Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə88/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   84   85   86   87   88   89   90   91   ...   112

188 
 
Məmməd  Əmin  Rəsulzadənin  1952-ci  ildəki  bu  narahatlığını  Türkiyədəki 
yaxın  dostu  Feyzi  Aküzüm  belə  xatırlayır:  «Məmməd  Emin  bəy  hər  vasitə  ilə 
dünya siyasəti qarşısında Azərbaycanın səsini eşitdirəcək,  kommunizmin dünyaya 
gətirəcəyi  fəlakəti  anladacaq  bir  təbliğat  orqanına  ehtiyac  olduğunu  çətin  də  olsa 
maddi  sıxıntılar  içində  yaşasa  da  mütləq  lazımlı  sayırdı.  Bu  məqsədlə  Yenişəhr 
Sakariyə  caddəsindəki  evində  Dərnək  işləri  ilə  bağlı  bir  toplantı  keçirdi.  Bu 
toplantıda mən də vardım. Emin bəyin giriş sözündən sonra necə bir təbliğat orqanı 
çıxarılması ilə bağlı uzun söhbətlər və qarşılıqlı fikirlər irəli sürüldü. 
Bülleten  olsun?  Kitabça  olsun?  Həftəlik  və  ya  15  günlük  qəzetə  olsun, 
yoxsa müntəzəm bir dərgi? 
Bir xeyli müzakirədən sonra Emin bəyin tövsiyəsi ilə aylıq bir dərginin çap 
olunması razılaşdırıldı.  Sonra dərgi hansı adla  çıxarılacağı  müzakirə  olundu. İrəli 
sürülən  adlar  arasında  Qurtuluş,  Odlu  vətən,  Dirilik,  İstiqlal  kimi  indi  xatırlaya 
bilmədiyim daha bir çox adlar vardı. Mən isə: «Madam ki, Dərnəyimiz Azərbaycan  
kültur  dərnəyidir,  o  halda  Dərnəyin  adını  daşıması  baxımından  dərginin  adının 
«Azərbaycan»  olması  lazımdır.  Bu  ad  Dərnəyin  qayəsinə,  çalışmalarına,  hər  kəs 
tərəfindən  mənimsənilməsinə  daha  uyğun  düşər»—dedim.  Bununla  əlaqədar 
Məmməd  Emin  bəy  diqqətlə  mənə  baxdı  və  «mən  də  Feyzinin  fikrinə  şərikəm, 
Dərginin adı Azərbaycan olsun!» — dedi». 
Tezliklə dərginin ilk nüsxəsinin hazırlığına başlandı. 
Bir ağrı. Türkiyədə olanda gedib Feyzi bəylə görüşdüm, Feyzi bəy dərgini 
hansı  maddi  çətinliklərlə  çıxardıqlarını,  Məmməd  Əmin  Rəsulzadənin  bu  işdən 
ötrü necə əziyyətlər çəkdiyini xatırlayıb ağladı. 
Ankara. 1952-ci il, aprelin 1-i. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi 
Azərbaycan  Kültur  Dərnəyinin  orqanı  olan  «Azərbaycan»  dərgisinin  ilk  nüsxəsi 
çapdan  çıxıb.  Dərginin  üz  səhifəsində  bu  sözlər  yazılıb:  «Birlik  dirilikdir», 
«Türkləşmək,  islamlaşmaq,  müasirləşmək».  Elə  dərginin  üz  səhifəsində 
Azərbaycanın  xəritəsi  verilib.  Xəritədə  «O  Azərbaycanın»,  onun  bir  vaxtlar 
başçılıq etdiyi Azərbaycan cümhuriyyətinin xəritəsi verilib. Doğrudur, 1952-ci ildə 
bu  xəritədəki  Azərbaycandan  bir  iz  qalmamışdı.  Vətən  işğal  olunmuş,  torpaqları 
qana boyanmışdı. Yurdun güllü-çiçəkli bağlarını, büllur bulaqlı, başı qarlı dağlarını 
isə şura hökuməti ermənilərə sovet hədiyyəsi kimi pay etmişdi. Bəli, dağıdılmışdı, 
viran olmuşdu torpağı. Bu ağrıların hamısını bilirdi. Bu  ən yaralı yeri, ürək ağrılı 
xatirəsi idi.  Amma indi  «O  Azərbaycan»ın, 23 aylıq cümhuriyyət  Azərbaycanının 
xəritəsini  çap  edirdi  ki,  ümidlər,  inamlar  ölməsin,  yaşasın.  Bir  gün  gələcək  ki,  o 
torpaqlar yenə Azərbaycanın olacaq. Bu ümidi yaşatmaq istəyirdi adamlarda. 
...«Azərbaycan»  məcmuəsi  Anafartalar  caddəsində—Azərbaycan  Kültur 
Dərnəyinin yerləşdiyi binada çıxarılırdı. Qiyməti 25 quruş idi. 
Dərginin elə ilk nömrəsində  Məmməd Əmin  Rəsulzadə  vətəni  Azərbaycan 
haqqında oxuculara məlumat verir, bu gözəl məmləkətin tarixindən, bu günündən 
danışırdı. 


189 
 
O yazırdı:  
«Doğuda  Xəzər dənizi, qüzey Qafqasiya, Batıda  Gürcüstan ilə  Ermənistan 
və  güneydə  İranilə  sərhəddir.  Başı  qarlı  dağlarla,  bəzi  yerlərində  okean  səthindən 
aşağıda  yerləşən  burası  türlü  bitkilərlə,  heyvanlar  baxımından  çox  çeşidli  bir 
mənzərəyə malikdir». 
Məmməd  Əmin  Rəsulzadə  vətəni  Azərbaycanın  şanlı  tarixini,  tanınmış 
ziyalılarını  bir  daha  Azəri  türklərinə  xatırladırdı.  Doğma  yurdunun  şanlı 
keçmişindən  danışan  alovlu  vətənpərvər  Azərbaycan  cümhuriyyətini,  istiqlal 
bayramı olan 28 may gününü də yada salırdı. Məqaləsinin sonunda bir sərt həqiqəti 
də unutmurdu: 
«...Velikorusiya  daxilində  cərəyan  edən  daxili  hərbdən  müzəffər  çıxan 
bolşeviklər  Yaxın  Şərqdəki  qarışıq  durumdan  və  hərb  sonu  Avropasındakı 
vəziyyətdən  istifadə  edərək  qızıl  ordunun  üstün  qüvvətləri  ilə  sərhədi  keçib  27 
aprel  1920-ci  ildə  Azərbaycanı  işğal  edərək  qanlı  üsullarıyla  cümhuriyyəti 
sovetləşdirirlər». 
«Azərbaycan»ın  ilk  nömrəsindəcə  qərib  mühacirlərin  vətən  həsrəti  ilə 
çırpınan ürəklərinin ağrısı duyulur. 
 
Mühacirlərin  çoxu  ilk  dəfədir  Türkiyəyə  gəlib.  Ölüm  təhlükəsi  başları 
üstündən  sovuşan  bu  adamlar  bir  müddət  sevinsələr  də,  az  keçməmiş  vətənin 
ayrılığına dözə bilmir, intizar dolu səslə doğma ananı, qardaşı, bacını yada salırlar. 
Məmməd  Əmin  Rəsulzadə  ondarın  halını  yaxşı  bildiyindən  dərginin  ilk  sayında 
vətən, ana həsrətli şerlərə çox yer verir. 
Məmməd  Əmin  Rəsulzadənin  çıxardığı  «Azərbaycan»  jurnalı  az  sonra 
yalnız  acılı  xatirələrin,  vətən  həsrətli  şerlərin  deyil,  eyni  zamanda  kəskin,  siyasi 
ruhlu məqalələrin çap olunduğu bir orqana çevrildi. 
«O  Azərbaycanın»  səsi.  Bir  gün  qəribə  hadisə  baş  verdi.  Neçə  il  idi  ki, 
həsrəti  ilə  yaşadığı  «O  Azərbaycan»ın  səsini  eşitdi.  Hə,  elə  o  Azərbaycanın, 
ömrünün unudulmaz iyirmi üç ayını yaşadığı vətəninin səsinə qulaq asdı. Evindəki 
yarısınıq kresloda əyləşdiyi zaman birdən radioda Üzeyir Hacıbəyovun «Koroğlu» 
operasından  üvertüranın  səslənəcəyi  elan  olundu.  Üvertüranın  elə  başlanğıcından 
halı başqalaşdı, oturduğu kresloda çırpınmağa başladı: Yox, bu «O Azərbaycanın» 
səsidir.  Bu  o  vətənin  nəfəsidir.  Üzeyir  bəy  bu  musiqini  qızıl  imperializmin  dəmir 
məngənəsi arasında yazsa da o Azərbaycan düşünüb. Başqa cür də ola bilməz. 
Üzeyir  bəy  heç  zaman  o  azad  vətəni  unuda  bilməzdi.  O  vətəndə  yaşadığı 
zaman  böyük  işlər  görmürdümü?  Xalqı  üçün  çalışmırdımı?  Üç  rəngli 
bayrağımızdan  ilhama  gəlmirdimi?  Yazılarında  vətənimizi  satmaq  istəyənlərə 
nifrətlər  yağdırmırdımı?  Yox,  ola  bilməz.  Ola  bilməz  ki,  Üzeyir  bəy  o  vətəni 
unutsun,  üç  rəngli  bayrağı  yaddan  çıxarsın.  Gör  neçə  ildən  sonra  o  keçmiş  günü  
xatırlayıb,  istisini  yaşadıb  içərisində.  Yox,  Üzeyir  bəy  bu  musiqini  bolşevik 
Azərbaycanının adına  yazmayıb. O istəyib  ki, bu yolla da olsa, xalqa  «o vətən»i  
xatırlatsın. Bu musiqi əzilən    xalqımın işğalçılara  nifrət  zərbəsidir.  Bu   musiqi  


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə