Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə16/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

77

Sən – mənim Şah dağım, Savalanımsan,

Arazım, Kürüm də çağlayır səndə.

Qaralır gözümdə qəfildən cahan,

Sən əldən çıxanda – ilham itəndə.

İdrak gücündədir şairin gücü,

Mən ilham susanda özgələşirəm.

Bir həyat şüası – bir misra üçün

Qayalar sökürəm, dağlar eşirəm.

Mənim poeziyam!

Sən – ağ şəlalə,

Qaldır, at yolundan qara daşları.

Sözün qüdrətilə ağıllandıraq

Elindən, kökündən ayrılmışları.

İşıqlı zirvələr yolçusuyuq biz,

Şeir bizim üçün ən uca dağdır.

Eşqsiz, alovsuz, mübarizəsiz,

Şeirsiz yaşamaq yaşamamaqdır!

Miyanə misralar, sürtülmüş sözlər,

Ölüvay şeirlər qoy girsin yerə.

Qoy aman verməsin işıqlı gözlər

Yarasalar kimi hərlənənlərə.

Böyükdür, ülvidir Azərbaycanım,

Bu torpaq üstündə ərlər yaşamış.

Bizim şeirimizin od qılıncını

Xətai sıyırmış, Sabir daşımış!

Köksümü əlimlə yarıb sökərəm,

Zamanla birlikdə nəfəs almasan.

Mən sənin üstündən qələm çəkərəm,

Xalqa çörək kimi gərək olmasan.



1977


78

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



BABƏK

Bu axşam yenə da səssiz­səmirsiz

Gəldi Ərdəbildən Kür kənarına.

Baxdım altındakı hündür, ağ atın

Cilova yatmayan şah vüqarına.

Qızıl bayraq kimi çiyinliyinin

Küləkdə yellənən qanadlarına.

Pul­pul, halqa­halqa zireh canlığın

Altında alışır qırmızı köynək.

Bəlkə dan yerini geymiş əyninə,

Bəlkə lalə dağı görünür rəng­rəng?

Bərdə qalasına üz tutub bəlkə,

Ya Şirvana sarı yol keçib gedir.

Yadlar caynağında bölünən ölkə

Onun varlığında bölünməmişdir!

Əlincə qalası, Gəncə qalası,

Dərbənd istehkamı – onun dayağı.

Vətənə güvənir Vətən balası,

Qayalar­qalxanı, dağlar­sığnağı.

Böyründə qılıncı polad qəbzəli,

Qında bir ildırım,

Ovxarlı, zağlı.

Başında ağaran keçə papağın

Kənarı, ortası qızıl zolaqlı.

Bu bəlkə rəmzidir xurrəmiliyin,

Bəlkə də buluddur, şimşək budaqlı.

Ayaqlar sıxılmış atın böyrünə,

Yaxşı ki, qırılmır dəmir üzəngi.

Saçaqlı döşlüyü şəfəqlər seçən

Ağ at süzüb gəlir ağ bir ox təki.

Gəlir!

Baxışında qılınc kəsəri



Odlar ölkəsinin vüqarlı başı!

Tarixdən qoparıb uzaq bir əsri

Bütün əsrlərlə tutub yanaşı!



79

Gəlir!


  Ram edərək qərinələri,

Çiçəklər tökülər ayaqlarına.

Hörmətlə yol verir raketlər əsri

Kaman, ox əsrinin bayraqdarına.

O, mənə baxmadı,

  Bir azca tutqun

Getdi baş çəkməyə qoşunlarına.

Mən baxdım sarğılı alnından axan

Səhərin qırmızı şüalarına.

Gün batır... üzündə qanlar qurumuş,

Peyvənçay üstündə səngiyir vuruş.

Babək əsir almış Böyük Buğanı,

Dan yeri zülmətlə göz­gözə durmuş.

Qaldırıb başını dik baxa bilmir

Babəkin alışan od gözlərinə.

Uzun kirpiklərin kölgəliyində

Parlayan azadlıq güzgülərinə.

Zirehin altında azca titrəyən

Köksünün əsəbi əzələsinə.

Altında vüqarla durmuş atına!

Atın sağrı bağı – yolların ağı,

Bir az yerə batmış xəncər dırnağı,

Qalın quyruğunun ipək saçağı,

İri, saf gözləri, ceyran qulağı,

Gümüş döşlüyünün qotazı, zəri,

Dağ belinə bənzər hündür yəhəri.

Yəhərin altından azca görünən

Həşyəsi saçaqlı göy atlas parça

Az qalır qüruba şəfəqlər saça.

– Babək, çox böyükdür səndəki ürək.

Sənin əsirinəm. Çətindir demək.

İstəsən lap öldür. Qoy deyim ancaq:

Sən bir dağ olsan da, meydanda təksən,

Uçub qəlpə­qəlpə töküləcəksən.




80

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dövrün axarından yaranıb bu din.

Səndən çox güclüdür sənin düşmənin.

Bir az uzağa bax... Bağdada sarı,

Gəlir od yerişli ərəb atları,

Məkkə dəvələri, Nil qatırları,

Bəzəkli, qotazlı Bəsrə filləri.

Yəmənin, Hicazın bütün elləri.

Hələ İraq, Misir, Qanq da, Sudan da

Qoşulub Məhəmməd məfkurəsinə

Kökü cahandadır, qol­budaqları

Çatır ulduzların yan­yörəsinə.

Bir azdan üstünə odlar gələcək,

Çinlilər, həbəşlər, kürdlər gələcək.

Hələ Belucistan, hələ Kürdüstan...

– Bunların heç biri qorxulu deyil,

Ağacı içindən gəmirməsə qurd.

Satqınlar olmasa, siz olmasanız,

Heç bir qəsbkara baş əyməz bu yurd!

– Babək, elə bilmə insafsızam mən,

Mənim də qan axır damarlarımda.

Sizin bu ölkəni tapdalayanda

İnan ki ürəyim qopdu bir anda.

– Sus, məni tovlama yalançı gəda!

Beş min dirhəmədir hər günün sənin,

Atın ağırlıqda qızıl yığmısan.

Buraxım, get!

  Azca qalıbsa qanın,

Doğma ellərini topla başına.

Dərk elə köksünün şir qüvvətini,

Qaldır tapdalanmış ləyaqətini!

Çinar dibindəki o əsgərə bax,

Necə qapanmışdır gör qan gölünə,

Bulaşsa da qana, toza, torpağa,

Sən onun dəyməzsən bircə telinə

– Babək, ürəyimdən tikan çıxartdın.



81

Sənə...


Halal olsun...

həyatım mənim.

Sükut.

Kiminkidir bu qırıq sözlər!



Çinarın dibinə qapanmış əsgər

Sən demə ölməyib,

qanrılır, odur

hələ gözlərinin sönməyib odu

– Ərtoğrul!

Tanıyır


əsgəri Babək.

Bir göz qırpımında atılır atdan

Cırıb köynəyini tənzif düzəldir,

Qan verən köksünü bağlayır əlan.

Yumşaq ot üstünə qoyur başını,

Silir qan ləkəli çapıq qaşını.

Dikəlir yerində yaralı əsgər,

Buğaya üz tutur, azca qalxaraq:

– Mənim ovcumdakı bu torpağa bax,

Qanımdan rəng alıb, qırmızılaşıb.

Bu yaş, bu qırmızı, dərdli torpağı

Heç kəsə vermərik, bildir Bağdada!

– Vermərəm! –

Hardasa silkələndi yer,

Qırmızı nifrətli bir yanar vulkan

Dağı parçaladı tən ortasından:

– Külümü yadlara vermərəm! ­ dedi.

Gün bata bilmədi, yolda yubandı.

Ay doğdu – üzündə bir bəyaz şölə

Özünü zirvədən atdı şəlalə,

– Selimi yadlara vermərəm! ­ dedi.

Gəldi xalq ozanı döyüş çölünə,

Dəydi barmaqları telli qopuza.

– Qopardıb ağzımdan dilimi, cəllad,




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə