Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə87/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   83   84   85   86   87   88   89   90   ...   112

185 
 
Qırx  ildən  çox  idi  ki,  ömürləri,  günləri  belə  yaşayışda  keçmişdi.  Amma  ruhdan 
düşmürdülər. Vətənin istiqlaliyyəti uğrunda mübarizələrini davam etdirirdilər. 
Məhəmməd  Əmin  Rəsulzadə  Ankaraya  gəldiyi  ilk  gündən  yurddaşlarının 
taleyi  ilə  maraqlandı.  Əsas  gördüyü  iş  başqa  ölkələrdən  gələn  azərbaycanlıları 
Türkiyədə  yerləşdirmək idi.  Çoxları Türkiyədə  heç  kimi tanımır. Hara  gedəcəyini 
bilmirdi. Məhəmməd Əmin Rəsulzadə onlara kömək edir, mənəvi dayaq olurdu. 
Bir  ağrılı  xatirə.  Bir  gün  gələcək,  onun  sorağı  ilə  Türkiyəyə  gedəcəyəm. 
Məhəmməd Əmin Rəsulzadənin dostlarını axtaranda 1947-ci ildən sonra Türkiyəyə 
gələnlərlə də rastlaşacağam. Kimi dindirib onun haqqında söz soruşacağamsa, göz 
yaşı görəcəyəm. Hamısı ağlayıb bu sözü deyəcək: o bizim əlimizi çörəyə çatdırdı. 
Allah onun qəbrini nurla doldursun! 
 
ANKARADA 
 
Məmməd  Əmin  Rəsulzadə  Türkiyədə  azərbaycanlılara  kömək  göstərir, 
Almaniyadakı dostları ilə sıx əlaqə saxlayırdı. Onlara məktublar yazır, məsləhətlər 
verir, azərbaycanlıların Türkiyəyə gəlməyini təmin edirdi. Çünki Türkiyə hökuməti 
yalnız 1948-ci ildən azərbaycanlı əsirləri  qəbul etməyə başladı. Məhz həmin ildə 
3680  azərbaycanlı  əsirin  ölkəyə  gəlməyinə  Türkiyə  hökuməti  icazə  verdi.  Bu 
razılığın alınmağında Məmməd Əmin Rəsulzadənin böyük xidməti vardı. İtaliyada, 
İsveçrədə, Fransada və başqa ölkələrdə daima qorxu altında yaşayan, hər an Stalinə 
təslim  olunacaqlarından  qorxan  zavallı  azərbaycanlı  əsirlər  yalnız  Türkiyəyə 
gələndən  sonra  rahat  nəfəs  aldılar.  Və  burada  Məmməd  Əmin  Rəsulzadənin 
qayğısı altında yaşadılar. 
...1948-ci  ildə  azərbaycanlı  əsirlərin  Türkiyəyə  gəlməsinə  icazə  veriləndə 
Məmməd  Əmin  Rəsulzadə  Almaniyadakı  dostu  Heydər  Ataka  məktub  yazıb 
bildirirdi: 
«Əziz vətəndaş Heydər! 
19. 12. 47 tarixli məktubunuzu aldım. 
Hər  şeydən  əvvəl  təbriklərinizə  təşəkkür  edir,  yeni  ilin  sizə  sədadətli 
olmasını  candan  dilərəm.  Hökumət  Avropadakı  azərbaycanlıların  Türkiyəyə 
alınmasına qəti qərar verdi. Bir az sonra sizlərin köçürülməsinə başlanacaqdır. İlk 
baharda bu işin başlayacağına ümid edirəm. 
...Bizimkilərdən  bir  qismi  İtaliyadan  Misirə  getmişdir.  Türkiyəyə  gəlmək 
istəyənlər mütləq türk pasportlarını gözləməlidirlər. 
Çap  etdiyiniz  kitabçadan  bir  neçə  nüsxəni  almaq  istəyirik.  Sizə  qəzetlər 
göndəririk. Yeni materiallar da göndəriləcəkdir. Antikommunist aksiyalarda iştirak 
ediniz. Fəqət iç qayəmizi əsl istiqlal qayəsi olduğunu da unutmayın. 
Salamlarla: M. Emin. 
Ankara. 2. 1. 48.» 


186 
 
Türkiyəyə  gələn  azərbaycanlıların  sayı  getdikcə  çoxalırdı.  Məmməd  Əmin 
Rəsulzadəni  indi  bir  fikir  narahat  edirdi:  bu  adamları  bir  təşkilat  ətrafında 
birləşdirmək.  Gələn  azərbaycanlıların  toplaşacağı  ünvan  olmalıdır.  1949-cu  ilin 
əvvəlləridir.  Məmməd  Əmin  Rəsulzadə  yaxın  dostları  ilə  Azərbaycan  kültur 
dərnəyini yaratmağa çalışır. Bu vaxta kimi əsas işləri dostlarının evində görürdülər. 
Belə şəraitsizlik onları çox narahat edirdi. Maddi imkansızlıq da təsirini göstərirdi. 
Azərbaycanlılar  yenicə  gəlirdilər  Türkiyəyə  və  hamısı  da  ehtiyac  içində,  evsiz-
eşiksiz, pulsuz-parasız... 
Amma  o  həmişə  vəziyyətdən  çıxış  yolu  tapmağı  bacarırdı.  Ən  pis 
günlərində  belə,  ac-susuz  qalıb  ağır  həyat  keçirsə  də,  həmişə  doğma  Azərbaycanı 
yaşatmağı unutmurdu. Doğma  Azərbaycanı ilə  nəfəs alır, onunla  yaşayırdı.  Onun 
havası  da,  suyu  da  Azərbaycan  idi.  O  həyatda  çox  şey  itirmişdi.  Vətənindən, 
ailəsindən,  oğlundan,  qızından  məhrum  olmuşdu.  O  yalnız  bir  istəklə  ömür 
sürürdü: Azərbaycanı yaşatmaq! Qürbət ellərdə onun istisini sönməyə qoymamaq. 
Türkiyədə  yaşadığı  illərdə  sonradan  geniş  maddi  imkanı  olan,  hökumətdə  yüksək 
vəzifədə  çalışan  dostları  ona  çox  təkliflər  etmiş,  dolanışığını  yaxşılaşdırmaq 
istəmişdilər.  Biri  ticarət  dükanı  açmaqla,  biri  geniş  torpaq  sahəsi  verməklə  bu 
mehriban  adama  əl  tutmağa  çalışmışdılar.  O  razılaşmamışdı.  Onun  yalnız  bir 
əqidəsi,  yaşayış  amalı  vardı:  Azərbaycan!  Yaxın  dostlarından  biri,  İranın  keçmiş 
milli məclisinin başçısı Ağa Seyid Həsən Tağızadə onun haqqında belə yazırdı: 
«—Nə  Bakı  hökumətində  tacsız  bir  sultan  mövqeyində  olanda  və  nə  də 
İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə öz əqidəsindən əsla dönməmişdi!» 
...Nəhayət,  uzun  əziyyətlərdən  sonra  1949-cu  ilin  fevral  ayının  1-dən 
«Azərbaycan kültur dərnəyi»  fəaliyyətə başladı. Dərnəyin ilk toplantısında doktor 
İbrahim  Bədəl  böyük  coşğunluqla  Məmməd  Əmin  Rəsulzadənin  Dərnəyin  fəxri 
Başkanı (sədri) seçildiyini elan etdi. (Məmməd Əmin Rəsulzadə ömrünün sonuna 
kimi Dərnəyin fəxri sədri olaraq qaldı). 
Dərnəyin  Yönətim  Quruluşu  vəzifəsi  aşağıdakı  quruculara  tapşırıldı:  1. 
Məmməd Altunbəy; 2. Həmdi Ataman; 3. Əziz Alpaut. 
Bu adamlar Dərnəyin ilk qurultayı çağırılan kimi tam səlahiyyətlə Dərnəyin 
işini aparacaqdılar. 
Azərbaycan  Kültur  Dərnəyinin  nizamnaməsinin  əvvəlinci  maddələrində 
onun nə məqsədlə yaradıldığı şərh olunurdu: 
 
«AZƏRBAYCAN  KÜLTUR DƏRNƏYĠ  NĠZAMNAMƏSĠ: 
 
Maddə 1 —  «Azərbaycan Kültur Dərnəyi» adı ilə bir dərnək qurulmuşdur. 
Dərnək siyasətlə uğraşmaz. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. 
M a d d ə 2 — Dərnəyin qayələri bunlardır: 
a) Azərbaycanı, onun tarixini, külturunu dərləmək, işləmək və yaymaq; 


187 
 
b) Kitab, dərgi və qəzet olaraq çap etmək  və  mədəniyyət yığıncaqları tərtib 
etmək; 
v) Möhtac Azərilərə maddi və mənəvi köməklik göstərmək». 
Azərbaycan Kültur Dərnəyinə 18 yaşını bitirmiş hər bir türk üzv ola bilərdi. 
Dərnək üzvlərindən ən azı iki adam ona zəmanət verməliydi. Dərnəyə girərkən 250 
quruş  giriş  pulu  verilir,  ildə  1200  quruşa  qədər  üzvlük  haqqı  alınırdı.  Dərnək 
nizamnaməsinin qəbul etdiyi 41 maddə onun fəaliyyətini müəyyənləşdirirdi. 
Birinci  maddədəki  «Dərnək  siyasətlə  uğraşmaz»  sözü  də  nahaqdan 
yazılmamışdı.  Bu  sözün  mənasının  açılması  Məmməd  Əmin  Rəsulzadənin  hansı 
çətinliklər şəraitində Azərbaycan davasını apardığını sübuta yetirir. 
İkinci  dünya  müharibəsindən  sonra  Türkiyəyə  gələn  Azəri  türklərinə  ölkə 
daxilində siyasi işlər görməyə icazə verilmirdi. Və hələ otuzuncu illərdə Məmməd 
Əmin  Rəsulzadəni  məhz  siyasi  fəaliyyətinə—Sovetlər  Birliyi  əleyhinə  olan 
mübarizəsinə  görə  Türkiyədən  çıxmağa  məcbur  etmişdilər.  İndi  yenə  beynəlxalq 
aləmdə  vəziyyət  gərgin  idi.  Ona  görə  də  Məmməd  Əmin  Rəsulzadənin  əvvəlki 
kəskinliklə siyasi mübarizəyə başlaması mümkün deyildi. 
Bir haĢiyə. Türkiyədə olanda Məmməd Əmin Rəsulzadənin dostları həmin 
dövrün  çətinliyini  xatırlayıb  deyirdilər:  «Biz  o  zamanlar  siyasi  mübarizəmizə  qol 
götürüb  oynamaqdan,  milli  adət-ənənələrimizi  təbliğdən  başladıq».  «Qol  götürüb 
oynamaq deyəndə yalnız mədəniyyət işləri ilə məşğul olmağı nəzərdə tuturdular. 
Lakin  Məmməd  Əmin  Rəsulzadə  siyasi  fəaliyyətindən  qalmırdı.  Böyük 
çətinliklər  qarşısında  dayansa  da  siyasi  işlə  məşğul  olurdu.  Bu  siyasi  mübarizəsi 
Azərbaycanın istiqlaliyyətinə xidmət edirdi. 
1951-ci  ildə  dekabrın  10-da  Ankaradan  dostu  Fuad  bəyə  göndərdiyi 
məktub: 
«Möhtərəm Fuad bəy! 
Məktublarınızı  aldım.  Sabah  sizə  məktub  yazacaqdım.  Əkbərağanın 
hərəkətinə təəccübləndim... 
İndi vaxtımız itməsin deyə, sizə buradakı nüsxələri çap etmək üçün müsavat 
partiyasının  bir  deklorasionunu  göndərirəm.  Türkcə  və  ruscasını.  İngiliscəsini  də 
bu günlərdə göndərəcəyəm. 
Bəyannamənin  məzmunu  ilə  oradakı  vətəndaşları  tanış  ediniz.  Doktor 
Kəngərliyə bu xüsusda yazmışdım. 
Türkcəsini bizim hesabımıza ayrı bir kağız üzərində 100-150 ədəd çap edin. 
Bir miqdarını buraya göndərməyi təmin edin. 
Candan salamlarla: M. Emin.  
Ankara. 10. XI. 1951». 
Məmməd  Əmin  Rəsulzadə  fəaliyyətindən  qalmırdı.  «Azərbaycan  davası» 
mübarizəsini  aparırdı.  İndi  başlıca  istəyi  var:  bir  məcmuə  çıxarmaq.  Çünki 
qəzetsiz, jurnalsız geniş təbliğat işi qeyri-mümkündür. Mütləq bir təbliğat orqanını 
nəşr etmək lazımdır! 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə