Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

140

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Məqribə,

 

məşriqə,



 

cahana göstər

Adında gizlənmiş istedadını!

Bir səhər, bir günəş var mənzilimdə,

Qoy dünyalar bilsin nəçisən, kimsən:

Kiçik mənzilimdə, dar mənzilimdə

Sən ucsuz­bucaqsız məmləkətimsən!

Ey bala Təbrizim, gün o gün olsun,

Ana Təbrizimə mən azad deyim.

Baban Şəhriyara kürəkən ol sən,

Qovuşsun Təbrizə Şəhrizad deyim.

Arzular könlümdə çeşmə­çeşmədir,

Arzular qoynunda boy atmışam mən.

Səni arzum üçün, amalım üçün,

Səni döyüş üçün yaratmışam mən!

Atanın ömrünə oğul yaraşıq!

Qoy bir nəfəs alım daha dərindən.

Mən öz Təbrizimlə bu gün yanaşı

Keçirəm Bakımın küçələrindən!

Bu gün yağış yağır... qorxma yağışdan

Tufanda, şimşəkdə bərkisin canın.

Sən mənim balamsan, mən sənin atan

Biz bir cüt oğluyuq Azərbaycanın!

1964

VURULMUŞAM MƏN SƏNƏ!

Vurulmuşam mən sənə,

Mənim bir yaşlı balam.

Asiman evimizdə

Səhər baxışlı balam.



141

Mən sənin yerişinə,

Hər işinə vurğunam.

Baxışına, boyuna,

Gülüşünə vurğunam!

Qollarımın üstündə

Quzu kimi yatan sən.

Oyananda hər şeyi

Bir­birinə qatan sən.

Ananın çox sevdiyi

Güldanları qıran sən.

Gözəl büllur qabları,

Fincanları qıran sən.

Bəzən insafa gəlib,

Qırdığını “quran” sən!

Mənim kiçik memarım,

Mənim körpə dəcəlim!

Qoy başını dizimə,

Sən uyu, mən dincəlim.

Hələ sənin əlinlə

Sular durulmalıdır.

Nələr uçurulmalı,

Nələr qurulmalıdır.

Mən sənin gözlərində

Yanan oda vurğunam.

Bu qırmaq həvəsinə,

Bu qurmaq həvəsinə,

Bu inada vurğunam.

Sığışmırsan beşiyə,

Sığışmırsan qəfəsə.

Mən vurğunam qəfəsi

Dağıdan bu həvəsə.




142

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Körpə dodağındakı

Südlü, odlu nəfəsə.

Ay mənim səadətim,

Mənim bir yaşlı balam.

Körpə şir balası tək

Pəncəli, döşlü balam.

Arzum budur: həyata

Məsləkinlə gələsən.

Nəyi uçurduğunu,

Nələri qurduğunu

Qabaqcadan biləsən.

1965

SƏN MƏNİM VÜQARIMSAN

Əbubəkr oğlu Əcəminin yaratdığı

Möminə xatun məqbərəsi önündə düşüncələr

Gözümə nur gəlir, baxdıqca sənə.

Qəlbim qüvvət alır hər naxışından.

Yerə yox,

 

sən bütün yer kürəsinə



İstinad etmisən yaranışından!

Zərif kitabələr sözlü­söhbətli,

Hər kiçik nəqşədə bir aləm mənim!

Məhsəti şöhrətli, Həcər qüdrətli,

Nigar ləyaqətli məqbərəm mənim!

Zümrüd kaşıların zəri sönməyib,

Dünənin bugünlə söhbətidir o.

Yox!



143

Memar Əcəmi hələ ölməyib,

Sabahkı ömrünün şöhrətidir o!

Başında xalqımın sənət çələngi,

Sənətin susmayan dili səndədir.

Səhəndin vüqarı, Göygölün rəngi,

Muğanın çiçəyi, gülü səndədir.

Natəvan söyləsəm sənə,

 

yaraşar,


O da sənin qədər incə olubdur.

Torpağa hopmayıb tökdüyü yaşlar,

Şeir olub, mirvari, inci olubdur.

Qılınclar toqquşub töküləndə qan,

Dağıldı nə qədər sərvətim­zərim.

Sən ey səkkiz əsrin fırtınasından

Gəlib bu günlərə çatan gövhərim!

Səndən işıq aldı Təbriz, Marağa.

Səninlə fəxr etdi Ərdəbil, Salmas.

Sənət dünyasında döndün mayağa,

Min tufan qopsa da bir gülün solmaz!

Yanından sovuşan adicə rüzgar

Sənin nəfəsinlə ətirlənibdir.

Gün səni görəndə parlayıb par­par,

Ay səni görəndə bədirlənibdir.

Alqış!


 

Əcdadımın ruhuna alqış.

Elimə, obama kömək yarandı.

Sən özün dünyada heç yaranmamış,

Səni qorumağa Babək yarandı.

Yağlı tikə üçün gələn yağılar

Diş qıcıb,

 

dövrənə çox dolanıbdır.




144

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Burda yüz fatehin havalı başı

Misri qılınc ilə ağıllanıbdır.

Gəlsin bir də baxsın Yakobstal, Zarre,

Sənə əbədiyyət bəxş eləmişəm.

Gözümün nurunu mən zərrə­zərrə

Sənin hər daşına nəqş eləmişəm.

Qoy yağış çiləsin... göstər göyləri.

Sən bir daş deyilsən.

Sən bir güzgüsən.

Vüqarlı çiynində qızıl dan yeri.

Mənim özümünsən!

Özümünküsən!

Qoy gəlib yanından ötsün duman­çən.

Sən yar buludları nur seli kimi.

Dayan Şah dağıyla, Savalanla tən,

Şərqin qocalmayan gözəli kimi!

Gözümə nur gəlir,

baxdıqca sənə,

Qəlbim qüvvət alır hər naxışından.

Yerə yox,

sən bütün yer kürəsinə

İstinad etmisən yaranışından!



1965

QƏSBKARLAR

Roma imperiyasının ildırım sürətli XII legionu

eramızın I əsrində zərbaycandan gəlib

keçmişdir. Qobustan qayalarından birində onların

yazılı nişanəsi qalmışdır.

Düşüncəmdə bir sual yenə haray qoparmış:

­ Daşlar nədən yaranmış, dağlar nədən yaranmış?



145

Dağlar bəlkə yaranmış xalqın sinə dağından,

Torpağın zülm əlində naçar sıxılmağından!

Görən neçin ucalmış bu bahadır qayalar?

Bəlkə əcdadımızın qalxanıdır qayalar!

Sinəsi şırım­şırım, ayağında göy mamır...

Nə qədər tufanların dilsiz yadigarıdır.

Mən heykəl qoymamışam Cavanşirə, Babəkə,

Bəlkə mənim bu səhvim təbiətə bəllidir.

Qobustan qayaları, Savalan dağı bəlkə

Babək mücəssəməsi, Cavanşir heykəlidir!

Görən qayaların da dostu­düşməni varmı?

Olmasa belə tutqun, belə sərt dayanarmı?

Bu fikirlər içində gedirəm yavaş­yavaş.

Birdən çıxır rastıma görmək istədiyim daş.

Budur o fatehdən qalan nişanə,

Yağışdan, yağmurdan solan nişanə:

İmperator Domisian Sezar Avqust Germanskinin dövrü.

Lutsi Yuli Maksim. “İldırım sürətli” XII legion senturionu.

Həkk edib adını böyük bir daşa.

Fikirlər içində baxıram daşa,

Xəzinə üstündə yatan ilan tək

Adlayıb illəri mənimlə qoşa.

Baxıram, gözümdə canlanır şəkli

Zirehli paltarı polad bəzəkli.

Dəmir dəbilqəsi bəyaz lələkli,

Köksündə nur saçan günəşin əksi



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə