Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   75   76   77   78   79   80   81   82   ...   112

167 
 
«...Türk  xalqları  arasında  birlik  hazırlığı,  təşkilat  və  rabitənin  zəifliyi 
üzündən yarımçıq qalmışdı. Bu dəfə bolşevizm şəklində zühur edən rusluq yenidən 
bu qardaş xalqları istila etmişdir. 
Bu istilaya qarşı illərdən bəridir ölüm-dirim mübarizəsi aparan türk xalqları 
artıq büllurlaşmış bir proqrama malikdirlər. Əllərində milli istiqlal bayrağı vardır. 
Onlar bu bayraq altında çarpışır, onun zəfəri üçün  iztirab çəkirlər...» 
O bütün ömrü boyu bu təşkilata nifrət etdi. Bu təşkilat onun  neçə dostuna, 
məslək  yoldaşına,  minlərlə  günahsız  yurddaşına  ölüm  gətirdi.  Adamların 
düşüncəsini də dəmir məngənəyə aldı bu təşkilat. Bu təşkilatın ilk ilhamçısı Lenin 
olmuşdu. Adamları xaincəsinə, gizli şəkildə öldürmək! Onun ideyasına qarşı etiraz 
edənləri aradan götürmək! Cəmiyyətdə diktatorluğu təmin etmək! İnsanları həmişə 
qorxuda  saxlamaq!  Lenin  o  qorxulu  təşkilatı  yaratmaqda  bu  məqsədi  güdürdü. 
1918-ci  ildən  fəaliyyətə  başlayan  bu  qanlı  terror  maşını  qısa  bir  zamanda 
milyonlarla  günahsız  insan  qanı  axıdıb,  cəmiyyətdə  «təmizləmə»  işi  apardı  və 
Leninin  hakimiyyətini  möhkəmlətdi.  O  qanlı  terror  maşını  1920-ci  ilin  Aprel 
işğalından  sonra  Azərbaycana  da  gəlib  çıxdı.  Elə  ilk  gəlişindən  qanlı  tikanlarını 
xalqının canına  daraşdırdı.  Bu terror  maşınının qəribə  iş rejimi vardı.  Gündüzlər, 
işıqlı  havada  gözə  görünməzdi.  Deyib-gülən,  günəşli  hava  udan adamların ağlına 
belə gəlməzdi ki, kinli gözlərin nəzarəti altındadırlar. Bəzən evdə pıçıltı ilə gedən 
söhbəti də bu terror maşını eşidə bilirdi. Çox güclü «eşitmə» qabiliyyəti vardı! Bu 
terror  maşını  ən  çox  qaranlığı  sevirdi.  Qaranlıqda  necə  böyük  həvəslə  işə 
başlayırdı. O enerjisini zülmət gecələrdən alırdı. Onun insan qanı ilə hərəkət edən 
motoru  yalnız  qaranlıqda,  insanların  küçələrdə  gəzib  dolaşmayan  vaxtında  işə 
düşürdü. 
Bəli,  bu  terror  maşını  insanların  ömrünə  həmişə  ağrı-acı  gətirmişdi. 
Adamları izləmək, psixləşdirmək, «yavaş ölümlə» məhvə  aparmaq da bu qorxulu 
təşkilatın üsullarından biri idi. 
O zaman bu təşkilat «QPU» (Dövlət siyasi İdarəsi) adlanırdı. 
Məmməd Əmin Rəsulzadə 1933-cü ildə «İstiqlal» qəzetində yazırdı: 
«...Qırmızı  imperializmin  qanlı  istilası  altında  qanlı  vətənimizdə  milli  hiss 
və  müqavimət  qüvvələrini  qan  və  atəş  içində  boğmaq  işindən  bir  an  belə  əl 
çəkməyən  bu  təşkilat  həm  də  milli  istiqlal  fikrinin  sovet  sərhədləri  xaricindəki 
mübarizələrini  də  vurmaq  niyyətindədir. 
...Bu  agentlərin  məqsədi  mühacirlər  arasında  nüfuz  və  hörmət  sahibi  olan 
şəxsləri  hər  cür  yollarla  mənən  öldürmək,  onların  ətrafındakı  adamları  siyasət 
yoluyla ləkələmək, müxtəlif qrup və zümrələr arasına nifaq salmaqdan ibarətdir. 
...Yaşadığımız  mühacirət  həyatının  ağır  şərtləri  içində  çox  vaxt  obyektiv 
vəziyyətə  göz  yumaraq  subyektiv  amillərin  təsiriylə  hərəkət  edən  vətəndaş  çox 
kərə zahirdə haqlı görünən sözlər arxasında gizli qəsdlər olduğunun fərqinə varmır. 
O  özü  də  istəmədən,  bir  də  baxırsan  ki,  QPU-nun  kim  bilir  neçənci  əldən  atdığı 
tələyə düşür. 


168 
 
İnam və intizam—QPU-nun işini nəticəsiz qoyacaq şüar budur!». 
..Amma  bir  gün  gələcəkdi  ki,  QPU-nun  (indiki  «DTK»-nin)  dişləri  ona  da 
qıcanacaqdı.  Həqiqət  və  istiqlaliyyət  sözünü  ucadan  deyib  Sovetlər  Birliyindəki 
məhkum  xalqları duyuq salan bu adamı da aradan götürmək istəyəcəkdilər. Lakin 
bu dəfə dişləri sərt qayaya toxunub ovulacaqdı. 
...Böyük  Vətən  müharibəsindən  sonra  Məmməd  Əmin  Rəsulzadəni 
izləməyə  başladılar.  Stalini  artıq  köhnə  mübarizə  dostunun  taleyi  narahat  etmirdi. 
O  öz  təkhakimiyyətliyini  qurmuş,  müharibədə  qələbə  çalmışdı.  Köhnə  mübarizə 
dostu isə ona çox mane olur, qurduğu rejimi dağıtmağa çalışırdı. Məmməd  Əmin  
Rəsulzadə ciddi  axtarışda idi. 
Bir  gün  yanına  gəlib-gedən  dostu  Heydər  Atak  bir  nəfər  azərbaycanlının 
onunla  görüşmək  istədiyini  bildirdi.  (1946-cı  ildə  Məmməd  Əmin  Rəsulzadə 
Almaniyada yaşayırdı və onun qaldığı yer bir neçə dostuna məlum idi). Məmməd 
Əmin  Rəsulzadə  Heydər  Atakdan  bir  söz  də  eşitdi:  həmin  adam  onu  görməkdən 
ötrü çox canfəşanlıq göstərir. Nəhayət, tamam başqa bir yerdə görüşdülər. O adam 
ürəyiyananlıq  göstərib  deyirdi  ki,  bəs  sizin  adınızı  çoxdan  eşitmişəm  və  şəxsən 
görüb  tanımaq  istəyirdim.  Ayrılandan  sonra  Məmməd  Əmin  Rəsulzadə  Heydər 
Ataka demişdi: «Bu adamdan gözüm su içmədi». Hadisədən bir ay keçməmiş onu 
Amerika  Kəşfiyyat  idarəsi  həbs  edir.  İstintaqda  məlum  olur  ki,  Almaniyaya  onu 
Məmməd Əmin Rəsulzadəni öldürməyə göndəriblər. Bu dövlətin tapşırığıdır.... 
Yox, onu aradan götürə bilmədilər, öz əcəli ilə öldü. Daha doğrusu, aradan 
götürməyi  bacarmadılar.  İşini  ehtiyatla  tuturdu.  Qaldığı  yeri,  mənzili  tez-tez 
dəyişir, ehtiyatsızlığa yol vermirdi. Təsadüfi deyil ki, Stalin kimi bir adam həmişə 
ona hörmətlə  yanaşmış, bacarığına  heyrət etmişdi. Stalin kimi bir adamı ölümdən 
qurtarmış, həbsdən qaçırmışdı. Ona görə də Stalin onu toruna sala bilmirdi. Çünki 
köhnə  mübarizə  dostu  hər  sahədə  ondan  qabiliyyətli  və  yüksək  idi.  Dəfələrlə 
ölümdən  qurtaran,  həyatın  min  bir  tələlərindən  yan  keçməyi  bacaran  Məmməd 
Əmin  Rəsulzadəni  yox  etmək  asan  iş  deyildi.  O  tarixin  yetişdirdiyi  yeganə 
şəxsiyyətlərdən  idi.  Stalin  bunu  yaxşı  bilirdi.  Ona  görə  də  1946-cı  ildəki  baş 
tutmayan bu «həmlə»sindən sonra çəkilib yerində oturdu. 
...«İstiqlal»  Azəri  türklərinin  tapdanan  haqqını  müdafiə  edir,  ağrı  və 
işgəncələrini dünya xalqlarına çatdırırdı. 
«QurtuluĢ»  jurnalı.  1934-cü  ildən  başlayaraq  Məmməd  Əmin  Rəsulzadə 
Berlində  «Qurtuluş»  jurnalını  nəşr  edir.  «Qurtuluş»  aylıq  məcmuəsi  «İnsanlara 
hürrriyyət,  millətlərə  istiqlal!»  şüarı  ilə  çıxırdı.  «Qurtuluş»  imperiya  əsarətində 
əzilən Azərbaycanın həyatını əks etdirirdi özündə. 
Berlin,  Çarlottenburq—2.  Bu  ünvanda  Azərbaycan  Milli  Qurtuluş 
hərəkatının orqanı olan «Qurtuluş» məcmuəsi çap olunur. 
Məcmuənin ilk sayı 1934-cü ilin noyabrında çap olundu. 
Amma  məcmuənin  ilk  sayı  qara  haşiyəyə  alınmışdı.  Azəri  türklərinə  dərin 
kədər  üz  vermişdi.  Azərbaycan  xalqının  azadlığı  və  istiqlaliyyəti  yolunda  böyük 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə