Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

99

BÖYÜK, AZAD, MÜSTƏQİL...

Savalanın köksünə bu sözlər yazılarsa,

Söz həqiqət olarsa,

mənə qismət olarsa,

onda...

dincələrəm mən.



Ölsəm belə dünyaya yenidən gələrəm mən.

Ana, sən övladına dinclik arzulayırsan,

Təpər, zəfər arzula!

Həyat arzulayırsan, gözəl ölüm arzula!

Çətindir.

Qarşımızda Hamlet sualı durur.

Yaşaya bilməyəni zaman atır tavaya,

şabalıd tək qovurur.

Odur,

pəncərəmizə dan şəfəqi od vurur.



Qələmimə can verir isti, qaynar bir nəfəs.

Çiynimdə dağ vəzifəm – böyük, ağır, müqəddəs.

Sən başımın altına gül yastıq qoyma əbəs.

Belə bir keşməkeşdə

Ağlı, bir də vicdanı oyaqlar... yata bilməz!

Türkan, 16 noyabr 1980

ÇƏTİN YOL 

“Duman, gəl, get bu dağlardan,

Qoy ağaclar bar eyləsin.

Nə gözlərim səni görsün,

Nə könlüm qubar eyləsin”.



100

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dəli könlüm, nədir yenə bu qəm, qubar?

Mən bilirəm, bu cahanda bir qanun var:

Yaxşı gündə, yaman gündə

Bulaq axar, irmaq axar,

Ancaq dəniz ürəkləri sökər bəzən qasırğalar.

Zəlzələlər gurlayanda,

Bəzən zirvə gedər bada,

Yadındamı, sən bu yolu özün seçdin.

Qarşına sal qaya çıxdı,

Nə sivişdin, nə yan keçdin.

Bir külüngə bütöv dağı hədəf seçdin.

Dəmir yardın, zireh deşdin.

Herkules, nə də Fərhad,

Sən adicə bir insandın.

Fəqət şərlə döyüşəndə

Sən özünü tanrıdan da güclü sandın.

Dağlara yox, öz ruhuna arxalandın!

Tüstüləndin... Su tapmadın,

Cəhənnəmdə alov içdin.

Kor, qaranlıq tunellərdən qızıl qatar kimi keçdin.

Sən bu yolu seçməsəydin, gözümüzdə bəlkə heçdin.

Nə yaxşı ki, ən şərəfli yolu seçdin!

Nə qeyzini cilovladın, nə qüvvəni ölçüb­biçdin.

Sən bu yolu özün seçdin.

Həzər vurdu ağciyərlər: ­ Təkcə, yalqız qalacaqsan.

Bircə özün anladın ki,

Cır meyvəli bu bağda sən bir calaqsan.

Birsən... yüz min olmalısan!

Heçsən... hər şey olmalısan!

Fərdsən... Vətən olmalısan!

Gülsən... bahar olmalısan!

Kəsafəti alt­üst edən təzə rüzgar olmalısan!

Asandımı?



101

Külüngləşən barmaqların dağ çapmaqdan usandımı?

Çətin yolu seçənlərin səadəti bəlkə də kəm,

Fəqət qəlbi Elbrusdan, Himalaydan uca, möhkəm.

Qəmginsənmi? Vur, saçılsın qəm çınqısı çəkicindən.

Sənin qəmin qiymətlidir çoxlarının sevincindən.



Bakı, 12 aprel 1981

SEVDA XANIM

Nə tez belə ətirləndin, a çiçəyim, a reyhanım,

Dünən lalə, Sevda bala, bu gün artıq Sevda xanım!

Bir görüşlə doğmalaşdıq, qoy bu anı daim anım,

Dünən süsən, Sevda bala, bu gün artıq Sevda xanım!

Mən işıqlı, büllur göyəm, sən göydə ana tərlanım,

Dünən lalə, bu gün halə, sabah şölə Sevda xanım!

Həm Muğanım, həm Şirvanım, həm əl yetməz Savalanım,

Bağ­bostanım, gülüstanım, bu dastanım Sevda xanım!

Gəl... şadlanım, qanadlanım! Uca dağlardan atlanım,

Özümü bir yelkən sanım, ey ümmanım, Sevda xanım!

Atəşinə yanım, yanım, külümü də atəş sanım,

Adım­sanım, canım, qanım, din­imanım, Sevda xanım!

14 dekabr 1981



102

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



BÖYÜK POEZİYA SALONLARINDA

Qar yağıbdır dizəcən,

Bakıdan Təbrizəcən.

Yolunu gözləyərəm

Mən gələn Novruzacan.

Bayatı

Böyük poeziya salonlarında

Həsrətə, hicrana son qoyuruq biz.

Elə ki yüksəldi güclü bir nida,

Öpüşür şeirimdə Bakıyla Təbriz.

Qaraqaş, qaragöz, ucaboy, mətin,

Alnı qasırğalar önündə qaya.

Yumruğu qalxanda Söhrab Tahirin,

Sanki qartal qonur tribunaya.

Ağır addımlarla Firuz gələndə

Üzünün işığı düşür dünyaya.

Azca qımışanda, azca güləndə,

Gözləri bənzəyir o tay, bu taya.

Böyük poeziya salonlarında

Sevincdən gözümü bəzən silirəm.

Bütün fatehləri bu əziz anda

Təpiyim altında əqrəb bilirəm.

Diqqət kəsilirəm Qafar Kəndliyə,

Sanki qarşımdadır Xaqani özü.

Dözüb min nizəyə, oxa, gülləyə,

Yüz yerdən yaralı bir dağdı köksü.

Yaddan çıxarmı heç Mirzə Abbaslı,

Hündur çiyinləri bəlkə Çin səddi.

O səddin dibində qaldı nə qədər

Düşmən sümükləri, düşmən cəsədi.

Böyük poeziya salonlarında

Növ­növ tilsimləri qırar əllərim.

Bircə misra belə şeir yazmayan

Məhəmməd Seyfəddin – cəsur şairim!



103

Göz­gözə, səs­səsə, nəfəs­nəfəsə

Düşünər, qəfildən oyanar onlar.

Həmişə gizlədib öz yarasını,

Özgələr uğrunda qılınc çalanlar.

Salon hayqırır ki, ey qafil, oyan,

Gör kimin qanıdır bu al güldəstə.

Bu gül qomlarını güldana qoyma,

Apar Əraninin məzarı üstə!

Elə bir ölkənin oğlusan ki, sən,

Daim sinə gərib bəlaya, şərə.

Öz qara bəxtinin zülmətlərindən

Dirilik suyunu verib bəşərə!

Böyük poeziya salonlarında

Həsrəti, hicranı yenib gedərik.

Qəhrəman Bakının eşq axarında

Təbriz qatarına minib gedərik.

Türkan, 24 ocaq 1985

MİNNƏTDARLIQ

Bütün bədxahlara minnətdaram mən,

Macal vermədilər uyuyum, yatım.

Qığılcım atdılar dar gözlərindən,

İldırıma döndü altımda atım,

Macal vermədilər uyuyum, yatım.

Bütün cılızlara, bütün cırlara,

Bütün miskinlərə minnətdaram mən.

Döndülər zirvəmdə kirli bir qara,

Sel kimi axdılar ətəklərimdən.

Bütün miskinlərə minnətdaram mən.

Məgər rels üstünü basan çayırlar

Saxlaya bilərmi gələn qatarı?

Hardasa buz tutan, tar bağlayan qar

Gülən, qəh­qəh çəkən coşğun baharı?!



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə