Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə77/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   73   74   75   76   77   78   79   80   ...   112

163 
 
xoşbəxt də yaşayırdılar. Sonra tufanlar qopdu, xain düşmən onların yurdunu işğal 
edib  özlərini  çöllərə  saldı.  Yox,  onlar  məhv  olmadı,  min  bir  çətinliyə  dözüb 
dayandılar.  Ona  görə  dözüb  dayandılar  ki,  xalqı  yaşatsınlar,  uzaq  ellərdə 
qarşılarına çıxan hər kəsə işğal olunmuş vətənlərindən danışsınlar. Və həmişə belə 
də etdilər. 
Onun  səsini  isə  həmişə  eşidirdilər.  Türkiyədə  nəşr  etdiyi  jurnallara  abunə 
yazılır, çap olunan kitablarını alıb acgözlüklə oxuyurdular. Çünki onun yazılarında 
əzab  çəkən  Vətənin—Azərbaycanın  ürəyi  çırpınırdı.  Onunla  əlaqələrini 
kəsməmişdilər.  İstanbulda  yaratdığı  milli  mərkəzdən  daima  xəbər  tuturdular. 
İstanbuldakı  Azərbaycan  milli  mərkəzi  mühacir  Azəri  türklərinin  qurtuluş  ocağı 
idi. 
İndi  budur,  o  qədər  işi  görən  adam  Türkiyədən  çıxmağa  məcbur  olub. 
Hadisənin  necə  olduğunu,  daşın  kim  tərəfindən  atıldığını  yaxşı  bilirlər.  Amma 
Azərilər  Polşada,  Almaniyada,  Fransada  yaşayır  və  onu  sevirlər.  Polşa  hökuməti 
Türkiyədən  çıxan  Azəri  mühacirlərinə  sığınacaq  verib.  Almanlar  isə  böyük 
səmimiyyət və xeyirxahlıqla onların qəzet, məcmuə çıxarmalarına imkan yaradır. 
Həmin  günü  Almaniyadakı  mühacir  Azəri  türkləri  «İstiqlal»  qəzetinin  ilk 
nömrəsini  böyük  həyəcanla  oxuyurdular.  Elə  qəzetin  ilk  səhifəsində  onun—azad 
hökumətlərinin  keçmiş  başçısı  Məmməd  Əmin  Rəsulzadənin  səsini  eşidirdilər. 
Məmməd Əmin Rəsulzadə «Kəsilməyən səs» məqaləsində yazırdı: 
«Mütaliənizə  təqdim  olunan  bu  qəzet  müqəddəs  bir  mübarizənin 
müdafiəçisi  üçün  yüksələn  bir  səsi  mədəniyyət  dünyasına  çatdırmaq  üçün  nəşr 
olunur. 
Milli Azərbaycan istiqlal mübarizəsinin səsi! — budur bizi həyəcanlandıran 
səs! 
Bu gün Berlindən eşitdiyimiz bu səs on ilə yaxın idi ki, İstanbuldan gəlirdi 
və nə qədər təbii idi.  Gənc bir türk  vətəninin, istilaya  uğramış bir türk  millətinin 
qəsb  edilmiş  haqqını  və  haqlı  istiqlalını  müdafiə  etmək  üçün  türkcə  çap  olunan 
mətbuat orqanına qardaş Türkiyədən daha  münasib sığınacaq  yeri təsəvvür etmək 
olarmı?! 
Yabançı  rus  istilasının  qırmızı  terroru  altında  boğucu  bir  qəmginliklə 
oxunacaq  bu  məqalənin  azərbaycanlı  münəvvərlərdə  yaradacağı  təsir  bu  sətirləri 
yazarkən  bizi  xüsusən  düşündürür.  Heyrət  dolu  gözləri  görürük—soruşur:  — 
Görən nə olub?! 
—Türkiyə  cümhuriyyət  hökumətinin qərarilə  İstanbulda  nəşr edilən  «Odlu 
yurd», «Azəri türk», «Yeni Türküstan» jurnalları və «Bildiriş» qəzeti bağlanmışdır. 
...Bizi  heyrət  içində  qoyan  bu  həqiqətə  indi  düşmən  sevinir.  Bolşeviklər, 
ruslar  məmnundurlar.  Niyə  də  məmnun  olmasınlar?  Boğduqları  gənc  türk 
milliyyətçiliyi,  cümhuriyyətçiliyi  və  xalqçılığının  etiraz  edən  səsi  artıq  eşidilməz  
olmuşdur. O səs ki, sovet rejiminin, onun yürütdüyü məlun siyasətin iç üzünü faş 
edir  və  bolşevik  saxtakarlarının  üzünə  çırpırdı.  Bəli,  onlar  məmnun  ola  bilərlər: 


164 
 
milli,  müasir  xalqçı  türk  cümhuriyyətində  milli,  müasir,  xalqçı  Azərbaycan 
istiqlalçılıq məfkurəsinin səsi boğulmuşdur! 
Budur, yaşadığımız dövrün acı həqiqəti, tarixin  istehzası. 
Heyf bu dövrə! 
Lakin 
bütün 
bunlara 
baxmayaraq 
onlar 
yollarından 
dönmür, 
mübarizələrindən  əl  çəkmirlər.  Mübarizələri  haqdır,  buna  inanırlar  və  bu  inama 
güvənirlər. 
...Azərbaycan istiqlal mübarizəsi olduğu kimi davam edir. Çeka zirzəmiləri 
mücahidlərlə  dolur,  məhbus  dəstələri  Solovki  istiqamətdə  hərəkət  edir.  
Kəndlilərdən təşkil olunmuş partizan dəstələri mübarizəni davam etdirir, yeni nəsil 
isə istila rejiminin güclənməsinə baxmayaraq, milli idealın arxasıycan gedir.  
Bununla  bərabər  Azərbaycanın  mübarizəsini    bir  an  da  dayanmadan  bütün 
dünyaya çatdırmaq ehtiyacındayıq, Türkiyənin öz taktikasını dəyişəcəyini gözləyən 
müddətdə Azərbaycan hərəkatı təbii ki, səsi kəsilmiş qala bilməz! 
Bu gündən  etibarən burda nəşrinə başladığımız  qəzet məhz bu kəsilməyən 
səsin ifadəsidir! Məqsədi budur: «Kəsilməyən səs!» 
Məmməd Əmin Rəsulzadə qəzetin proqram məqaləsindəki fikrini axıra kimi 
də davam etdirirdi. 1934-cü ilə kimi Berlində çap olunub yayılan bu qəzetdə yalnız 
Azəri  türkləri  deyil,  eləcə  də  bütün  dünya  ictimaiyyəti  Azərbaycanın  iztirablarını 
eşitdilər.  Məmməd  Əmin  Rəsulzadə  sovetlər  birliyinin  Azərbaycana  tətbiq  etdiyi 
siyasətin,  qayda  və  qanunların  iç  üzünü  açıb  göstərir,  sərt  tənqid  atəşinə  tuturdu. 
Onun  «İstiqlal»dakı  yazıları  Azərbaycanı  işğalda  saxlayan  sovet  rejiminə  qarşı 
daima alışmağa hazır olan bir od idi. Ona görə də Sovet çekistləri, bu qanlı rejimin 
qoruyucuları hər vasitə ilə  Azərbaycanı Berlindəki istiqlal odundan qoruyurdular. 
Odu  üfürüb  alovlandırmaq  bacarığında  olan  vətənpərvər  Azəri  türklərini  isə 
həbsxanalarda  işgəncələrə  məruz  qoyur,  Solovki  buzlaqlarında  ölümə  məhkum 
edirdilər. Bolşeviklər Məmməd Əmin Rəsulzadənin Türkiyədən çıxarılmağına çox 
sevinmişdilər. Axı onları narahat edən, vəzifə stollarını silkələyən səs boğulmuşdu! 
O səs daha İstanbuldan eşidilməyəcəkdi! 
Amma şadlıqları uzun sürmədi və yedikləri haram tikə boğazlarında qaldı. 
Yenidən, yenidən o səs eşidilməyə başlamışdı. Özü də bu dəfə daha sərt və güclü 
dəlillərlə onların saxtakarlığı, fırıldaq və ikiüzlülüyü dünyaya çatdırılırdı. Narahat 
idi bolşeviklər, narahat idi bu istiqlal səsindən. 
Lakin  onların  əli  Almaniyaya  çatmayacaqdı.  Polşada  da  bu  rejimə  dərin 
nifrət  vardı.  Məmməd  Əmin  Rəsulzadənin  bu  ölkələrdə  ucaltdığı  istiqlal  səsini 
onlar  necə  çalışsalar  da  batıra  bilməyəcəkdilər.  O  səs  eşidilib  yuxularına  haram 
qatacaq, rahat yaşayışlarını pozacaqdı. 
Budur, «İstiqlal» qəzeti Məmməd Əmin Rəsulzadənin  «Açıq diplomatiya» 
yazısını  çap  edib.  Müəllif  bolşeviklərin  növbəti  siyasətini  —  açıq  diplomatiya 
fikrini  irəli  sürməyinin  daxili  saxtakarlığını  izah  edir.  Göstərir  ki,  onlar  həmişə 
zahirən  demokratik,  azadlıq  pərdəsinə  bürünmüş  şüarlar  irəli  sürüb  əslində 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə