Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

88

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

***

Yaxşılıq etməyi nə bilir nadan,



Görür gözəl işi gözəl insanlar.

Nurunu, ətrini başdan, binadan

Ört­basdır etməyi bacarmayanlar.

***


Düyməcə nərgizim – yanaqlarında.

On ümid çırağım – barmaqlarında.

Canım qədəmində... ayaqlarında,

Ölürəm... əlacım dodaqlarında.

***

Ölənlər, qalanlar növ­növ, cürbəcür,



Bəzən dəyişirlər onlar yerini.

Diri var, xalq üçün çoxdan ölüdür,

Ölü var, yaşadır min­min dirini.

***


Üzlər dürlü­dürlü... tutqun, açıq, boz.

Bircə kişi üzü pardaxlı dəmir.

Hətta ölüm belə kişi üzündən

Kişilik nurunu qopara bilmir.

***

Söküb aparırlar ölmüş pələngi,



Aparır qurd, çaqqal, hətta qarışqa.

Yan keçir biganə, diri pələnglər,

Onların nəsibi guya bambaşqa.

***


Boris Pasternakın məzarı mərmər,

Qızılgüllər ilə yad etdik onu.




89

Bir vaxt ormanları çəliklə gəzən

Yeddi planetin şair oğlunu.

***


Hər gün yaxamıza qırsaqqız olur

Nə qədər xoşqeyrət, ağciyər, nadan.

Dözməyib baş qoşsan belələrinə

Onsuz da kəm ömrü xırdalayarsan.

***

Sıxılmış dodaqlar arasındaca



Nuş etdik ləzzətlə... nuş... piyaləni.

Kimisə oxşadıq, kimisə söydük,

Çırpdıq sal qayaya boş piyaləni.

***


Yalnız mərdlərə yox, namərdlərə də

Mən yardım elədim bacarsam, yardım.

Qarşıma dağ çıxdı, aşdım başından,

Ya da Fərhad kimi külünglə yardım.

***

Dərya nüfuzunun hər damlasını



Dağ boyda zəhmətlə qazanan insan,

Mərdlik ucbatından yandın, kül oldun.

Yaxşı ki, mərdlikdən usanmamısan.

***


Qızıl sərrafımı olmaq istərdin,

İnsan sarrafı ol, oğlum, çalış sən.

Qızılı itirsən, yüngüldü dərdin,

Qızıl insanları itirməyəsən.




90

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

***

Məhəmməd qüdrətli Rəsul oğlunun



Heykəli gözümdə dağdan da uca!

Uğrunda son damla qanım qalınca

Çarpışıb... dönərəm Misri qılınca.

***


Dayanıb qarşımda bir qız – möcüzə

Yarəb, bu günəşi çox görmə bizə.

Bircə dodaqucu gülümsəməsi

Min bulaq axıdır od sinəmizə.

***

Sənin çörəyinə, duzuna qurban,



Müqəddəs, nurani üzünə qurban!

Bütün urvatsızlar, qarayaxanlar

Üzündə bu aya, bu günə qurban!

***


Bir ucu dənizdə, bir ucu dağda...

Kür sözə bənzəyir, min əfsunu var.

Kürün əvvəli var, Kürün sonu var.

Sözün əvvəli var, sözün sonu var.

***

Ər sözü iş görən bir əl kimidir,



Göydən yerə enmiş gözəl kimidir.

Ardında düz əməl dayanmayan söz

Yellərə qoşulan xəzəl kimidir.

***


Bəzən yoruluram bir məqam, bir dəm,

Boş arx da, külüng də inciyir məndən.




91

Xəyalımda Şirin, qulağım səsdə,

Baş qoyub yatıram daşların üstə.

***


Əlində kitablar tutan bu nadan

Bəhs açır adamın insanlığından.

Aşağı qatdakı yaxın qonşusu

Quruca salam da görməyib ondan.

***

­ Soyunub çılpaq çimdim



Dan üzü Göygöldə mən.

­ Bəs sən heç utanmadın

Göygöldən, xan Kəpəzdən?!

***


Soruşma Xəzərdə neçin üzürəm?

Ləpə mizrab vurur könül tarıma.

Sulara tökürəm yanğılarımı,

Xəzər məlhəm qoyur yaralarıma.

***

Nifrətin çaxsa da bəbəklərində,



Bildirmə qeyzini əjdahaya sən.

Ox atma, vurmağa əmin olmasan,

Qüvvətsiz qeyzinə qurban gedərsən.

***


Yürür mənimlə bir çevik çinarlar,

Yorulsam, büdrəsəm məni qınarlar.

Buludlar üstündən uçub gedirəm,

Ürəyimdə bahar, əynimdə bahar.




92

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

***

Ey, kaş ömür boyu heyranın olum,



Reyhanım olasan, bağbanın olum.

Heç nə istəmirəm dünyadan, inan,

Bircə budur əhdim: qurbanın olum!

***


Çovğunlar çovusun, bağırsın, nə qəm,

Dənizlər, tufanlar hayqırsın, nə qəm,

Cəhənnəm olsa da qatqarış aləm,

Sən gəlsən, aləmi cənnət bilərəm.

***

Tanrının qələmi səni əzəldən



Bu mavi gümbəzin bəxtinə yazdı.

Bəlkə ayla günəş qoşa da çıxsa,

Sənsiz bu kainat işıqlanmazdı.

***


Köpüklü, ağappaq, nur muncuqlu, şən

İpək saçlarında ulduzlar dən­dən.

Dağdan tökülsəydi tab etməzdi dağ,

Şəlalə tökülür çiyinlərindən.

***

Deyirsən: – Bir azca təvazö göstər.



Yox, ey dost, varlığım oddur, şimşəkdir.

Qana yerikləyən qurdlar içində

Qoyun fağırlığı kimə gərəkdir?!

1977-1987



93

TUFAnda

Qış vaxtı dənizdə üzmək asandır,

Soyunub geyinmək bir azca çətin.

Yenə vur çatdasın, yenə tufandır,

Ayıq ol, köynəyin bada getməsin.

Suya asta­asta, ehtiyatla gir,

Tufanda dənizin çəkim gücü var.

Sal buz parça­parça axışıb gəlir,

Toxunur çiyninə üzən qayalar.

Yetər! Üç dəqiqə üzdünmü? Bəsdir.

Əlin donmayıbsa, gey paltarını.

Yaxa düymələmək çətinmi?

Nə qəm,

Hovxur, təp ağzına barmaqlarını.



Nəğmə atəşinə qızınmaq gərək.

Uçub getməyibsə, kəməri kip çək.

Qumla dolmayıbsa, ketləri tez gey!

Bağla ket bağını, bağları bərk çək!

Yaş qumda yürümək bir qədər çətin,

(De, hansı gözəllik yaranır asan?)

Uçarkən, süzərkən küləyə qarşı,

Gərək sağ böyrünü yumruqlayasan,

Gərək sol böyrünü yumruqlayasan!

Döyüb canındakı soyuq dəmiri,

Səddi qırasan.

Yumruğu yumruqla qızışdırasan.

gülə bənzəyir qar səpən külək,

Ətrini doyunca alasan gərək.

Dözməyib arabir

pələng ağzı tək




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə