Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

82

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Təzə dil soxursan boğazımıza.

Apar sərvətimi, apar zərimi,

Apar gövhərimi, gülşənlərimi,

Dilimi yadlara vermərəm! – dedi.

Sağında bir nəfər ayaqyalın, tək

Solunda ağ köhlən pərişan, kövrək.

Alıb qolu üstə ölmüş əsgəri

Ağlaya­ağlaya qayıdır Babək.



1977

DÖRDLÜKLƏR

***


Mənim qanadlarım – nifrət, məhəbbət

Bu iki qaynaqdan könlüm güc alır.

Ucalıq görəndə əyilən başım

Alçaqlıq görəndə kinlə ucalır.

***

Sənin sarmaşıqdan xoşunmu gəlir?



Batini zülmətdir, zahiri işıq.

Yaxşı ki, həmişə sərv olmuşuq biz,

Heç kimin boynuna sarılmamışıq.

***


Dolu ürəyini boş adamlara

Açma! Öz yolunu bağlamaq asan.

Bəzən dişlərini qılınc eləyib

Dilini kəsməyi bacarmalısan.

***

Yaxşı ki, sən asan yolla getmədin,



Uymadın şöhrətə, dövlətə, vara.


83

Ürək atəşini təslim etmədin

Dağları dağıdan qasırğalara!

***


Qarşımda külqabı – ilbiz yuvası,

Ey doğma dünyanın ögey övladı!

Sən bir iblis kimi yaşadığından

Heç ilbiz qədər də izin qalmadı.

***

Ağrı da çəkirəm, əzab da, dərd də,



Dərdlərə zərbələr endirirəm mən.

Başqa dəmirçiyəm –

döyüb kədəri

Sənət sevincinə döndərirəm mən.

***

Meyvə yetişibmi? Bunu bilirsən



Rəngindən, dadından, ya qoxusundan.

İnsan yetişibmi? Bunu bilirsən

İliklərindəki yurd duyğusundan.

***


Bəli, qatılaşsa, zülmət nə qədər,

İşıq bir o qədər aydın görünər.

Tufandan yeni bir güc alar dəniz.

Dar gündə bir az da mərdləşirik biz.

***

Ömründə bircə yol sən də kişi ol,



Əzrayıl! Xeyri yox, qəbrə qoy şəri:

Gəl, vaxtında qopar boş stolundan

Möhürlü, hökmlü cənazələri.



84

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

***

Haqqın yox hərifi duyuq salmağa,



Hazırlaş, zirehlən, bərki polad tək.

Düşmənin bağrını parçalamağa

Qurd ürəyi yemiş bir oğul gərək.

***


Kimləri dünyada kamil sanırsan?

Kimin ki, daxili tarazlığı var.

Vulkanda yıxılmaz dağlara bənzər

Rütbədən ensə də sarsılmayanlar.

***

28 Mayıs... iki erada



Ən azad, ən xoşbəxt, ən gözəl günüm!

Heçdim... bir dağ oldum o gün dünyada,

Haqqım var, o günü anıb öyünüm!

***


Qurdun sinəsində qurd ürəyi var.

Gözləri zülmətdə sanki cüt fanar.

Xeyri yox, ardınca yüz köpək hürə,

Gerimi qanrılar, dalamı baxar?

***

Qardaş süfrəsi aç mənim qarşımda,



Yağ ilə bal dadar lap yavan çörək.

Adi bir cümləni, yarım cümləni

Gül kimi iyləyək, mey kimi içək.

***


Özbək nəğməkarı – Abdulla Arif,

Neçin vurğununam, aç bu əsrarı.




85

Dilmi birləşdirir, ya qan birliyi

İki­üç qitəyə sığmayanları?

***


Qəbir daşındakı ay­ulduza bax,

Kişi əlləri tək açıq aypara...

Beş çərək torpağa sığan insanın

Muradı sığışmır asimanlara.

***

Mənim inamım var, sənin sərvətin,



Sən bu sərvət üstə zağ­zağ əsirsən.

Mən öz inamımın hökmdarıyam,

Sən öz sərvətinə qulsan, əsirsən.

***


Bir cüt qafiyə var meydan sinəndə,

Aç qızıl düyməni, ay canı yanmış.

Bədənin ağlığı, üzün ağlığı

Qaranlıq gecəyə işıq salarmış.

***

Sənin nadanlığın mənim üçün dərd,



Heyif, anlamırsan başkəsən qoçaq.

Mərdlərin boynunu vurursa namərd,

Bayquşlar qalacaq yurdunda ancaq.

***


­ Bir az ipə­sapa yatan olsaydın,

Bəlkə qoyulmuşdu hardasa büstün.

­ Xalqıma xarakter bəxş edirəm mən

Hər şeydən gərəkli, hər şeydən üstün.




86

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

***

Babək! Sən dağ idin atın belində,



Buluddan başına şeh damcılardı.

Dünyaya ildırım atan əlində

Tanrının intiqam qılıncı vardı.

***


Nəbzimdə neçə min vurğunu saydı

Hiddətim, nifrətim, qəzəbim, dərdim.

Beynimdə al səhər açılmasaydı

Bəlkə dağlar kimi od püskürərdim.

***

Müşfiq! Sən kim idin? Böyük pərvanə,



Sənətin başına dönən, dolanan.

Pərvanə çıraqdan od tutdu, yandı,

Sən öz varlığının alovlarından.

***


Sən öz varlığını tamam mənə ver,

Dağ dağa söykənsin, qəlbin qəlbimə.

Təklərin nəsibi basılmaq, manevr,

Birliyin nəsibi yalnız Qələbə!

***

Şeir gecəsindən qoşa çıxdılar,



Fikirlər, duyğular ayrıdı lakin.

Birinin gözündə sevinc yaşları,

Biri özü boyda gürzəvari kin.

***


Ərəblər kəndində top­top oynayan

Qaragöz balalar ürəyim, canım.




87

Bir zaman yad kimi gələnləri də

Doğmalaşdırıbdır Azərbaycanım.

***


Ruzusu boz torpaq, beş­üç damla şeh,

Ancaq qanındakı ruh mərdanədir.

Ayaq verməsə də ilana tale,

Yenə də özünə yol açıb gedir.

***

Ömrümə, günümə dayaq bilirdim,



Hələ fəxr edirdim dəyanətilə.

Onun mərdliyini mən dağ bilirdim,

Ölçdüm mərdliyini santimetr ilə.

***


Deyirsən “yatıbdı qaraçuxam”, yox,

Elə bu cümləndir birinci zədə.

Sən itmiş bəxtini harda taparsan?

Dağları yırtacaq mübarizədə.

***

Ağız qapısında yatan şirdi söz,



Ram eləmək çətin, buraxmaq asan.

Düşməni parçalar, sərrast danışsan

Özünü parçalar sərməst danışsan.

***


Alimi kim duyar? Alim olan kəs.

Sən ürək sirrini nakəsə demə.

Kişi süfrəsində duz dad, çörək kəs,

Nakəs süfrəsində yağla bal yemə.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə