Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

166

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MƏNİ ÇAĞIRIRLAR HƏR GÜN DAN ÜZÜ

Məni çağırırlar hər gün dan üzü,

Buluda qırmızı xallar düşəndə.

Hələ bircə nəfəs udulmamış meh

Açıq pəncərəmdən gəlib keçəndə.

Dənizi görmürəm. Duyuram ancaq

Dəyir sahillərə qırçın­qırçın su.

Xəzərin hüdudsuz maviliyində

Mənim qəlbim boyda bir qüvvət susur.

Toxunub hardasa sal qayalara,

Zümrüdə çevrilir bahar ləpəsi.

Uzadır könlümə incə əlini

Qızılı zoğların yaşıl küpəsi.

Ağlayan tənəyin axan şirəsi.

Hündür elektrik sütunlarında

Gərilən naqillər kirpiklərimmi?

Çəkib al günəşin şüalarını

Daşıyır evlərə, imarətlərə.

Alqış könlümdəki qiyamətlərə!

Dənizlə torpağın, atəşlə suyun,

Sübh ilə gündüzün qovşağındayam.

Baharın paytaxtı haradı? Qəlbim!

Ən böyük arzular qaynağındayam.

Ay hələ sönməyib... bu qızıl diski

Alıb tullayımmı başqa dünyaya?

Gedimmi qoşulub ağ buludlara?

Nur olub axımmı sonsuz fəzaya?

İçimmi Xəzəri? Yoxsa düzlərin,

Dağların yerini dəyişimmi mən?



167

Uzadıb ömrünü bu gündüzlərin

Yanımmı gecələr günəş kimi mən?

Bupbu! Zərqanadlı şanapipiklər

Bir yaşıl budağın altında qoşa...

Qoy yuva salsınlar mənim ovcumda,

Bir ömrü onlarla vuraram başa...

1969

SƏRVƏTİM

İnanmır gözünə həpənd elə bil,

Nəsə taqqıldayır o boş çənədə:

­ Müəllim olmusan APİ­də...

 

On il!


Elə bu gündədir evin yenə də.

Gözləri dörd olub, gözlər soruşur:

­ Bəs hanı aynabənd, meydan otaqlar.

Top vursan dağılmaz evlər görmüşəm...

Evlər,

 

büllur qablar,



 

qızıl çıraqlar.

Dayan!

 

Sərvətimi orda arama,



Ey dost,

 

gözlərimə diqqətlə bax sən.



Bütün sərvətimi açıq alnımda,

Gülər gözlərimdə görə bilərsən.



1969


168

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



VƏTƏN

Ömrü sakinlərin ömrü qədərdir,

Heç vaxt bitməyəcək, qurtarmayacaq.

Hər gələn körpəylə dünyaya gəlir,

Hər gedən insanla getməyir ancaq.

Axır gilə­gilə damarlarına

Onun ovcundakı Göygöl, Araz, Kür.

Ananın südüylə qarışır qana,

Ata sevgisilə qoşa böyüyür.

Duydum bu hikməti: ölüm yox mənə!

Çünki mən yurdumun bir parçasıyam.

Hardasa yıxılsam onun yolunda,

Hardasa göyərib gül açasıyam.

Nəyisə, kimisə qocaldır illər,

Mənsə çaylar kimi aşıb­daşıram.

Nə qədər çəkişib bərkiyirəmsə,

Vətənə o qədər yaxınlaşıram.

Fikir ver, Daşkəsən eşim­eşimdir,

Gör necə saf çıxır dəmir filizi.

Qalıb yer altında dəmirləşibdir

Bizim babaların mərd iradəsi.

Məslək vuruşunda, səngər başında

Kişi qeyrətindən doğulan vətən!

Uğrunda o qədər alovlandıq ki,

Odlar torpağına, oda döndün sən.

Vətən – özümüzü dərk etməyimiz,

Daim fikrimizin yeniləşməsi.

Mənim nəfəsimlə, sənin əlinlə

Tarix qatarının yeyinləşməsi.



169

Alçaqlıq görəndə, riya görəndə

Qından qılınc kimi sıyrılmağımız.

Qəlbimiz cırlaşır, yoxsullaşırsa,

O qəlbi boğmağı bacarmağımız.

Alim paltarında nadan görəndə,

Bir az addımını ləngidir Vətən.

Mərdlərin əlilə ağciyərlərin

Üzünə çırpılan şillədir Vətən!

Biz bağban kimiyik, Vətən – bağ­bağat,

Bağlar nəsə tapar, nəsə itirər.

Fədakar, qayğıkeş bağbanı varsa,

Bir gülü solsa da, min gül bitirər.

Qarlı bənövşələr daşı qaldırıb

Can atır günəşə...

 

bu eşqə əhsən!



Bunca pak, bunca mərd bir məmləkətdə

Haqqın yox bir təhər baş girləyəsən.

Səninçin daimi döyüşdür Vətən,

Həyatda əriyib itməməyindir.

Böyük döyüşlərdə zərrə qədər də

Heç kəsə güzəştə getməməyindir.

Ömrü sakinlərin ömrü qədərdir,

Heç vaxt bitməyəcək, qurtarmayacaq.

Hər gələn körpəylə dünyaya gəlir,

Hər gedən insanla getməyir ancaq.



1970


170

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ORDU BAŞÇISI VƏ DÖYÜŞÇÜ

Deyirlər, vuruşun qızğın çağında

Görür bir əsgəri ordu başçısı.

Görür elə sərrast qılınc vurur ki,

Dönüb ildırıma qılıncın ağzı.

Döyüş səngiyəndə yanaşır ona,

Açır qollarını, basır bağrına.

Söyləyir: ­ Ay sənin başına dönüm!

Qoy öpüm yaranı, ay ömrüm­günüm!

Çırağım, dayağım, ər pəhləvanım!

Mənim fil yıxanım, arslan boğanım!

Bu gün sən olmasan, qalardıq darda.

Bəs sən bu vaxtacan hardaydın, harda?

­ Mən çoxdan burdayam! ­ deyir döyüşçü,

Bəs Siz hayanda, Siz – Zəfər tacımız!

İgidlər həmişə yaşar cahanda,

Ucalmaz başları ancaq başçısız.

Türkan, 1970

SEVİNCİN ZİRVƏSİ, QƏMİN ZİRVƏSİ

Bu söz bəlkə yaranmış

Qəzəb, hiddət selindən:

­ Dad yarımçıq əlindən!

­ Dad yarımçıq əlindən!

­ Yarımadıq istisindən,

Kor olduq tüstüsündən.

Gah gizli deyiblər, gah aşkar, açıq.

Bağda ağac yanıb, tağda şamama,

Gələndə arxların




171

Suyu yarımçıq.

Bəlkə su qıtlığı fəlakət deyil,

Sevginin qıtlığı bəladır fəqət.

Yarımçıq məhəbbət, yarımçıq nifrət,

Yarımçıq sədaqət – ən böyük illət.

Haçan zəhərləndi bu qan, bu ilik?

Nə qədər yarımçıq! Yarıtmaz... Yara...

Yarımçıq nəciblik, yarımçıq mərdlik

Məgər yaraşarmı yaranmışlara?

İnsan cəsarətlə gəlir dünyaya

Bəs hardan yığılır sonra bunca dərd?

Xəsislik deməkdir yarım səxavət,

Qorxaqlıq deməkdir yarımcəsarət.

Səni üzdən salır o maska – üzlük.

Könülsüz salam da – bir növ qəm, kədər.

Yarımçıq təmizlik, yarımçıq düzlük

Alçalır gözümdə əyrilik qədər.

Mənə şeirbaz yox, sənətkar verin

Görüm ki, hər sətri qılıncdır, oxdur.

Yarımçıq şairin, yarımçıq şeirin

Quru tikanca da dəyəri yoxdur.

Doldur piyaləmi gur bulaq kibi,

Qoy daşsın, tökülsün, doldur fincanı.

Bütöv istəyirəm hər qismətimi,

Bütöv istəyirəm Azərbaycanı!

Ya “Beş” ver, ya “İki”, “Üç” istəmirəm

Əsla xoşlamadım orta qiyməti.

Orta bacarıqla bu yurd, bu aləm

Heyran qoya bilməz bəşəriyyəti.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə