Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə29/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

151

Göllənər, sellənər, hirs ilə çağlar

Qüdyalçay yüz yerdən qırar bəndləri.

Dalğasında üzən solğun yarpaqlar –

Qüdsinin cırılmış epoletləri.

Bulqarçay – zülmətdə parlayan şimşək,

Vətənin boynuna qol salıb gələr.

Haqsız qanunları alt­üst edərək

Qırar sərhədləri, yol salıb gələr.

Təbrizin çayları abi­zəmzəmmiş,

Göz yanır ayrılıq atəşi kibi.

Kimsə Acı çaya Təlxrud demiş,

O, axır vətənin göz yaşı kibi.

Kor çay, yaraşırmı bu ad heç ona?

Onun ki gözündə min illik nur var.

Kaş xalqa, vətənə elə onun tək

İşıq verəydilər gözü olanlar.

Şəmkirçay, Tovuzçay, Əlincə, İncə...

Bazarçay, Gilançay, Qarasu, Ağsu...

İrmaqlar birləşib nəhrləşincə

Könüldə çırpınar dəniz arzusu.

Fəqət bu qızğınlıq bir anlıq olar,

Elə ki, keçdilər maneələrdən,

Çıxıb dəmir­beton məngənələrdən

Geniş düzənlərdə lal axar onlar.

Axşamlar mis rəngli qüruba dalar,

Gecə mürgü vurar sabaha qədər.

Saatdan saata kamala dolar,

Qocamanlaşarlar, müdrikləşərlər.

Obum, Yeniseyim – süstlüyə qənim,

İrtış – qayaları yırtan axarım.



152

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Turan torpağımız – ürəyim mənim,

Ağidel, Zərəfşan – qan damarlarım.

Ey könül, ömr elə bu nəhrlər tək,

Usanma, həmişə irəli şığı.

Baykaldan öyrənək, Kürdən öyrənək

Sakit, təmənnasız qəhrəmanlığı.

Axar budaq­budaq şaxələnərək

Saysız çeşmələrim, saysız çaylarım.

Şöhrətsiz fəhlələr, əkinçilər tək

Hələ gör nə qədər adsız çaylarım.

Kimsə bu dünyada çaysız, çeşməsiz,

Bitməz haraylarım, haylarım mənim.

Beş dəniz yaşayır məndə, beş dəniz.

Axır beş dənizə çaylarım mənim.



Türkan, 28 mayıs 1967

SARSILMA!

Bir damla yaş gördüm göz bulağında,

Xəzər qırağından keçəndə, qardaş.

Bilmirəm, küləkmi döymüşdü səni

Yoxsa acizlikdən doğmuşdu o yaş?!

Dayandım, harasa tələssəm belə,

Axı biz neçə il yoldaş olmuşuq.

Ana bildiyimiz Darülfünunda

Yan­yana boy atan qardaş olmuşuq.

Göz­gözə, əl­ələ susduq bir müddət,

Duydum qəlbindəki od həyəcanı.



153

Tərs bir şillə kibi çırpdın üzümə

Qəfildən dediyin beş­on misranı.

Saxta nitqbazlar!

 

Zər qədəhlərdə



Elin göz yaşını mey tək içdiniz.

Yüz xoşbəxt görəndə ötdünüz dil­dil,

Bir bədbəxt görəndə saymaz keçdiniz.

Dediniz:

 

bu dünya cənnət kimidir,



Qönçələr ovcunda jalə, zər yatır.

Ancaq göz yumdunuz, görmədiniz ki,

Güllərin altında gürzələr yatır.

Dinlədim.

 

Bildim ki, zərbə dadmısan,



Qəlbini hardasa yaralayıblar.

Ürək büllurunu çırpıb daşlara

Ruhunu hardasa paralayıblar.

Baxdım xət yerinə,

Birçəklərin ağ.

Saçlara dən düşür,

Özün uşaqsan.

Hələ irəlidə

Bütöv bir ömür.

Bu gün heç olmasa qeyzin güclüdür,

Bəlkə sabah tamam yumşalacaqsan.

Mən də qollarımı açıb Xəzərə,

Qışqırmaq istərdim sən tək az qala:

­ Hələ arvad almaq kişilik deyil,

Kədəri boğmaqdır kişilik, bala.



154

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bəs sən nə bilirsən?

Qaymaqmı həyat?

Zahıya verilən quymaqmı həyat?!

Burda ildırım da, sıldırım da var.

Həyata yaraşır sarsılmayanlar!

Ömür baharının yolu tufandır.

Tufandan keçənin alnı dağ gərək.

Gürzəni gülzarda görmək asandır,

Gürzəni gülzardan çıxarmaq gərək!

Neçin çiynin düşüb, qolun boşalıb?

Söylə, hansı rüzgar bundan xoş olub?

Hansı vaxt asanca doğubdur işıq?

Hansı vaxt zülmətlə çarpışmamışıq?

Bəs sən nə bilirdin?

Elə bilirdin:

Həyat şərbət dolu qızıl kuzədir?

Xayır!

Bambaşqadır onun düsturu:



Beşikdən qəbrəcən mübarizədir!

Poladlaşmayıbsa dişin, dırnağın,

Əl çək bu dünyadan,

get beşikdə yat.

Elə düşünmə ki, mərd oğulları

Guya gözü üstə bəsləyir həyat.

Bir damla yaş gördüm göz bulağında

Heç o damlanı da görməyəydim kaş.

Yaşı gözümüzdən şimşək çıxarsın

Qorxaqlıq, acizlik çıxartmasın yaş!



Türkan, 28 mayıs 1967


155

GƏNCƏNİN ÇİNARLARI

Zaman­zaman dalaram o gümüş çinarlara,

Gəncədən Göygöləcən düzülmüş çinarlara.

Çinarların ucları yellənər göy üzündə,

Çinarların kökləri dünyanın mərkəzində.

Çinarlar varlığımın qüruru, qürrəsidir,

Elə bil təbiətin yaşıl fəvvarəsidir.

Bükülməz, əyilməzlər fırtınada, tufanda.

Bir igid yaralanar bir budağı sınanda.

Məğrur çiyinlərində günəşin al bayrağı,

Başı üstə asiman – “Xəmsə”nin bir varağı.

Mənim üçün bir sənət aləmidir çinarlar,

Göygöl – mavi mürəkkəb...

Elə bil Nizaminin

Qələmidir çinarlar.

Zaman­zaman dalaram o tanış çinarlara,

Dünənimi bu günə bağlamış çinarlara.

O zaman ki, yağışlar damcı­damcı süzülər,

Bəlkə Şirin xanımın qırılmış inciləri

Buludlardan üzülər,

Yarpaqlara düzülər.

Çinarlar üz qoyarlar arandan dağa sarı,

Çinarın addımında – Fərhadın addımları.

Zaman­zaman dalaram o gümüş çinarlara,

Boynunda səkkiz əsri saxlamış çinarlara.

Göygöl, 28 mayıs 1967



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə