Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə19/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

94

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Açarkən ağzını,

sökülən danı,

Bu ucsuz­bucaqsız gözəl tufanı

İnan, duyacaqsan öz içərində,

asiman tutumlu ciyərlərində!

Ocaq başındasan, əlində qələm.

Düşür ağ kağıza təzə misralar.

Hey, hey!

Əzəmətli, uca dağlar!

Bu gün sal qayalar sarsıldı, nə qəm,

Xəzər yaxasında, şahiddir aləm:

Qayadan qüdrətli övladların var!



1979

QASIRĞA

Bu gecə qəfildən qopdu qasırğa,

Qopdu künc tərəfdən nəhəng bir hasar.

Gəlib nə gördülər səhər adamlar:

Burda ayaq üstdə bir skelet var.

Adi adamlardan bir azca uca,

Qolları gərilmiş divar boyunca.

Yerli­yerindədir köks qəfəsi;

Fəqərə sütunu, sümük, əl, ayaq.

On iki qabırğa, qafa tası sağ.

Bəlkə öldürülmüş, sonra hörülmüş,

Bəlkə diri­diri hörülüb ölmüş.

Sal daşa dirənib ayağı, başı,

Çiynində elə bil dəyirman daşı.

Neçə qərinədir bu divar ilə

Durub yanaşı.

Baxdım dönə­dönə qəmgin, pərişan.

Düşündüm: bəlkə də gecəki tufan




95

Onun ah­fəryadı, bağırtısıymış

Gəzirmiş cahanı sərkəş, sərgərdan.

Gəzib axtarırmış bir qasırğa ki,

Min­min ildırımla birlikdə gəlsin.

Bu qanlı divarı devirə bilsin.

Ayaqlar altında daş pərən­pərən,

Gəldi təmirçilər, küncü tikdilər.

Mən isə düşündüm zülmkarları,

Təmir cəhdləri hədərdir, hədər.

Suvağı qan ilə, göz yaşı olan

Bütün divarları yıxacaq zaman.



1980

MEYARDI ŞEİRİM MƏNİM

Gözəli eybəcərdən, igidi ağciyərdən,

Sarsılmayanı süstdən, dürüstü nadürüstdən

Dərhal ayırd etməkdə meyardı şeirim mənim.

Tutalım, gətirmişəm şeiri redaksiyaya,

Şeirə baxan hərif də bizə simsardı guya.

Əgər götürüb qoyur, yüz kərə yoxlayırsa,

Basıb köhnə qovluğa yeddi ay saxlayırsa,

Sonra mənim qarşımda, əzilib­büzülürsə,

Arsız, arsız irişir, yerli­yersiz gülürsə,

­ Bilirsinizmi, mövzu bir az köhnədir... – deyə

Mənə rəhmi gəlirsə,

Bilirəm; qarşımdakı şair deyil, gədadır.

Nifrət okeanımda növbəti qum adadır.

Bəbəklərimdi şeirim.

Yalnız mərd baxa bilir gözlərimin içinə.

Snayperimdi şeirim.

Yalnız igidlər tutur mənimlə bir səngəri.

Ağciyərə deyirəm: ­ Çəkil bir az sən geri!



96

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Şeirim – qardaş əlini möhkəm sıxan əlimdir.

Beş barmaq əvəzinə

Mənə beş bala gürzə sırımaq istəyənlər

Cəhd etməsinlər hədər.

Heç şeir oxumasam da ariflər duyar məni,

Gözlərimdən oxuyar ürəyimdə qalanı,

Ürək bu dəm andırır istehkamı, qalanı.

Dost, düşmən tanımağa meyardı şeirim mənim.

Şeirimi dinlədikcə ağlayanlar görmüşəm.

Misramı yarasına bağlayanlar görmüşəm.

Tükü də tərpənməyən kərpic üzlər görmüşəm.

Gözəlliyi dəfn edən qəbir gözlər görmüşəm.

Sağlamı şildən seçən rentgendi şeirim mənim.

Düşməni xıncım­xıncım kəsən döyüş qılıncım,

Cəngimdi şeirim mənim.

Bir gün qəbrə qoyulsam, inanma öldüyümə,

Nəfəsimi özüylə apardı şeirim mənim.

­ Bəşər azaddır! – deyə sabaha çapan olsa,

Çapardı şeirim mənim!

Türkan, 2 may 1980

ŞEİRİM

Yatsam, mənimlə yatar, dursam, mənimlə durar,

Yatsam, yata bilmərəm, yerimə qor doldurar.

Qara bəxtim, ağ bəxtim, mübarizəm, dincliyim,

Yetmiş ömrün səddinə sığışmayan gəncliyim.

Yuxum, yuxusuzluğum, şövqüm, sevincim, andım...

Bioqrafım bilsin ki, başqa doğum günüm yox,



97

Səninlə bir yarandım.

Həm ağsaqqal, həm cavan, həm güclü, həm dərdlisən,

Mənim dəniz köksümdə qasırğa qüdrətlisən!

Od kürəndə əritdin ton­ton dərdi, qəmi sən,

Göz dəyməsə deyərdim qurd ürəyi yemisən,

Arslan bağrı yemisən.

Əzizim, canım, gözüm, bəs nədir bu kədər, qəm?

Mən ki, daim səninəm –

 

sübh, axşam, gecə, gündüz,



Döyüşçü də özümüz, sərkərdə də özümüz.

Bəlkə güman edirsən əbəsmiş bu eşq, həvəs.

Bəlkə qara bir dağı bir külüng yıxa bilməz?!

Nə qəm, təsəllimiz var:

Sənin ləyaqətini, sənin cəsarətini

  təslim etməmişəm mən

 

nə şöhrətə, nə şana.



Səni eşsiz, misilsiz yaraq kibi vermişəm

  Dərbənddən Zəncanadək bütün Azərbaycana!

Döyüş gedir cahanda, şərəf naminə döyüş,

Silah düşsə əlindən, dişlə, dırnaqla döyüş!

Dırnaqların üzülsə, kirpiklərinlə döyüş,

Kirpiyin külə dönsə, yan, cigərinlə döyüş!

Sənin ki od nəfəsin bir az dərindən gəlir,

Alov, atəş yurdunun öz təndirindən gəlir.

Nəfəs haqdan gələndə sal qayanı da dəlir.

Qiyamətdə, deyirlər, göydə yeddinci qatda

İsrafil öz surunu var gücüylə çalacaq.

Oyadıb,


  canlandırıb,

 

qaldıracaq ayağa



bütün ölü canları.


98

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Hətta yerin dibində susmayan vicdanları,

sümükləri, külləri,

Cəbhələrin qanına bükülən nisgilləri!

İsrafilin şeypuru elə bəlkə özünsən,

Göy gurultusu – şeirim,

yer uğultusu – şeirim!

Sənə ömrümü verdim, istə, nəyim var verim.

Təki haray çək, hayqır

min İsrafil surunun

ildırım qüdrətilə.

Oyat ölü canları,

sağlamları, şilləri.

Aç qıfıllı dilləri,

aç zəncirli əlləri!

Harayla yarı sağlam, yarı şikəst canları,

Əjdaha boğazında ilişib qalanları.

İncidilmiş, döyülmüş,

Zirzəmiyə basılmış

yarımcan vicdanları!

Yığ, birləşdir, silah ver,

apar haqq savaşına!

Şeypurunu bərkdən çal!

Çal, dolanım başına!

Sən yardım ol hamıya, sən yardım al hamıdan.

Gözlərinə göz dikib

Bakı, Təbriz, Həmədan...

Gözlərimə gecələr çox baxma dərdli­dərdli...

Azərbaycan qeyrətli, cahan qüdrətli şeirim!

Sənə ömrümü verdim, istə, nəyim var, verim.

Türkan, 14 noyabr 1980



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə