  və  onu  qeydsiz  və  şərtsiz  müstəqil  bir  dövlət  halında 
yaşatmaq. 
Məmməd  Əmin  Rəsulzadə  yenə  «müsavat»ın  lideri  və  ilhamçısı  olaraq 
qalırdı.  «Müsavat»ın  yeni  proqramını  da  işləyib  hazırlayan,  müasir  şəraitdə 
mübarizə istiqaməti verən özü idi. 
...1938-ci ilin mart ayı idi. 
Gecəni  yata  bilmədi.  Elə  gözlərini  azca  yuman  kimi  onu  boğmağa 
başlayırdılar.  Tez-tez  də  gözünə  qan  gölməçələri  görünürdü.  Yataqda  çırpına-
çırpına qalmışdı. Bu nə hal idi keçirirdi? Bəlkə uşaqların başına bir iş gəlib! 
Gecəni  nahaqdan  belə  həyəcanlar  keçirmirdi.  Həmin  o  günü  köhnə 
mübarizə  dostu  Stalinin  qatil  cəlladları  on  doqquz  yaşlı  oğlu  Rəsulu 
güllələmişdilər.  Rəsulu  «sən  müsavatçı  Məmməd  Əmin  Rəsulzadənin  oğlusan» 
deyib qətlə yetirmişdilər. 
Həmin  günü  özündə  deyildi.  Halsız  və  pərişan  gəzib  dolanırdı.  Elə  tez-tez 
öz-özünə deyirdi: Evdə nə isə olub. 
Evdə çox faciələr baş vermişdi. Bütün ailəsini  həbs edib uzaq Qazaxıstana 
sürgün  etmişdilər.  Cavan  oğlunu  isə  güllələmişdilər.  Vəfalı  həyat  yoldaşı 
Ümbülbanu  xanım  soyuq  Qazaxıstanın  ölüm  düşərgələrində  «oğul»  deyib  fəryad 


174 
 
qoparır, nalə çəkirdi. Oğlu Rəsulun güllələnməyinə dözə bilmirdi. Cəmi iki il sonra 
oğul  deyə-deyə  bağrı  çatlayıb  öləcəkdi.  Oğlu  Azər,  qızı  Xalidə  göz  yaşı  töküb 
analarını dəfn edəcəkdilər. Sonra qızı Xalidə itkin düşəcəkdi. Digər qızı Lətifə isə 
başqa  yerdə  sürgündə  işgəncələr  çəkəcəkdi.  Amma  həyat  yoldaşı  Ümbülbanu 
xanım həmişə onun haqq işi uğrunda mübarizə apardığını söyləyəcəkdi. 
...Bəli,  Vətənində  faciələr  başlamışdı.  Qanlı  1937-ci  ilin  qara  tufanı  əsir, 
minlərlə  günahsızı  ölümə  məhkum  edirdi.  Köhnə  mübarizə  yoldaşı  Stalin  vaxtilə 
ona dediyi, ürəyindən keçən böyük istəyi həyata keçirirdi—adamları kütləvi halda 
qırırdı. Bu qırğın vətəni Azərbaycan üçün deyildi. Xalq onsuz da 1920-ci ildən bəri 
on yeddi il idi ki, qırılırdı. 
Stalin    qanlı  terror  maşınını  işə  salmışdı.  Aldığı  bir  məlumata  isə  acı-acı 
gülürdü:  Vaxtilə  şura  hökumətinin  əlindən  tutub  Azərbaycana  gətirən  bolşeviklər    
özləri qurduqları quruluşun qurbanına çevrilmişdilər. Düz on yeddi  il  idi ki,  «biz 
müstəqil    Şura    hökuməti  qururuq»  deyib  xalqının  günahsız  qanını  axıdanlar 
qurduqları tora  düşmüşdülər.  Xalqın başını kəsdiniz siz!  Anaları ağlar qoydunuz, 
körpələri  ana  nəvazişindən  məhrum  etdiniz,  minlərlə  azərbaycanlını  Xəzər 
dənizinə  atıb  boğdunuz.  Adamları  doğma  elindən  didərgin  saldınız.  Hamınızın 
vicdanında  nahaq  tökülən  yüzlərlə  insan  qanı  var.  Budur,  özünüzün  indi  qanı 
axıdılır.  Bəs  nə  bilmişdiniz?  Belə  də  olmalı  idi.  Vaxtında  sizə  demişdik  ki,  bu 
hökumətə  inanmayın.  İşğalçı  və  qaniçəndir.  Hərənizə  bir  vəzifə  verib  başınızı 
aldatdılar.  Əvvəl  sizi  qızışdırıb  Nərimanovun  üstünə  saldılar.  Çünki  son  vaxtlar 
Nərimanov  aldandığını  başa  düşmüşdü.  Nərimanov  ayılmışdı.  Ayılmışdısa  demək 
onu  uzaqlaşdırmaq  lazım  idi.  Bu  işdə  sizdən  istifadə  etdilər.  Moskvanın  və 
ermənilərin təşviqi ilə başladınız  bir-birinizi  didib-parçalamağa. Moskvaya da bu 
lazım idi. Baş qarışıbsa,  onda  Azərbaycanın  malını, sərvətini daha rahat dağıtmaq 
olar.  Və  dağıdırdılar  da.  Budur  indi  öz    başınız    vaxtilə  itilədiyiniz  qılıncın  tiyəsi  
altındadır.  Sizi  o  günahsızların  ahı  tutdu  beləcə.  Nahaq  qan  yerdəmi  qalar?  O 
anasız  qoyduğunuz  körpələrin,  qardaşını  güllələdiyiniz  bacıların  ahı 
tutmayacaqdımı  sizi?  Bu  törətdiyiniz  cinayətlərin  qarşısında  ən  asan  ölümdür.  
Stalini yaxşı tanıyıram. Onunla azmı yaxınlıq etmişəm.  O fanatik adamları sevmir.  
Boşboğazlıq edən,  «şüarçılıq» yaşayışına  aludə olanlardan xoşu gəlmir  Stalinin.  
Onun    hər  bir    işi  hakimiyyətini  möhkəmlətməyin    xatirinə  edilir.  Siz  isə  «eşq 
olsun» və «kommunist salamı ilə» sözündən başqa heç  nəyi qəbul  etmədiniz. İndi 
tələyə  düşmüsünüz.   Belə də olmalı idi. Amma  heyif, çox  heyif o güllələdiyiniz  
adamlardan. Çox heyif azad xalq cümhuriyyətimizdən.  Çox heyif! 
...1937-38-ci  illərdə  Stalin  günahsız  insanlarla  yanaşı  minlərlə  belə  fanatik 
bolşeviki qətlə yetirdi. 
...1939-cu  ildə  Polşanın  sovet  qoşunları  tərəfindən  işğal  edilməyi  ilə 
əlaqədar olaraq Məmməd Əmin Rəsulzadə bu ölkəni tərk etdi. 
İkinci dünya müharibəsi başlanmışdı. 
 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə