Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə92/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   88   89   90   91   92   93   94   95   ...   112

196 
 
«Bilirəm ki, onları da on minlərlə azərbaycanlı kimi Sibirə göndəriblər». Başqa heç 
nə deməmişdi jurnalistə. 
Bəli,  o  bu  haqda  danışmağı  xoşlamırdı.  Bu  onun  ən  yaralı  yeri  idi.  O  bu 
söhbətlərdən  həmişə  uzaq  qaçırdı.  Sevimli  həyat  yoldaşını,  dörd  istəkli  balasını 
yada  salmaq  çətin  idi,  çox  çətin  idi  ona.  Onların  sağ  qalmağına  da  ümidi  az  idi. 
Çünki  o  cəhənnəm  dünyasına—Sibirə  gedənlər  nadir  halda  sağ  qayıda  bilərdi.  O 
zaman  ailəsini  də  İstanbula—yanına  aparmaq  istəmişdi.  Lakin  evdən  etiraz 
etmişdilər. Həyat yoldaşı çox mehriban qadın idi. Həm də onun doğmaca əmisi qızı 
idi.  Hərdən  acı-acı  onu  da  bir  daha  görməyəcəyini  düşünürdü.  Dörd  uşaqla  tək-
tənha qalmaq, onları saxlayıb böyütmək asanmı iş idi? Yox, o bunların heç birini 
xatırlamaq  istəmirdi.  Ona  görə  xatırlamaq  istəmirdi  ki,  ürəyi  parçalanırdı.  Bu  
qəlbinin yaralı  yeri  idi.  İndi  hər  şey  ötüb  keçmiş,    ailəsi  də,  sevimli    uşaqları    və 
nahaqdan  gülləyə  hədəf  tutulan  dostları,  həmvətənləri,  hamısı  «o  Azərbaycan»da 
qalmışdı. O xatirəni açıb tərpətmək istəmirdi. Bu onun üçün ağır idi, çox ağır. 
Amma  bir  xasiyyəti  də  vardı.  «O  Azərbaycan»ın  hökumət  başçılarının 
matəmində,  qətlə  yetirildiyi  gündə  Milli  Kültur  Dərnəyinə  gələr,  cavanları  başına 
toplayıb həmin adamlardan, onların xalqa gördüyü böyük işlərdən danışardı. 
Milli  Kültur  Dərnəyində  hamı  sevirdi  onu.  Mehriban  və  səmimi,  xeyirxah 
adam  idi.  Çoxları  söhbətlərinin  vurğunu  idi.  Dərin  zəkası,  güclü  məntiqi  vardı. 
Savadlı, bilikli insan kimi hamı ona pərəstiş edirdi. 
Ankaradakı  yaşayışı  çox  da  yüksək  səviyyədə  deyildi.  Ankara  milli 
kitabxanasında məmur işləyir, ayda 150 lirəyə qədər maaş alırdı. O pulun da 40-50 
lirəsini kirə haqqına verirdi. Evi Ankarada, Sakariyə caddəsində zirzəmiyə oxşayan 
bir  yerdə  yerləşirdi.  Evində  zəngin  şərait  də  yoxdu:  Bir  dəmir  çarpayı,  iki  kreslo, 
stol vardı.  O sadə  yaşamağa  adət etmişdi.  Otuz  ildən də  çox belə  «köçəri»  həyat 
yaşamışdı. 
...70  yaşı  tamam  olurdu.  Yetmiş  illik  ömründə  çox  hadisələrlə  üz-üzə 
gəlmiş,  neçə  təsadüflər  sayəsində  ölümdən  qurtarmışdı.  Budur,  hər  şey  arxada 
qalıb.  İndi  yetmişinci  ili  ömründən  yola  salır.  Ömrünün  yetmiş  birinci  ili  necə 
olacaq?  Onda  bir  dəyişikliklə  qarşılaşacaqmı?  Vətənində  adamlar  yaşadıqları 
qəfəsdən çıxmağa cəhd edəcəkmi? 
Anadan olmağının yetmiş illiyi münasibəti ilə ona saysız-hesabsız teleqram 
gəlir, məktublar yazılır. Hamı onu ürəkdən təbrik edir, uzun ömür arzulayır. 
Uzaq  Argentinadan  gələn  bir  təbrik  məktubu  da  maraqlıdır.  «O 
Azərbaycan»ın bir zaman keşiyində dayanmış milli ordu əsgərləri onu unutmayıb, 
yada salıblar: 
«Hörmətli Məmməd Əmin Rəsulzadə! 
Əziz və möhtərəm ustadımız! 
Argentinadakı  «Qafqasiya  birliyi»nə  mənsub  azərbaycanlılar  70-ci  doğum 
ildönümünüz  münasibəti  ilə  sizə  səmimi  təbriklərini  göndərərkən  bütün  həyatınız 


197 
 
boyunca  istiqlal  uğrunda  çalışdığınız  əziz  vətənimiz  Azərbaycana  tezliklə 
qovuşmağınızı candan təmənna edər və sizə uzun ömürlər, səadətlər dilərlər. 
Dünyanın  ən  gözəl  ölkələrindən  biri  olan    Azərbaycanın  28  may  1918-ci 
ildə  olduğu  kimi,  təkrara  azərbaycanlılara  aid  olduğunu  bir  daha  elan    etmənizi 
görmək istərik. 
İmperialist  Rusiyanın  əsarəti  altında  yaşayan  Azərbaycanın  və  bütün 
Qafqasiyanın  ən  yaxın  bir  zamanda  düşmən  zülmündən  qurtarmasını  və  vətən 
səmalarına  təkrar  üç  rəngli  bayrağımızı  yüksəltmə  fürsətini  qazanmağınızı  Ulu 
Tanrıdan arzu edirik. 
Biz  Azərbaycan  əsgərləri,  vətənimiz  Azərbaycanın  və  Qafqasiyanın 
hürriyyəti  və  istiqlalı  uğrunda  yapdığınız  savaşa  son  damla  qanımıza  qədər  sadiq 
olacağımıza sizə söz veririk, möhtərəm Emin bəy! 
Argentinadakı azərbaycanlılar adından 
Vəli Yadigar. 
Musa Yusifzadə». 
Sonuncu  Novruz  bayramı.  Türk  elinə  xoş  qədəmli  Novruz  bayramı 
gəlmişdi.  Torpağın  rəngi  açılmış,  gülü,  çiçəyi  min  bir  ətir  qoxuyurdu.  Hər  yanda 
yaşıl səmənilər gülümsəyir, nəğməli quşlar səs-səsə verib ötüşürdülər. Yurda bahar 
gəlmişdi!  Əlində  bayram  xonçası,  noğulu,  şəkəri  ilə  azad  türk  elinin  qapısını 
açmışdı Novruz. 
 
Novruz  bayramını  çox  sevirdi.  Hələ  uşaqlıq  illərində  doğma  yurdu 
Novxanıda  bu  bayrama  böyük  hazırlıq  görərdilər.  Novruz  bayramını  doğma 
kəndində  hamı  sevinclə  qarşılardı.  O  zaman  qayğısız  dünyanın  qəmindən  uzaqda 
idi.  O  günlər  çoxdan,  lap  çoxdan  ömründən  ötüb  getmişdi.  O  günlər  bir  də 
qayıtmazdı geri... 
Yurdunda böyük məhəbbətlə qeyd olunan Novruz bayramı belə yaddaşında 
qalmışdı onun: 
«Bu  bayramda  hər  şey  yenilənir,  uşaqlara  mütləq  yeni  paltarlar  geydirilir; 
Uşaqlarını  sevindirmək  üçün  ən  kasıb  ailələr  belə  bütün  imkanlarını  sərf  edərlər. 
Türkiyədəki şəkər bayramı kimi Azərbaycandakı Novruz bayramı da üç gün davam 
edər.  Çərşənbə  günlərində  tonqal  deyilən  atəşlər  yaxılır  və  gənclər  bu  atəşlər 
üzərindən atılar, əylənərlər...» 
Beləcə həsrətli Novruz bayramını xatırlardı qürbət eldə. Novruz bayramında 
«Kos-kosa» oyunundan danışır və deyərdi ki, bayram günü uşaqlar dəstələr yaradıb 
ailədən-ailəyə gedərdilər.
 
Novruz  bayramını  otuz  üç  il  idi  ki,  qürbət  ellərdə  keçirirdi.  Novruz 
bayramında həmişə bir xoş hadisəni xatırlardı: 1919-cu ilin Novruz bayramını. O 
zamanı  xatırlardı  ki,  onda  Azərbaycan  azad  idi.  Vətən  azad  idi.  Həyatında, 
güzəranında  milli  Azəri  türkü  ruhunu  yaşadan  xalq  Novruz  bayramını  hər  cür 
qadağanlardan, qorxu-ürküdən uzaq bir bayram kimi qeyd edirdi. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə