Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   85   86   87   88   89   90   91   92   ...   112

190 
 
ilə    Üzeyir    bəy  yurdunu  işğal  edənlərə  üsyan  qaldırıb.  İntiqam,  intiqam  deyir  bu 
səs! Yurdunu müstəmləkə əsarətində inildədənlərə qarşı qisasa çağırır. Xalqı qanlı 
terror rejimindən qorxmamağa, bir gün haqq qapısının açılacağına inandırır. Başqa 
cür də ola  bilməz. O Azərbaycanı görən  minlərlə günahsızın ölümünə Üzeyir bəy 
sakit dayana bilməzdi. Bu onun silahıdır. Bu onun döyüş yoludur. O hamımız kimi 
yanıb ağrıyıb, içərisindən alovlanıb. İtirilmiş vətəninin intizarı ilə qovrulub. Amma 
geri çəkilməyib. Bu qanlı düşməni  yox etmək  yollarını düşünüb. Yəqin  son  sözü, 
son  kəlməsi  o  Azərbaycan  olub.  Üzeyir  bəyə  bolşeviklərin  verdiyi  o  orden-
medallar  onun  qəlbindəki  Azərbaycanımızı  silib  apara  bilmədi.  İndi  həyatda 
yoxdur o. Amma xalqa o   Azərbaycanın nəfəsini verib getdi… 
Radiodan «Koroğlu»nun əzəmətli sədaları yayılırdı otağa. Kresloda çırpınır, 
nəfəsi  çatmayan  adamlar  kimi  əzab  çəkirdi.  Kreslo  sınıq  olduğundan  (evində 
cəmisi  iki  kreslo  vardı)  cırılmış  oturacağından  saman  ovulub  yerə  tökülürdü. 
Radioda  «Koroğlu»nun—«O  Azərbaycanın»  səsi  eşidilirdi.  O  isə  kresloda 
ürəyindən  yaralı  halda  çırpınırdı:  Qoymadılar,  dağıtdılar  yurdumu.  Xəyanətkarlar 
xain  əlləri  ilə  vətənimi  talan  etdilər.  İndi  hər  yanda  «Lenin,  Stalin»  qışqırırlar. 
Xalqı  həqiqətdən  uzaq  ediblər.  Yalançı  şüarlarla  vətənimin  sərvətini  çəkib 
aparırlar. Hər yanda dünənki quldurun birinə «Ata Stalin» deyirlər. Dünyaya gələn 
hər  Azəri  türkünə  ata,  ana  kəlməsini  yox  «Stalin»  sözünü  öyrədirlər.  Qanlı  terror 
rejimi  ilə  xalqın  azadlıq  hissini  boğub  öldürürlər.  Amma  yox,  o  ölməyib.  Üzeyir 
bəy bir daha sübut etdi, bütün Azəri türklərinə çatdırdı ki, sənin azad vətənin olub. 
Yenə  o  vətənə  istiqlaliyyət  gətirməyə  qadirsən!  Bu  istəyini  heç  zaman  boğma!  O 
gün  gələcək,  o  azadlıq  bayrağı  yenə  vətənin  başı  üzərində  dalğalanacaq.  Demək 
Üzeyir  bəy  bu  neçə  ili  ağrı  çəkib  susurmuş.  Tökülən  qanlardan  ehtiyatlanırmış. 
Sonra dözə bilməyib səsini ucaldıb, bəsdirin, bu xalqı az qırın deyib. Bu xalqın da 
yaşamaq  haqqı  var.  Bu  xalq  Cavad  xanlar,  Koroğlular  yurdudur.  Bu  xalqın 
Koroğlu  ürəkli  oğulları  birləşib  ayağa  qalxsa,  bacara  bilməyəcəksiniz.  Hamınız 
coşan tufanın sərt  nəfəsiylə  yox olub gedəcəksiniz. Bu xalq Koroğlu ruhludur. O 
ruhu  ürəklərdən  silib  aparmaq  olmaz.  Hər  gün  yüzlərlə  vətənpərvərlərimizi 
öldürsəniz  də,  yerinə  başqası  gələcək,  sizə  qarşı  daha  da  kinli  olacaq!  Demək 
susmayıb, mübarizəsini aparıb Üzeyir bəy!..  
...Leyla  xanım  otağa  girəndə  dəhşətə  gəldi.  Həyat  yoldaşı  kresloda  yaralı 
quş kimi çırpınırdı. Tez ona sarı atılıb həyəcanla soruşdu: 
— Emin, Emin, sənə nə olub! Şəkərinmi qalxıb? Pismi hiss edirsən özünü? 
Axı birdən-birə nə oldu sənə? 
Leyla  xanım  səhv  etmirdi.  On  beş  ilə  yaxın  idi  ki,  birgə  yaşadığı  həyat 
yoldaşının  şəkər  xəstəliyi  vardı  və  keçirdiyi  həyəcan  vəziyyətini  ağırlaşdırmışdı. 
Amma  Leyla  xanım  radioda  musiqi  sədası  kəsildiyindən  bir  həqiqəti  öyrənə 
bilməmişdi:  Ömür-gün  yoldaşının  şəkəri  birdən-birə  qalxmamışdı,  həyatda 
dünyalar  qədər  sevdiyi  bir  insan  ona  həmişə  məhəbbətlə  danışdığı  «O 
Azərbaycan»ın səsini eşitmişdi... 


191 
 
...Az keçməmiş Məmməd Əmin Rəsulzadə Üzeyir Hacıbəyov haqqında bir 
məqalə  yazıb  «Azərbaycan»  jurnalında  çap  etdirdi.  Böyük  bəstəkar  haqqında  o 
yazırdı: 
«Başda  bir  həvəskar  olaraq  işə  başlayan  Hacıbəyli  sonra  özü-özünü 
yetişdirmiş,  musiqi  təhsilini  tamamlamış,  nəticədə  sözün  Avropa  mənası  ilə 
otoritəsinin  hər  kəsə  tanıtmış  bir  kompozitor  olmuşdur.  Yazıq  ki,  bolşevik  rejimi 
Azərbaycanın bu müstəsna zəkasını da öz    diktatorluğu altına almış və onu bayağı 
mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir taqım rəsmi və siyasi vəzifə 
və ünvanlarla onu «mənimsəmişdir». 
Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, 
Moskvada  omuzu  diktatorun  əliylə  oxşadılsa  da,  tabutu  başında  Azərbaycan 
mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri 
Azərbaycandan, Azərbaycan külturundan və Azəri türk tarixindən kimsə ayıramaz!  
«Azərbaycan  davası»nın  ağrıları.  Türkiyədəki  həyatı  və  apardığı 
«Azərbaycan  davası»  sakitliklə  keçmirdi.  Azərbaycanlıların  heç  də  hamısı  onun 
fikir  və  ideyalarını,  mövqeyini  sakit  qarşılamırdı.  Hələ  otuzuncu  illərdə  ona  qarşı 
çıxan  qüvvələr  vardı.  Bəziləri  hökuməti  bolşeviklərə  sakit  verməkdə  onu 
günahlandırırdılar. Bir neçə adam irad tuturdu ki, bolşeviklər Bakını tutandan sonra 
hökuməti Gəncəyə köçürüb orda mübarizəni davam etdirmək lazım idi. 
Bir  qrup  azərbaycanlı  isə  Məmməd  Əmin  Rəsulzadənin  zəif  fəaliyyət 
göstərdiyini  tənqid  atəşinə  tuturdular.  Hələ  30-cu  illərdə  ünvanına  kəskin  tənqidi 
sözlər  deyilməyə  başlandı.  Elə  həmin  vaxtlar  İstanbulda  iki  nəfər  azərbaycanlı 
«Yıxılan  dütlər»  adlı  kitab  buraxıb  onun  mövqeyini  pislədi.  Məmməd  Əmin 
Rəsulzadəni  bir  şeydə  də  günahlandırırdılar.  Guya  başçılıq  etdiyi  «Müsavat» 
partiyası milli mübarizədən kənarda dayanıb və onun üzvləri arasında  çəkişmələr 
gedir. 
Bu  azərbaycanlılar  nahaqcasına  günahlandırırdılar  Məmməd  Əmin 
Rəsulzadəni  və  ona  əsassız  olaraq  irad  tuturdular  ki,  vətənimiz  Azərbaycanı  bir 
ovuc  bolşeviklərə  parlamentdə  hədiyyə  etdiniz.  Bəs  bu  adamlar  hansı  fikri  irəli 
sürür  və  Məmməd  Əmin  Rəsulzadədən  o  zaman  necə  mövqe  tutmağını  tələb 
edirdilər?  Birincisi,  bolşeviklərə  qarşı  müqavimət  göstərmək  lazım  idi.  Onda 
tökülən qanlar bahasına düşməni məhv etmək olardı. İkincisi,  əgər düşmənə ciddi 
müqavimət  göstərsəydi,  düşmən  arxasında  olan  Şimali  Qafqazdakı  qardaşlarımız 
ayağa  qalxacaqdılar.  Və  nəhayət,  sonuncusu:  az  sonra  marşal  Pilsudskinin 
zərbəsinə  məruz  qalan  Qızıl  Moskva  bütün  Qafqasiyadan  çəkilməyə  məcbur 
olacaqdı. Moskva bütün Qafqasiyadan çəkilməyə məcbur olacaqdı. 
Məmməd  Əmin  Rəsulzadənin  başçılıq  etdiyi  «Müsavat»ın  Polşadakı 
fəaliyyət  dövrü  də  haqsız  tənqid  olunurdu.  Göstərilirdi  ki,  Polşa  hökumətinin 
maddi  yardımına  baxmayaraq  müsavatçılar  müsbət  iş  görmədilər,  müharibə 
başlananda  azərbaycanlı  mühacirlərdən  ibarət  olan  milli  bir  təşkilat  yaradıb 
köməyimizə çatdırmadılar. Müharibə zamanı isə guya azərbaycanlılar arasında fərq 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə