94
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Açarkən ağzını,
sökülən danı,
Bu ucsuzbucaqsız gözəl tufanı
İnan, duyacaqsan öz içərində,
asiman tutumlu ciyərlərində!
Ocaq başındasan, əlində qələm.
Düşür ağ kağıza təzə misralar.
Hey, hey!
Əzəmətli, uca dağlar!
Bu gün sal qayalar sarsıldı, nə qəm,
Xəzər yaxasında, şahiddir aləm:
Qayadan qüdrətli övladların var!
1979
QASIRĞA
Bu gecə qəfildən qopdu qasırğa,
Qopdu künc tərəfdən nəhəng bir hasar.
Gəlib nə gördülər səhər adamlar:
Burda ayaq üstdə bir skelet var.
Adi adamlardan bir azca uca,
Qolları gərilmiş divar boyunca.
Yerliyerindədir köks qəfəsi;
Fəqərə sütunu, sümük, əl, ayaq.
On iki qabırğa, qafa tası sağ.
Bəlkə öldürülmüş, sonra hörülmüş,
Bəlkə diridiri hörülüb ölmüş.
Sal daşa dirənib ayağı, başı,
Çiynində elə bil dəyirman daşı.
Neçə qərinədir bu divar ilə
Durub yanaşı.
Baxdım dönədönə qəmgin, pərişan.
Düşündüm: bəlkə də gecəki tufan
95
Onun ahfəryadı, bağırtısıymış
Gəzirmiş cahanı sərkəş, sərgərdan.
Gəzib axtarırmış bir qasırğa ki,
Minmin ildırımla birlikdə gəlsin.
Bu qanlı divarı devirə bilsin.
Ayaqlar altında daş pərənpərən,
Gəldi təmirçilər, küncü tikdilər.
Mən isə düşündüm zülmkarları,
Təmir cəhdləri hədərdir, hədər.
Suvağı qan ilə, göz yaşı olan
Bütün divarları yıxacaq zaman.
1980
MEYARDI ŞEİRİM MƏNİM
Gözəli eybəcərdən, igidi ağciyərdən,
Sarsılmayanı süstdən, dürüstü nadürüstdən
Dərhal ayırd etməkdə meyardı şeirim mənim.
Tutalım, gətirmişəm şeiri redaksiyaya,
Şeirə baxan hərif də bizə simsardı guya.
Əgər götürüb qoyur, yüz kərə yoxlayırsa,
Basıb köhnə qovluğa yeddi ay saxlayırsa,
Sonra mənim qarşımda, əzilibbüzülürsə,
Arsız, arsız irişir, yerliyersiz gülürsə,
Bilirsinizmi, mövzu bir az köhnədir... – deyə
Mənə rəhmi gəlirsə,
Bilirəm; qarşımdakı şair deyil, gədadır.
Nifrət okeanımda növbəti qum adadır.
Bəbəklərimdi şeirim.
Yalnız mərd baxa bilir gözlərimin içinə.
Snayperimdi şeirim.
Yalnız igidlər tutur mənimlə bir səngəri.
Ağciyərə deyirəm: Çəkil bir az sən geri!
96
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Şeirim – qardaş əlini möhkəm sıxan əlimdir.
Beş barmaq əvəzinə
Mənə beş bala gürzə sırımaq istəyənlər
Cəhd etməsinlər hədər.
Heç şeir oxumasam da ariflər duyar məni,
Gözlərimdən oxuyar ürəyimdə qalanı,
Ürək bu dəm andırır istehkamı, qalanı.
Dost, düşmən tanımağa meyardı şeirim mənim.
Şeirimi dinlədikcə ağlayanlar görmüşəm.
Misramı yarasına bağlayanlar görmüşəm.
Tükü də tərpənməyən kərpic üzlər görmüşəm.
Gözəlliyi dəfn edən qəbir gözlər görmüşəm.
Sağlamı şildən seçən rentgendi şeirim mənim.
Düşməni xıncımxıncım kəsən döyüş qılıncım,
Cəngimdi şeirim mənim.
Bir gün qəbrə qoyulsam, inanma öldüyümə,
Nəfəsimi özüylə apardı şeirim mənim.
Bəşər azaddır! – deyə sabaha çapan olsa,
Çapardı şeirim mənim!
Türkan, 2 may 1980
ŞEİRİM
Yatsam, mənimlə yatar, dursam, mənimlə durar,
Yatsam, yata bilmərəm, yerimə qor doldurar.
Qara bəxtim, ağ bəxtim, mübarizəm, dincliyim,
Yetmiş ömrün səddinə sığışmayan gəncliyim.
Yuxum, yuxusuzluğum, şövqüm, sevincim, andım...
Bioqrafım bilsin ki, başqa doğum günüm yox,
97
Səninlə bir yarandım.
Həm ağsaqqal, həm cavan, həm güclü, həm dərdlisən,
Mənim dəniz köksümdə qasırğa qüdrətlisən!
Od kürəndə əritdin tonton dərdi, qəmi sən,
Göz dəyməsə deyərdim qurd ürəyi yemisən,
Arslan bağrı yemisən.
Əzizim, canım, gözüm, bəs nədir bu kədər, qəm?
Mən ki, daim səninəm –
sübh, axşam, gecə, gündüz,
Döyüşçü də özümüz, sərkərdə də özümüz.
Bəlkə güman edirsən əbəsmiş bu eşq, həvəs.
Bəlkə qara bir dağı bir külüng yıxa bilməz?!
Nə qəm, təsəllimiz var:
Sənin ləyaqətini, sənin cəsarətini
təslim etməmişəm mən
nə şöhrətə, nə şana.
Səni eşsiz, misilsiz yaraq kibi vermişəm
Dərbənddən Zəncanadək bütün Azərbaycana!
Döyüş gedir cahanda, şərəf naminə döyüş,
Silah düşsə əlindən, dişlə, dırnaqla döyüş!
Dırnaqların üzülsə, kirpiklərinlə döyüş,
Kirpiyin külə dönsə, yan, cigərinlə döyüş!
Sənin ki od nəfəsin bir az dərindən gəlir,
Alov, atəş yurdunun öz təndirindən gəlir.
Nəfəs haqdan gələndə sal qayanı da dəlir.
Qiyamətdə, deyirlər, göydə yeddinci qatda
İsrafil öz surunu var gücüylə çalacaq.
Oyadıb,
canlandırıb,
qaldıracaq ayağa
bütün ölü canları.
98
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hətta yerin dibində susmayan vicdanları,
sümükləri, külləri,
Cəbhələrin qanına bükülən nisgilləri!
İsrafilin şeypuru elə bəlkə özünsən,
Göy gurultusu – şeirim,
yer uğultusu – şeirim!
Sənə ömrümü verdim, istə, nəyim var verim.
Təki haray çək, hayqır
min İsrafil surunun
ildırım qüdrətilə.
Oyat ölü canları,
sağlamları, şilləri.
Aç qıfıllı dilləri,
aç zəncirli əlləri!
Harayla yarı sağlam, yarı şikəst canları,
Əjdaha boğazında ilişib qalanları.
İncidilmiş, döyülmüş,
Zirzəmiyə basılmış
yarımcan vicdanları!
Yığ, birləşdir, silah ver,
apar haqq savaşına!
Şeypurunu bərkdən çal!
Çal, dolanım başına!
Sən yardım ol hamıya, sən yardım al hamıdan.
Gözlərinə göz dikib
Bakı, Təbriz, Həmədan...
Gözlərimə gecələr çox baxma dərdlidərdli...
Azərbaycan qeyrətli, cahan qüdrətli şeirim!
Sənə ömrümü verdim, istə, nəyim var, verim.
Türkan, 14 noyabr 1980
Dostları ilə paylaş: |