Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

104

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Kim mənə yaxarsa lap azca ləkə,

Üzü bəzəksə də içi təzəkdir.

Filin qarşısında özünü çəkən

Kor çəyirtkə kimi görünəcəkdir.

Mənim poeziyam, şax tut başını!

Bütün əfiləri tapdalayıb keç.

Əsrdən uzundur şeirin arşını,

Deşikdən baxanı saya salma heç.

Bütün əfiləri tapdalayıb keç!

Nildən Kamçatkaya, Oderə qədər

Kök atmış ulusun övladıyam mən.

Məni sıxa bilər de, hansı kədər?

Bütün qartalların qanadıyam mən.

Elbrus, Savalan övladıyam mən!

Qoy bütün gürzələr çıxsın yuvadan,

Vətən gürzələri, milli gürzələr!

Üzdə alimfason, əslində nadan,

Möhürlü, stollu, qollu gürzələr,

Vətən gürzələri, milli gürzələr!

Sizə minnətdaram, sürünənlərim,

Bircə medal üçün sinov gedənlər!

Qab dibi yalayıb sülənənlərim,

Pusquda dayanıb rütbə güdənlər,

Bircə medal üçün sinov gedənlər!

Əkinə gübrə tək yarasaydınız,

Sizi kürüyərdim, tökərdim şuma.

Deyirlər, bir zaman yarasaydınız,

Uçardınız nura göz yuma­yuma.

Sizi kürüyərdim, tökərdim şuma.

Sizə minnətdaram, bağrımda yaram,

Hiddətim, göynəyim, sızıltılarım.

Ölməyin, hələ ki meydanda varam,

Soyumaq bilməyən dərdim, qubarım,

Hiddətim, göynəyim, sızıltılarım!



1986


105

SAĞLIQ, YAXUD VƏSİYYƏT

Məst olmaqla ölümün

Bəlkə bircə santidi məsafəsi, arası.

Ancaq mən ölsəm belə

Ölməz ürəyimdəki həsrət, hicran yarası.

Məst olmaqla ölümün

Xırdaca tük qədərdi, inanın ki, arası.

Məst olanlar bəlkə də yeri, göyü unudar,

Mənsə unuda bilməm doğma Azərbaycanı,

bir də qanlı Arazı.

Qaldırın badələri!

İçək Azərbaycanın, bu müqəddəs məkanın,

torpağın sağlığına!

Hardasa Araz boyu

Saralıb düşən bircə yarpağın sağlığına!

İçək... Araza doğru uzanıb... orda itən

Cığırın sağlığına! ...Azdır bir sağlıq ona.

O qoşa cığır, qafil, bəlkə heç cığır deyil,

Öz vüsal yollarımdır.

Bəlkə o taya doğru uzanan qollarımdır.

Ölsəm... məzarıma gülab, ətir tökməyin

Vəslə yetmiş vətəndə Arazdan bircə ovuc

Alın, tökün üstümə, ayrı heç nə istəməm.

O vaxtacan Arazın suları durulmasa,

Heç olmasa onda siz

Azərbaycan dilində mənə rəhmət deyiniz!

Əgər bu da olmasa, rədd olun, yansın qəbrim.

Bu Odlar torpağı tək daim odlansın qəbrim!



Türkan, 1962


106

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



Balalara hədiyyə

QAVALDAŞ

Sən gördüyün bu sal daş

Bəlkə yüz əsrə yoldaş!

Bir yaxınlaş, bir yanaş,

Qavaldaşdı, qavaldaş.

Bəli, qavala oxşar:

Girdə, sığallı, hamar.

Qaval kimi çalıblar

Onu bizim babalar.

Daş qavala daş dəyib

Gözəl bir ahəng ilə.

Üzlər, gözlər gülübdür

Səs düşəndə sahilə.

Daş qaval çalınanda

Toy olmuş, bayram olmuş.

Bəzən ceyran, cüyür də

Bu ahəngə ram olmuş.

Ürəklər susan zaman

Küləklər çalıb onu.

Şırım salıb köksünə,

Şimşəklər çalıb onu.

Gör nə deyir o şırım,

O ildırım zolağı:

­ Musiqiyə beşikdir

Azərbaycan torpağı!

1965



107

YALLI RƏQSİ

Qayada bir şəkil var:

Yallı gedir adamlar.

Nələr düşür gör yada:

Ən çətin zamanda da

İnsan gülüb­oynamış.

Canda musiqi eşqi

Qayır­qayır qaynamış!

Nə gözəldir silsilə,

Hamı verib əl­ələ.

Oğlan necə yaraşır

Yanındakı gözələ!

Onlar çaxan şimşəyi,

Yağan qarı dinləyib.

Səmada qaqqıldaşan

Durnaları dinləyib.

Duyublar, hay salanda

Ağ köpüklü dalğalar:

Təbiətin özündə

Musiqi var, şərqi var!

Onlar zövqü, sevinci

Bir­birinə bəxş edib.

İlk rəssam ilk yallını

İlk qayaya nəqş edib.



1965


108

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



SEVİMLİ NAXÇIVANIM

Azərbaycan bahardır,

Sən baharın gözüsən.

Bu torpaq laləzardır,

Laləzarın gözüsən.

Qucağında birləşib

Həm dağım, həm aranım,

Gəzim Araz boyunca

Qoy başına dolanım.

Sevimli Naxçıvanım,

Günəşli Naxçıvanım!

Bu torpağı bəzəyir

Min illik abidələr.

Dünyaya işıq səpər

Ayla, günlə bərabər.

Gülüstanlar gül açar

Ordubad bağlarında.

Ürəyim dağa dönər

Salvartı dağlarında!

1965

DOĞMA SÖZLƏR

Ana dili əzizdir

Doğma anamız kimi.

Dili gözəl bilənlər

Olur nitqin hakimi!

Mən bilirəm sözlərin

Nə cür doğulduğunu.



109

Ağacda “qol­budağ”ın

“Qol” və “bud” olduğunu.

“Yum” sözündən törənmiş

“Yumşaq”, “yumaq”, “yumurta”,

Yumurlanır yumruğum,

“Yum” sözünü umur da!

“Yaşar”, “yaşıd”, “yaşıllıq”

Bircə “yaş”dan yaranmış.

“Qaşıq” yonub ağacı

Qaşımaqdan yaranmış.

Bağa baxan bağbana

Ad verib elin ağlı.

Bağban bağa bağlıdır,

Bağ da bahara bağlı.

Al yanaqlı almanı

Becəriblər, yeyiblər.

Qızarıb, allanıb ki,

Ona alma deyiblər.

Mən sevirəm Sabirin,

Fuzulinin dilini.

Dilim görən gözlərim,

Çarpan qəlbim deyilmi?!

1968



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə