Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə91/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   87   88   89   90   91   92   93   94   ...   112

194 
 
adamların heç birindən incimirdi. Onların halını başa düşür və haqsız tənqidlərinin 
çox  da  dərinliyinə  getmirdi.  (Bəlkə  elə  buna  görədir  ki,  Rəsulzadənin  mühacirət 
dövründəki onlarla yazılarının içində bir dənə də olsun mühacir həmyerlisinin adı 
çəkilən, tənqidi söz deyilən məqaləsi yoxdur). Yox, o belə işlərdən uzaq adam idi. 
Onun  mübarizəsi  xırda  intriqalardan,  umu-küsülərdən  uzaqdı.  Onu  yalnız  bir 
məsələ düşündürüb narahat edirdi: Azərbaycan davası!  Azərbaycan  istiqlaliyyəti! 
Bir  əlavə.  Türkiyədə  olanda  Məmməd  Əmin  Rəsulzadənin  dostları  ilə 
görüşüb  bu  söhbətə  də  münasibətlərini  soruşdum.  Məmməd  Əmin  Rəsulzadənin 
yaxın dostlarından olan doktor Məhəmməd Kəngərli dedi: 
—Bu  adamların  hamısı  axırda  gəlib  Emin  bəyin  ətrafında  toplaşırdılar. 
Görürdülər ki, onun apardığı mübarizə düzgün istiqamətlidir. 
Stalin  öldü,  lakin  imperiya  qalır.  Stalinin  ölüm  xəbərini  Türkiyədəki 
azərbaycanlı  mühacirlər  böyük  sevinclə  qarşıladılar.  Hamı  şadlıq  içində 
düşünürdü: yəqin Azərbaycan azad olacaq. Mütləq bir şey olmalıdır. Belə davam 
etməz.  Hətta  o  zaman  bu  qanlı  diktatorun  ölümünə  sevinib  şer  yazanlar  da 
olmuşdu: 
Stalin öldü, indi cəhənnəm yolundadır... 
Mühacir  azərbaycanlı  gənclərdən  bir  qrupu  onun  yanına  gəlmişdi.  Hamısı 
xoşbəxtliklə gülümsünürdülər. Fərəhli bir halda soruşdular:—Hə, Emin bəy, Stalin 
öldü, Azərbaycan azad olacaq, eləmi? 
O acı-acı gülümsünüb vətən həsrəti ilə yanan bu cavanlara baxdı: 
—Yox,—  dedi,  —  Azərbaycan  azad  olmayacaq  hələ.  Stalin  ölsə  də, 
imperiya  sağdır,  yaşayır.  Bu  imperiya  dağılmayınca  Azərbaycan  azadlıq  qazana 
bilməyəcək.  Bu  imperiya  tezliklə  də  dağılmayacaq.  Ona  görə  ki,  hələ  yenidir, 
güclüdür.  İmperiyanın  dağılmasından  ötrü  onun  içəridən  çürüməsi,  ovulub  yerə 
tökülməsi gərəkdir. Bunu isə bir qədər gözləmək lazımdır. 
1953-cü  ildə  Türkiyədəki  mühacirlər  arasında  bir  canlanma,  hərəkət  oldu. 
Siyasi coşğunluq hər yerdə özünü göstərirdi. 
Elə  həmin  ili  Məmməd  Əmin  Rəsulzadə  hələ  1922-ci  ildə  yaradılmış 
Azərbaycan  milli  mərkəzini  yenidən  təşkil  etdi.  25  nəfərlik  bir  mərkəz  qurdu. 
Mərkəzin işinə çoxlu cavanları cəlb etdi. Bu yeniləşmə, cavanların işə gətirilməyi 
milli  mərkəzin  canlanmağına  səbəb  oldu.  Məmməd  Əmin  Rəsulzadə  cavanları 
milli  mərkəzin  işinə  cəlb  etməklə  sanki  yeni  nəslə  mübarizə  estafetini  təqdim 
edirdi. 
Ömrün  70-ci  ilində.  Daha  qocalıq  öz  işini  görmüşdü.  Əvvəlki  qaynarlığı, 
coşğunluğu  indi  azalmış,  hərəkətləri  ağırlaşmışdı.  Çoxdan  əzab  çəkdiyi  şəkər 
xəstəliyi  də  onu  haldan  salırdı.  Amma  içərisindəki  «Azərbaycan  davası»  ehtirası 
sönməmişdi.  O  bu  mübarizəsini  davam  etdirirdi.  Hərdən  xarici  ölkələrə  gedir, 
xarici radio verilişlərində çıxış edir. Hər ilin 28 mayında isə mütləq doğma xalqına 
müraciət edər, o ötən günü — istiqlal bayramını yada salardı. Vətənindən məlumat 
alırdı.  Ən  çox  xəbər  çatdıran  dostu  Fuad  bəy  idi.  Fuad  bəy  Ankara  radiosunda 


195 
 
işləyir,  Almaniya  və  başqa  ölkələrin  təbliğat  vasitələri  ilə  əlaqə  saxlayırdı. 
Azərbaycan  haqqında  öyrəndiyi  məlumatları  ona  çatdırırdı.  Vətənində  eşitdiyi 
xəbərlər  ürəkaçan  deyildi.  Orda  həyat  başqalaşmış,  adamlar  dəyişmişdi.  O 
Azərbaycanın  adamlarından  çox  az  bir  qismi  yəqin  ki,  sağ  qalardı.  Qalanlarını 
öldürüb məhv etmişdilər. İndi adamlar özgə əhval-ruhiyyədə idi. Hamı başını aşağı 
salıb  sakitcə  həyatını  yaşayırdı.  Onun  və  dostlarının  mübarizə  apardıqları  azad 
Azərbaycan  yəqin  ki,  indi  heç  ordakıları  düşündürmürdü  də.  Onların    yalnız  bir 
vətəni vardı: Sovetlər birliyi. Onların çoxuna milli hökumət qurmaq, ayrıca dövlət 
olmaq  fikrini  demək  də,  anlatmaq  da  şübhəsiz  çətin  idi.  Çünki  bu  adamlar  elə 
hisslərdən məhrumdur. Hamısı «ümumi kommunizm evi»nin sakinləridir. Onlarda 
günah yoxdur. Təbliğat öz işini görmüşdü. Adamların düşüncəsini elə dəmir qəfəsə 
salmışdı  ki,  onu  açıb  çıxarmaq,  sağlam  fikir  anlatmaq  qeyri-mümkün  idi.  Köhnə 
mübarizə  dostu  Stalin  istəyini  həyata  keçirib  köçmüşdü  bu  dünyadan.  Nə  idi  bu 
istək? Xalqı kütləvi terrorla tərbiyə etmək. Və Stalin xalqı «tərbiyə etmişdi». Hamı 
başıaşağı,  sakit,  milli  hissi  ölmüş  vəziyyətdə  idi.  Doğma  yurdu  işğalçılardan 
təmizləmək  cəsarəti  çəkilib  getmişdi,  hamı  olmuşdu  «Stalin  zəmanəsinə  layiq 
insan».  Elə  bu  tərbiyənin  təsiri  idi  ki,  ikinci  dünya  müharibəsində  özünü  «Stalin 
uğrunda» deyib tankın altına  atanlar, sinəsini güllə  qabağına  tutanlar olurdu.  Gör 
kimin  yolunda  canlarını  qurban  verirdilər?  O  quldurun,  mal,  pul  oğurlayanın, 
minlərlə günahsızın qanını axıdanın yolunda ölümə gedirdilər. Əlbəttə, adamlarda 
nə günah? Gör neçə il xalq döyüşdü, mübarizə apardı, nə qədər üsyanlar qopardı? 
Amma  məğlub oldular, bacarmadılar. Çünki  həm düşmən  qüvvətli idi,  həm də öz 
içərisindən  xainlər çox oldu.  Əgər öz içərisindəkilər  satmasaydı, düşməni  məğlub 
etmək  olardı.  O  satanların  da  aqibəti  acı  oldu.  Stalinin  tələsindən  yaxa  qurtara 
bilmədilər.  «Xalq  düşməni»  adı  ilə  qətlə  yetirildilər.  Bəs  onlar  bilmirdimi  ki, 
müdafiə  etdikləri  bu  qanlı  quruluşun  terror  maşını  bir  gün  də  onların  özünə  qarşı 
çevriləcək. Saxta quruluşun aqibəti də puçluqla qurtarır. Budur, indi danışıq gedir 
ki, Stalinin adamlarını «təmizləyirlər». Belə də olmalıdır. Hər gələn adam özündən 
əvvəlkini didib parçalayacaq. Və axırda, lap sonda imperiya yıxılacaq. Bu mütləq 
olacaq. 
...Vətəni  haqqındakı  məlumatlardan  bir  şeyi  də  öyrənirdi.  Xalqın  düşməni 
Şaumyanın,  Kirovun  adını  məktəblərə,  idarələrə  veriblər.  Belə  olanda  acı-acı 
vətənin istiqlaliyyəti yolunda canlarını qurban etmiş  «o Azərbaycanın» adamlarını 
düşünürdü.  Fikirləşirdi  ki,  indi  yəqin  Fətəli  xanın,  Yusif  bəyin,  minlərlə  başqa 
vətən oğlunun sümükləri soyuq məzarda sızlayır. Doğma yurdun bu halına dözmək 
olarmı? 
Ailəsini, uşaqlarını, qohumlarını xatırlamaq da ona çətin idi. Ümumiyyətlə, 
bu  haqda  söhbət  etməyi  xoşlamırdı.  Kim  bir  söz  soruşurdusa,  ailəsindən  söhbət 
açmaq  istəyirdisə  tez  əsəbiləşib  deyirdi:  «Qapayın,  qapayın  o  söhbəti».  Bir  xarici 
jurnalist  ondan  müsahibə  götürəndə  əl  çəkməmiş,  dönə-dönə  sual  verib  ailəsi, 
uşaqları  haqqında  soruşmuşdu.  Məcbur  olub  kədərli  bir  halda  jurnalistə  demişdi: 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə