Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə85/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   81   82   83   84   85   86   87   88   ...   112

181 
 
komsomol.  Bunlara  həmişə  tələ  deyərdi.  Bolşeviklərin  tələləri.  Cavan  uşaqları  bu 
tələyə  salıb  məhv  edir,  beyinlərinə  yalançı  vədlər  yığıb  «işıqlı  bir  sabahın» 
qaranlığını doldurub buraxırdılar. 
...  Qarşısında  dayanan  yurddaşlarına  baxdıqca  ürəyi  ağrıyırdı  və  indi 
həyatda  olmayan  Azərbaycan  əsgərlərini  xatırlayırdı.  Milli  hökumət  zamanında  o 
əsgərlərlə də beləcə üz-üzə dayanıb söhbət etmişdi. Onların məğrur baxışı, coşğun 
sözləri  indiki  kimi  yadındadır.  O  adamlar  bolşevik  tələsi  görməmişdilər.  Azad 
vətənləri,  hökümətləri,  milli  orduları  vardı.  Onlar  azad  mühitin  havasını  udan 
gənclər idi və əllərindəki silahla qorxu, hürkü bilmədən Vətənin keşiyini çəkirdilər. 
Bu  gənclər  isə  işğal  olunmuş  torpağın  havasını  udmuşdular.  O  Azad 
Azərbaycandakı  əsgərlərlə  söhbətini  xatırlayanda  ürəyi  sızlardı.  Düşündü  ki,  indi 
onların çoxu yoxdur həyatda. Qalanları isə soyuq həbsxanalarda işgəncələr çəkir. O 
günlər isə ötüb keçmişdi... 
İndi qaşısında dayanan bu azərbaycanlıların hamısı ondan ötrü doğma idi.  
Bir  hadisəni  də  xatırladı.  Yenicə  gətirilən  əsgərlərdən  biri  çox  diqqətlə 
baxırdı ona. Onun azərbaycanlı olduğunu əsirlər bilmirdi hələ. Rus dilində əsirdən 
ad-familyasını,  milliyətini,  haralı  olduğunu  soruşdu.  Birdən  əsir  Azərbaycan 
dilində  dedi:  mən  o  yerdənəm  ki,  siz  orada  olmusunuz.  Soruşdu  ki,  harda 
görmüsünüz  məni?  Əsir  onu  Lahıcda,  qonşularının  evinda  hərdən  balkona  çıxan 
zaman gördüyünü və indi də unutmadığını dedi. Bu qəribə hadisədən çox mütəəssir 
olmuşdu. 
Bu  əsirləri  sevirdi,  onlardan  ötrü  çox  narahat  idi  və  çalışırdı  ki,  Vətəndən 
qürbətdə yaşayan Azərilər sıxıntıdan, ehtiyacdan uzaq olsunlar. 
Məhəmməd  Əmin  Rəsulzadənin  Azərbaycan  legionuna  müraciəti  Hitlerin 
xoşuna  gəlmədi.  Göstəriş  verdi  ki,  Məhəmməd  Əmin  Rəsulzadə  Almaniyadan 
qovulsun. 
Məhəmməd  Əmin  Rəsulzadənin  bu  bəyanatı  öz  istiqlaliyyəti  uğrunda 
müübarizə  aparan  xaqlar  tərəfindən  böyük  rəğbətlə  qarşılanmışdır.  Elə  bu 
bəyənatın  nəticəsi  idi  ki,  1944-cü  ildə  Polşada  üsyan  edən  almanları  güllə 
yağmuruna tutan polyaklar azərbaycanlıları görən kimi pəncərələrdən üstlərinə gül-
çiçək atmışdılar. 
(Azərbaycan  legionunun  əsgərləri  alman  hərbi  formalarını  geyirdilər. 
Amma qollarında emblemin içində alman hərfləri ilə «Azərbaycan» yazılırdı). 
Məhəmməd Əmin Rəsulzadə Almaniyanı tərk etməyə məcbur olanda 1943-
cü ilin sonları idi. 
Daha bir qapı da üzünə bağlandı. 
Rumıniyada ona sığınacaq yeri tapılmışdı. 
Həmdullah Sübhi Tanrıövər etibarlı dostdur. 
Həmdullah  bəylə  çoxdan  -  hələ  1911-12-ci  illərdən  dostluq  edirdilər.  O 
zaman  «Türk  ocağı»nda  birgə  çalışırdılar.  Aralarında  dərin  səmimiyyət  vardı. 
Həmdullah bəy köhnə dostunun - Məhəmməd Əmin Rəsulzadənin Hitler hökuməti 


182 
 
ilə  münaqişəsini  eşidən  kimi  kömək  əlini  uzatmışdı.  Məhəmməd  Əmin 
Rəsulzadəni öz yanına çağırmışdı. Həmdullah bəy o zaman Türkiyənin Buxarestdə 
baş səfiri idi. 
Rumıniyaya gələndən sonra da Məhəmməd Əmin Rəsulzadə fəaliyyətindən 
qalmadı.  Yenə  azərbaycanlı  əsirlərin  taleyi  ilə  maraqlanır,  Berlindəki 
«Azərbaycan» qəzeti ilə əlaqə saxlayırdı. 
Amma vəziyyət dəyişirdi. Almaniyanı müharibədə məğlub olmaq təhlükəsi 
gözləyirdi. 
Sovet  qoşunlarının  Rumıniyaya  yaxınlaşmağı  ilə  əlaqədar  olaraq 
Məhəmməd  Əmin  Rəsulzadə  Buxarestdəki  Türkiyə  səfirliyinin  qonaq  evindən 
çıxmağa  məcbur olur. Türkiyə  səfiri  yaxın dostu Həmdullah bəy  Ankaraya, o isə 
Vyanaya gedir. 
Vyanada  «İmperial»  mehmanxanasında  bir  müddət  qaldıqdan  sonra 
Almaniyaya  -  Amerika  hökumətinin  nəzarətində  olan  Batı  bölgəsinin  kiçik  bir 
şəhərinə gedir. Az keçməmiş yenidən fəaliyyətə başlayır. 
...  1945-ci  ildə  Məhəmməd  Əmin  Rəsulzadə  yenidən  Almaniyaya  keçdi. 
Artıq  Hitler  məğlub  olmuşdu.  Hər  yan  sovet  əsgərləri  ilə  dolu  idi.  Olduqca 
təhlükəli  vəziyyət  yaranmışdı.  Stalin  əsirlərin  geri  qaytarılmasına  çalışırdı.  Bu 
qorxulu  idi.  Stalin  onları  sakit  buraxmayacaqdı.  Azərbaycanlı  əsirlərin  çoxu 
«müharibə qurtardı» deyib sevincək halda vətənə-Azərbaycana tələsirdilər. 
Amma o, köhnə mübarizə dostunun xarakterinə yaxşı bələd idi. Stalinin bu 
adamları qətlə yetirəcəyini bilirdi. 
Bu  yazıq  cavanları  xilas  etmək  lazım  idi.  Onları  göz  görə-görə  ölüm 
düşərgəsinə göndərmək olmazdı. 
Məhəmməd  Əmin  Rəsulzadə  böyük  gərginlik  keçirir,  vəziyyətdən  çıxış 
yolu axtarırdı. İçərisini yalnız bir fikir ağrıdırdı: azərbaycanlı əsirləri xilas etmək! 
Çoxları  ilə  söhbət  edib  saxlamaq  istəmişdi.  Amma  faydası  olmamışdı. 
Azərbaycanlı əsirlərin əksəriyyəti bu fikirdə idi: evə gedirik: Ata-anamızı, qohum-
qardaşımız üçün darıxmışıq. Bir də müharibə qurtarıb. Daha nə təhlükə olacaq ki? 
Məhəmməd  Əmin  Rəsulzadə  onlara  həqiqəti  başa  sala  bilmirdi.  Stalin  isə 
əsirləri  geri  alırdı.  Amerika,  İngiltərə  heç  bir  maneçilik  törətmirdilər.  Hər  gün 
minlərlə  əsiri  qatarlara  doldurub  Vətənə  aprırdılar.  Qatarlarda  gedən  əsirlər 
fəlakətdən xəbərsiz halda «Vətənə gedirik» deyib sevinirdilər. 
Az  keçməmiş  Sovetlər  birliyindən  ölüm  fəryadları  göylərə  yüksəldi. 
Stalinin  cəllad  kötüyü  yenə  qımızı  qana  bulanmışdı.  Amerikadan  alınıb  aparılan 
əsirləri Stalin rəhmsizcəsinə ölümə məhkum edirdi.  
Yüzlərlə azərbaycanlı Stalinin ağzından saçan ölüm alovunda əriyib torpağa 
dönürdü. 
Xilas  etmək,  yazıqları  xilas  etmək  lazımdır!  Məhəmməd  Əmin  Rəsulzadə 
bir  qrup  azərbaycanlını  başına  toplayıb  əsirləri  xilas  etmək  yollarını  axtarır.  İlkin 
addım  Amerika,  İngiltərə  hökumətlərinə  göndərdiyi  bəyanatlardır.  Qalib 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə