Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə90/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   86   87   88   89   90   91   92   93   ...   112

192 
 
qoyulurdu:  bolşevik  əsiri  olanlar  və  milli  ruhlu  olanlar.  Məmməd  Əmin 
Rəsulzadənin  yaratdığı  Milli  Azərbaycan  Mərkəzinin  işini  də  tənqid  atəşinə 
tuturdular  ki,  guya  düşərgələrdəki  əsirlərə  köməklik  göstərmirdi.  (Əlbəttə,  bu 
adamların  çoxu  siyasi  dünyagörüşünün  zəifliyi  üzündən  bu  iradları  tuturdular  və 
bəziləri onun Hitlerlə Azərbaycan müstəqilliyi davasından xəbərsiz idilər. Bu sözü 
yazanların  bəziləri  Stalin  rejimində  böyüyüb,  Rəsulzadənin  azad  Azərbaycan 
ideyasından xəbərsiz adamlardı.) 
...Bu  adamlar  bir  nahaq  irad  da  tuturdular  Rəsulzadəyə:  demaqogiya 
məqalələri ilə Kremli yıxmaq olmaz. Göstərirdilər ki, bunun üçün ciddi təşkilatlar 
yaratmaq lazımdır. 
Münhen şəhəri, 1952-ci ilin dekabr ayı.  Azərbaycan milli birliyinin orqanı 
olan  «Azərbaycan»  məcmuəsi.  Almaniyadakı  bir  qrup  azərbaycanlı  məcmuəyə 
açıq  məktub  göndəriblər.  Açıq  məktubda  Məmməd  Əmin  Rəsulzadəni 
günahlandırırlar. Hansı dəlillərlə? 
Açıq məktubdan bəzi fikirlər : 
«Müsavatçı»ların bu qorxaqlığı baxımsızlıq uğrunda axıdılan bütün qanları, 
çəkilən  bütün  zəhmətləri  heçə  çıxardı,  bütün  Qafqasiyanın  qapılarını  Moskvaya 
açdı.  Millətimizi  misli  görünməmiş  min  bir  işgəncələrlə  dolu,  hələ  də  bütün 
şiddətiylə  davam  edən  əsarətə  soxdu.  Əgər  müqavimət  göstərilsəydi  ilk  gündən 
bolşeviklər tərəfindən güllələnənlərin qanı ilə belə düşməni məhv və Azərbaycanı 
qorumaq olardı...» 
Göründüyü  kimi  bu  adamlar  parlamentin  hökuməti  döyüşsüz  bolşeviklərə 
verməkdə yalnız Rəsulzadənin başçılıq etdiyi müsavat partiyasını günahlandırırlar. 
Halbuki,  həmin  vaxt  cümhuriyyət  hökumətində  çoxlu  partiyalar  vardı  və  aprelin 
27-də  o  faciəli  gündə  bütün  partiyalar  hökumətin  döyüşsüz  bolşeviklərə 
verilməyini  müdafiə  etdi.  Məmməd  Əmin  Rəsulzadə  bildirdi  ki,  belə  halda  onun 
başçılıq  etdiyi  müsavat  partiyası  məsuliyyəti  üzərinə  götürüb  təkbaşına 
bolşeviklərlə döyüşə bilməz. 
Azərbaycanlı  mühacirlər açıq  məktublarında Məmməd Əmin Rəsulzadənin 
ünvanına tənqidi daha da sərtləşdirirdilər: 
«...1943-cü  ilin  noyabrına  kimi,  yəni  qurultaya  qədər  ömür  sürən  M.  Ə. 
Rəsulzadə  komitəsi  başında  Rozenberqin  dayandığı  «Şərq  Nazirliyi»  hesabına 
Adlon  mehmanxanasında  yaşayırdı.  Hitler  Almaniyasından  heç  bir  iş  görmədən, 
heç bir cəbhədə çarpışmadan para çəkən M. Ə. Rəsulzadə və onun müridləri oldu. 
Alman  radiosunda:  «Azərbaycanlılar  böyük  xilaskar  Hitlerin  tərəfinə  keçiniz»—
deyə qışqıran M. Ə. Rəsulzadə komitəsinin katibi Hilal Münşi idi. 
On altı  nəfər azərbaycanlının imzaladığı bu açıq  məktub həqiqətdən kənar 
idi, çox kənar idi. Bunu yalnız hissə qapılıb yazılmış məktub adlandırmaq olar. 
Almaniyada  çıxan  «Azərbaycan»  jurnalında  Məmməd  Əmin  Rəsulzadənin 
ünvanına  daha  bir  tənqidi  yazı  çap  olunmuşdu.  Bu  məqaləni  imzalayanlar  daha 
yüksək səviyyəli azərbaycanlılar idi. 


193 
 
1952-ci ildə Münhendə, Azərbaycan jurnalında çap olunmuş, kollektiv ərizə 
şəklində yazılmış «Acı həqiqətlər» məqaləsi də təəssüf doğurur. Həmin  məqalədən 
bəzi qeydlər: 
«...1934-cü  ildən  heç  bir  müsavat  təşkilatı  yoxdur.  Müsavat  partiyasının 
keçmiş lideri Məmməd Əmin Rəsulzadə şəxsən öz adından çıxış edə bilər, amma 
olmayan partiya adından deklarasiya buraxmaq, ictimai fikri aldatmaq deməkdir. 
Bununla  əlaqədar  olaraq  cənab  Rəsulzadə  bizim  keçmiş  tariximizi  təhrif 
edir.  Heç  bir  hüququ  və  səlahiyyəti  olmadan  özünü  «Azərbaycan  milli  şurasının 
nümayəndəsi»  adlandırır...  Təəccüblüdür  ki,  cənab  Rəsulzadə  hansı  haqla  özünü 
«milli şuranın sədri» adlandırır? 
Amma  pərəstişkarları  onu  «Azərbaycan  milli  respublikasının»  prezidenti 
adlandırır və o bunu nə qadağan, nə də inkar edir, əksinə, daha da xoşuna gəlir. 
Çox  yaxşı  olardı  ki,  cənab  Rəsulzadə  Azərbaycanın  siyasi  rəhbəri  adı  ilə 
özünə  qanunsuz  rütbələri  mənimsətməsin  və  bir  jurnalist  kimi  sağlam  düşüncəli 
həmvətənlərinin birliyinə çalışsın...» 
Kollektiv məqaləni   yazanlar: 
Polkovnik C. Kazım bəy, 1920-ci  ildə  Gəncədə  bolşeviklərə  qarşı üsyanın 
rəhbəri və üçüncü Gəncə polkunun komandiri: 
İdris Yaybulaq. Azərbaycan ordusunun keçmiş zabiti; 
Doktor Həsən Əli, keçmiş prokuror; 
Sultan Vəkilli, hüquqşünas; 
Xosrov  Mirzə  Qacar,  keçmiş  süvari  diviziyanın  komandiri  və  Gəncə 
üsyanının iştirakçısı; 
Əli Şəmşirli, Gəncə şəhərinin keçmiş başçısı; 
Şəfi Aran (Rüstəmbəyli), parlamentin keçmiş üzvü, nazirliyin məsləhətçisi, 
«Azərbaycan» (rusca) qəzetinin redaktoru  və  «müsavat»  partiyasının  keçmiş büro 
üzvü. 
Almaniyadan göndərilən «Azərbaycan»   jurnalındakı bu yazıları ürək ağrısı 
ilə  oxudu.  Adına,  ünvanına  haqsız  tənqidlər  yazılmışdı.  Amma  bu  adamların  heç 
birindən  incimirdi.  Onların  vəziyyətini,  belə  qızğın  ehtiraslarının  səbəbini  yaxşı 
başa  düşürdü.  Bu  adamlar  vətənlərini  itirmişdilər.  Doğma  el-obadan  kim  bilir, 
bəlkə də həmişəlik ayrı düşmüşdülər. Vətəni itirmək ağrısına hamı tab gətirə bilmir 
axı.  Bir  də  bu  adamların  çoxu  Hitlerin  müharibədə  qalib  gəlib  Azərbaycanı  azad 
edəcəyinə ümid bəsləyirdilər. İnanırdılar ki, bu mütləq olacaq və yenidən amansız 
bolşeviklərdən  təmizlənmiş  vətənə  qayıdacaqlar.  Amma  müharibə  Hitlerin 
məğlubiyyəti  ilə  başa  çatdı  və  Sovetlər  Birliyində  kommunist  rejimi,  Stalin 
diktatorluğu  daha  da  nüfuzlanıb  möhkəmləndi.  Vətənin  qapıları  mühacirlərin 
üzünə  daha  da  möhkəm  bağlandı.  İkinci  tərəfdən  dünyanın  ən  böyük  dövlətləri 
artıq Stalin hökuməti ilə hesablaşırlar. Bu halda mühacirlər əsəbi hal keçirir, psikir, 
bəziləri  isə  ruhdan  düşür.  Vətənə  qayıtmaq  ümidini  itirirdilər.  Belə  halda  yenə 
acığını  özününkündən  çıxmağa  çalışır  və  onu  günahlandırırlar.  Yox,  o  bu 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə