Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə93/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   89   90   91   92   93   94   95   96   ...   112

198 
 
O  xoşbəxt  günü  indi  ömrünün  yetmişinci  ilində  ürək  ağrısı  ilə  belə 
xatırlayırdı: 
«Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq 
rəsmən  qeyd  olunurdu.  O  gün  bütün  millətlə  bərabər  dövlət  müəssisələri  də 
çalışmazdı. Hökumətcə mərasim yapılaraq ordunun keçid rəsmi icra olunurdu. Bu 
münasibətlə  Azərbaycan  Kültur  Dərnəyinin  tərtib  etdiyi  21  mart  tarixli  toplantıda 
1920-də icra olunan Novruz rəsmi keçidinin bir xatirəsi anıldı». 
Hər  dəfə  Novruz  bayramı  qeyd  olunanda  vətəninin  indiki  halını  xatırlayır, 
oradakı adamların Novruz bayramını geniş və ürəkaçıqlığı ilə qarşılaya bilmədiyini 
düşünürdü. Və acı-acı deyirdi: 
«...Hürriyyət  və  istiqlal  aşiqi  çağdaş  azərbaycanlılar  da  bu  günun  Zöhhak 
rejimi,  yəni  «QPU»  idarəsinin  eyni  zülm  və  təqibatına  məruz  qalır.  Novruz 
bugünkü sovet əsiri Azərbaycanda dəxi məmnun günlərdəndir. Gözəl bir tətbiqi və 
təbii qurtuluş bayramı olduğu üçün novruz mənədilmişdir». 
Sonra  Məmməd  Əmin  Rəsulzadə  qəribə  müraciətlə  ömrünün  bu  qocalıq, 
ahıl  çağında  ulu  tanrıya  üz  tutur,  ondan  kömək  diləyir,  bu  Novruz  bayramı 
günündə ona arzusunu yetirir: 
«Ey  qəlbləri  və  gözləri  dəyişdirən,  ey  gecə  və  gündüzü  yaradan,  ey  hal  və 
şərtləri  başqalaşdıran  Allah,  bu  günkü  yaşayışımızı  daha  xoş  bir  dolanışığa  
çatdır!». 
Ankara.  1954-cü  il,  21  mart.  Bu  gün  Azərbaycan  Kültur  Dərnəyi  Yönətim 
Kurumunun  dəvəti  ilə  21  mart  Novruz  bayramı  münasibəti  ilə  Dərnək  binasında 
gözəl bir toplantı keçirilir. Salona çoxlu qonaqlar toplaşıb. 
Toplantını Abdul Vahab Yurdsevər açır. Novruz bayramının ruh və mənası 
haqqında geniş məlumat verir. 
Sonra  söz  Kültur  Dərnəyinin  fəxri  başqanı  Məmməd  Əmin  Rəsulzadəyə 
verilir.  Bu  onun  sonuncu  Novruz  bayramıdır.  O  bir  daha  bu  sevimli  bayramın 
havasını  udmayacaq.  Hələlik  hər  şeydən  xəbərsiz  və  amansız  əcəldən  uzaqda 
dayanıb  Novruz  bayramından,  onun  doğma  vətəni  Azərbaycanda  necə 
keçirilməyindən danışır. 
Lap axırda isə  Azərbaycan musiqisindən parçalar çalınır, rəqslər olur. Evə 
qayıdanda bütün yol boyu yurdunda keçirdiyi Novruz bayramını və bir də doğma 
Azərbaycanını düşünürdü. 
Ankara.  1954-cü  il,  27  aprel.  Bu  gün  matəm  günüdür.  Azəri  türklərinin 
matəmidir.  Elə  bu  qara  gündə  Vətənin  istiqlaliyyəti  məhv  edilib.  Yurdun  səadət 
qapıları  bağlanıb,  fəlakətli  günləri  başlanıb.  Xalq  hürriyyət  nurundan  məhrum 
edilib. 
Bu  gün  matəm  günüdür.  Azəri  türkləri  yas  içindədir.  İki  gün  əvvəl  isə 
Kültur Dərnəyinin təşəbbüsü ilə Azəri türklərindən bir qrupu Əsri məzarıstanlığına 
gedib istiqlal şəhidlərinin əziz ruhlarına fatihə oxutmuşlar. 


199 
 
Azərbaycanın  milli  matəm  günü  olan  27  apreldə  ona  çoxlu  başsağlığı 
məktubları və teleqramları   göndərilib: 
Çox hörmətli Emin bəy! 
Bundan  34  il  əvvəl  vətənimiz  Azərbaycanın  qızıl  ruslar  tərəfindən  işğal 
hadisəsini dərin ürək acısı ilə anarkən, təkrar istiqlala qovuşacağımıza inanırıq. 
Tehran, 27 aprel, 1954. 
Vətənsevər və istiqlalçı 
Azərilər adından. 
Hörmətli Məmməd Emin Rəsulzadə! 
Bu  anda  qəlblərimiz  hüzn  və  iztirab  içində  əzilərkən  yeganə  təsəllimiz  28 
maydır. Bu ümid və inamla əziz şəhidlərimizin mənəvi hüzurunda hörmətlə əyilir, 
sizə və dərnək arkadaşlarımıza başsağlığı göndəririk. 
Amasiya, 27 aprel, 1954. 
Yasin Keyhan. 
Hörmətli Məmməd Emin Rəsulzadə! 
27  aprelin  34-cü  ildönümünü  əziz  şəxsiyyətinizdə  bütün  vətəndaşlarıma 
təziyət edir, hörmətlərimi çatdırıram. 
İstanbul, 27 aprel 1954.  
Əli 
Stalin  haqqında  xatirələri.  1954-cü  il  may  ayının  21-də  İstanbulda 
gündəlik  çıxan  böyük  «Dünya»  qəzeti  Məmməd  Əmin  Rəsulzadənin  Stalin 
haqqında  xatirələrini  çap  etdi,  Stalin  haqqında  xatirələri  bütün  Türkiyənin  
marağına  səbəb oldu və çoxları kimliyini öyrənmək istəyirdi. XX əsrin ən qəddar 
cəlladı  bütöv  imperiya  yaradıb  ona  otuz  bir  il  başçılıq  etmiş  diktatoru  belə 
yaxından tanıyan Məmməd Əmin Rəsulzadə kimdir? 
Hələ  Stalin  haqqında  xatirələri  çap  olunmazdan  qabaq  «Dünya»  qəzeti 
1954-cü  il  18  may  nüsxəsində  yazıların  çıxacağı  anonsunu  və  Məmməd  Əmin 
Rəsulzadənin bir fotosunu dərc edərək altda bu sətirləri yazmışdı: 
«Rəsulzadə  Məmməd  Emin  bütün  həyatı  boyunca  gərək  kültur  və  sosial 
sahələrdə,  gərək  siyasi  sahədə  Azərbaycan  türklüyünün  hür  və  müstəqil  dövlət 
yaşayışına  hazırlamaq,  yetişdirmək  və  dolğunlaşdırmaq  üçün  gecəli-gündüzlü 
insan  taqətinin  fövqündə  bir  qeyrət  sərf  etmişdir.  Rəsulzadə  Məmməd  Emin 
Azərbaycan  dövləti  fikrinin  və  istiqlal  eşqinin  canlı  bir  timsalı,  sönməz  bir 
məşəlidir. 
Azərbaycanın  gənc  istiqlalçı  nəsli  Emin  Rəsulzadəni  20-ci  əsr  Azərbaycan 
istiqlal  savaşının  ən  canlı  simvolu  olaraq  tanımaqdadır.  Onun  hər  əsərində,  hər 
şüarında istiqlal yolunun silinməz izləri və aydınladıcı işıqları sezilir». 
«Dünya» qəzeti 28-ci nömrəsində (1954-cü il iyunun 20-ə qədər) Məmməd 
Əmin Rəsulzadənin  yazılarını  «Bir türk  milliyyətçisinin Stalinlə  ihtilal xatirələri» 
başlığı ilə çap etmişdi. 


200 
 
Həmin  o  günlərdə  bütün  Türkiyədə  onun  xatirələrini  oxuyur,  Stalinlə  bu 
qədər yaxın olmuş bir  «türk  milliyyətçisindən» danışırdılar. O zamana  kimi bəlkə 
də çoxları Məmməd Əmin Rəsulzadənin «Azərbaycan davası»ndakı mübarizəsinin 
kimlərlə  toqquşmasını  bilmirdilər.  Çünki  o  heç  zaman  özü  haqqında  danışmağı 
sevməzdi. Bəziləri isə Məmməd Əmin Rəsulzadəni; «iki il milli hökumətə başçılıq 
etmiş şəxs» kimi tanıyırdılar. Amma indi çoxları təəccüb içində qalmışdı. Əsrin ən 
böyük  cəlladı  Neronu  ilə  birgə  iş  görmüş,  yaxınlıq  etmiş  və  Azərbaycanın 
müstəqilliyi  uğrunda  bu  qədər  iş  görmüş  şəxsi  yaxşı  tanımayıblar.  Bəli,  vardı 
belələri. Və indi sərt faktlar qarşısında donub qalmışdılar. 
Amma  ondan  ötrü  qopan  bu  hay-küy  adi  bir  hal  idi.  Onu  Stalinlə  yaxın 
tanışlığının  belə  maraqla  qarşılanması  qəti  maraqlandırmırdı.  O  Stalinlə  bağlı 
xatirələrini  də  belə  reklam  və  səs-küy  üçün  yazmamışdı.  Onun  öz  ağrıları  vardı. 
Bütün gördüyü işlər, yazdığı adi sözlər belə bu ağrını sağaltmağa xidmət edirdi. Bu 
ağrı Azərbaycan ağrısı idi. Onu hər zaman göynədir, içərisini sızladırdı. O əsarətdə 
qalan  vətənini  xilasa  çalışır  və  bütün  şüurlu  həyatını  da  bu  işə  sərf  edirdi.  Stalin 
haqqındakı  xatirələri  də  əslində  apardığı  «Azərbaycan  davası»nın  davamı  idi.  O 
xatirələrin  çox  həqiqətləri  üzə  çıxaracağını  düşünürdü.    Bu  xatirələrdə  məqsəd 
Stalinlə  necə  tanışlığını,  görüşüb,  söhbətlər  etdiyini  oxuculara  çatdırmaq  deyil, 
əsasən Azərbaycanın hansı xəyanətkar üsullarla işğalını geniş ictimaiyyətə demək 
idi.  Çünki  Stalin  o  zaman  bolşeviklər  hökumətində  yüksək  səlahiyyətə  malik 
deyildi, hər iş, hər fitnə və Azərbaycanı işğal planı ondan yox, Lenindən, bir də çar 
imperiyasının  əvvəlki  torpaqlarını  yenidən  Rusiyaya  qaytarmaq  istəyən 
millətçilərdən  başlayırdı.  Məmməd  Əmin  Rəsulzadə  bu  faktları  Stalinin  dilindən 
oxuculara  çatdırır,  onları  acı  həqiqətə  inandırır.  Azad  bir  dövlətə  bolşeviklərin 
qanlı təcavüzündən xəbər verir. 
O,  Stalin  haqqındakı  xatirələrini  1953-cü  ildə  yazmışdı.  Lap  çoxdan  da 
yazıb çap etdirə bilərdi. Amma bir şeyi diqqətdən qaçırmamışdı: Stalinin hələ sağ 
qaldığını  və  əlində  möhkəm  iftira,  böhtan  yayan  təbliğat  maşınının  olduğunu. 
Olsun  ki,  onun  yazdığı  xatirələri  diktatoru  olduğu  dövlətin  mənafeyi  baxımından 
Stalin  qəbul  etməyəcək,  hər  yana  səs-küy  yayacaq  ki,  bunlar  düzgün  deyil,  belə 
söhbətlər  olmayıb.  Onda  bu  xatirələri  təsir  gücü,  maraq  dairəsi  azalardı.  Geniş 
ictimaiyyətdə  şübhə  yaradardı.  Maraqla  oxusalar  da,  həqiqət  faktlarına 
əhəmiyyətsiz yanaşırdılar. 
O  Stalinə  nifrət  edirdi.  Onun  haqqında  danışanda  bu  münasibətini  açıqca 
bildirərdi.  Stalini  «türk  xalqlarının  cəlladı»  adlandırardı.  Bir  zaman  yaxın 
olmağına,  evlərinin  çörəyini  yeməyinə,  bir  neçə  dəfə  onu  ölümdən  qurtarmağına 
baxmayaraq  Stalini  sevməzdi.  O  yaxşı  bilirdi  ki,  dünənki  bir  quldur  hansı  yolla 
hakimiyyət  başına  gəlib.  Həmin  hökumətin  də  hansı  üsulla  qurulduğunu  bilirdi. 
Ümumiyyətlə,  bu  sistemin  bütün  daxiliyyatından  yaxşı  xəbərdar  idi.  Çünki  bir 
zaman  onun  özü  də  bu  sistemi  qurmaq  istəyən  sosialist  bolşeviklərlə  yaxınlıq 
etmişdi. Amma sonradan bunların «diktatorluq və terror»la nəfəs aldığını, bu yolla 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə