Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə83/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   79   80   81   82   83   84   85   86   ...   112

177 
 
müsəlmanların sünnət olunmağındakı fərqi Hitlerə başa salıb. Bu hadisədən sonra 
almanlar azərbaycanlıları yəhudi adı ilə güllələməyi dayandırıblar.) 
Azərbaycanlıların  nahaq  güllələnməyinin  qarşısını  almaqda  Türkiyə 
hökumətinin də Hitlerə təsiri böyük olmuşdu.  
Qüds  müftisi  Əl-Hüseyn  Məhəmməd  Əmin  Rəsulzadənin  təhriki  ilə 
Almaniyaya gətirildi. Məqsəd Hitlerə anlatmaq idi ki, azərbaycanlılar yəhudilərdən 
nə  ilə  fərqlənir.  Qüds  müftisi  bir  neçə  azərbaycanlıdan  «kəlmeyi-şəhadətini» 
oxumağı tələb edəndə onlar gözlərini döyüb baxırlar. Məhəmməd Əmin Rəsulzadə 
hörmətlə müftiyə deyir: 
-  Axı  bunlar  kəlmeyi-şəhadətlərini  haradan  bilsinlər?  Rus  qoyubmu  ki, 
kəlmeyi-şəhadət öyrənsinlər!  
Almanlar  Hitlerin  göstərişi  ilə  əsirlərdən  təşkil  olunmuş  legionlar 
yaradırdılar.  Məhəmməd  Əmin  Rəsulzadə  legionlar  yaradılmasının  əleyhinə 
deyildi.  Çünki  legionların  yaradılması  azərbaycanlıların  bir  yerdə  cəmləşməsinə 
imkan verirdi. İkinci bir səbəb də yenə azərbaycanlıların vəziyyətinin yaxşılaşmağı 
ilə  bağlı  idi.  Çünki  legoinlar  yaradılana  qədər  azərbaycanlıları  qruplara  bölüb 
müxtəlif  yerlərə  göndərirdilər.  Kim  bilir  orada  hansı  çətinliklərlə  qarşılaşırdılar. 
Bir  də  Almaniyada  həddindən  çox  hərbi  əsirlər  var.  Yalnız  müharibənin 
başlanğıcından  noyabrın  1-ə  kimi  almanlar  tərəfindən  iki  milyondan  çox  keçmiş 
qızıl ordu əsirləri toplanmışdı. Hətta Rozenberq bu rəqəmin 3,6 milyon olduğunu 
söyləyirdi. Belə vəziyyətdə ayrıca legionun yaradılmasına ehtiyac vardı.  
Hitler legionlar yaradılmasına 1941-ci ilin sonlarında razılıq vermişdi.  
Əvvəlcə əsirləri milliyyətlərinə görə ayıran komissiyalar təşkil edildi. 500 – 
600 adamı birləşdirən 25 – 30–a yaxın komissiyalar bu işlə məşğul olurdular.  
1941–ci  ilin  dekabr  ayında  Rozenberq  Hitlerə  türk  legionlarının  təşkil 
edilməsinin vacib olduğunu söyləmişdi. Rozenberqin plan və təklifindən razı qalan 
Hitler  1941–ci  ilin  dekabr  ayının  22–də  rəsmən  türküstanlı,  gürcü  və  qafqasiyalı 
müsəlman legionların yaradılması əmrini vermişdi. Qafqasiyalı müsəlman legoinu 
sonradan  azərbaycanlı  və  şimali  Qafqasiyalı  legion  olmaq  üzrə  iki  yerə  ayrılmış, 
1942–ci il baharın sonlarında Volqa tatarlarının legionu təşkil edilmişdir.  
İlk  legionların  qərargahı  əsasən  Polşada  yerləşirdi.  Azərbaycan  legionuna 
əvvəlcə  qrup  halında  başçılıq  edirdilər:  Abbas  bəy,  Atam  Əlibəyov,  Fətəlibəyli 
Düdənginski və Fuad Əmircan. 
Yaradılmış  hərbi  legionda  azərbaycanlıların  sayı  70  minə  yaxın  idi. 
Azərbaycan  legionunda  «Boz  qurd»,  «Aslan»  kimi  batalyonlar  vardı.  Legionda 
«Azərbaycanla» yanaşı «Hücum» adlı bir qəzet də çıxırdı.  
Məhəmməd  Əmin  Rəsulzadənin  Azərbaycan  legionunda  hörməti  çoxdu. 
Onu  sevir,  ona  inanırdılar  təsadüfi  deyil  ki,  həmin  vaxtlar  legionun  orqanı  kimi 
çıxan  «Azərbaycan»  qəzetində  şair  Daşqın  Məhəmməd  Əmin  Rəsulzadəyə 
«Əfəndim»  adlı  bir  şer  ithaf  etmişdi.  Şerdə  bütün  həmyerlilərinin  Rəsulzadəyə 
səmimi  duyğularını  verməklə  yanaşı,  zülm  və  işgəncəni  əldə  tutan  sovet 


178 
 
kommunist  rejimini,  onun  qanlı  icrasını,  internasionallaşdırma  adı  altında 
yürüdülən  qəddar  ruslaşdırma  siyasətini,  milli  mədəniyyətinə,  inkişafına  mane 
olmağını da böyük istiqlal liderinə çatdırıb deyirdi.  
...Fətəlibəyli Düdənginski müharibənin ilk illərindən əsir düşmüş və Hitlerə 
müraciət  edib  legion  yaratmaq  istədiyini  bildirmişdi.  Düdənginskinin  bu  təklifi 
əvvəllər şübhə ilə qarşılanmışdı... 
Məhəmməd  Əmin  Rəsulzadənin  Düdənginskiyə  böyük  hörməti  vardı.  Əsli 
Naxçıvanın  Düdəngə  kəndindən  olan  mayor  Fətəlibəyli  Moskvada  hərbi 
Akademiyanı qurtarmış, sonra da almanların tərəfinə keçmişdi.  
Düdənginskinin  Məhəmməd  Əmin  Rəsulzadəyə  böyük  hörməti  vardı.  O, 
Məhəmməd  Əmin Rəsulzadənin azərbaycanlı  əsirləri  xilas  etmək  üçün hansı işlər 
gördüyünü  yaxşı  bilirdi.  Məhəmməd  Əmin  Rəsulzadə  o  zaman  legionların 
təşkilindən sonra Berlindəki milli Azərbaycan Komitəsində çalışırdı. Bu komitənin 
başlıca  vəzifəsi  milli  Azərbaycan  davasını  alman  hökumətinə  qəbul  etdirmək  idi. 
Çünki  Hitlerin  Azərbaycan  haqqındakı  planlarını  Məhəmməd  Əmin  Rəsulzadə 
qəbul  etmirdi.  Hitlerin  planı  belə  idi  ki,  müharibədən  sonra  Bakı  birbaşa  Berlinə 
tabe  olunacaq,  Azərbaycan  xanlıqlar  dövründə  olduğu  kimi  əyalətlərə  bölünəcək, 
başda  isə  almanlar  oturacaq.  Məhəmməd  Əmin  Rəsulzadə  Hitlerin  bu  fikri  ilə 
razılaşmır, ona görə də ciddi mübarizə aparıb Azərbaycana müstəqil dövlət hüququ 
qazandırmaq istəyirdi.  
Düdənginski  Məhəmməd  Əmin  Rəsulzadənin  çətin  bir  işlə  məşğul 
olduğunu  yaxşı  bilirdi.  Məhəmməd  Əmin  Rəsulzadəyə  1943–cü  ilin  mayında 
yazdığı məktubda qeyd edirdi: 
―Mərhaba, çox hörmətli Məhəmməd Əmin!  
Əziz  yurdumuz  Azərbaycanın  yorulmaz  hürriyyət  mücahidi  olan  sizi 
cəbhədəki bütün əsgərlərimiz adından salamlayıram.  
...Qəzetimizdə  (Berlində  çıxan  «Azərbaycan»  qəzeti)  Milli  Azərbaycan 
Komitəsinin  təşkil  olunduğunu  oxudum.  Bu  məni  sevindirir.  Biz  cəbhədəki 
əsgərlər  şübhə  etmirik  ki,  Milli  Komitəmizin  başçıları  arasında  hamımızın 
sevimlisi, legionumuzun qurucusu Babayev Beydullah olacaqdır.  
Biz irəlidə də millətimizin hürriyyəti uğrunda fədakarlıqla vuruşacağıq.  
Cəbhədəki bütün əsgərlərdən salam. Sizə yaxşı sağlamlıq arzulayırıq. Sizin 
: A. Düdənginiski Fətəlibəyli‖ 
Fətəlibəyliyə o sonralar da hörmətlə yanaşıb, xətrini istəyirdi. İkinci dünya 
müharibəsindən  sonra  mayor  Fətəlibəyli  Münhendə  amerikalıların  xərci  ilə  təsis 
edilən «Qurtuluş» radiosu Azərbaycan şöbəsinin şefi oldu. Azərbaycanın ağrılarını 
radio dalğalarında  bütün dünyaya  çatdırdı.  Məhəmməd Əmin Rəsulzadə  1954–cü 
ildə  vəhşicəsinə  qətlə  yetirilən  vətənpərvər  həmyerlisi  haqqında  bu  sözləri 
yazacaqdı:  
 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə