Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

117

Tut qabını, kəndir ilə bağlamış,

Boynuna salmış, əli asudə, boş.

Tutları cüt­cüt qoparır əlləri,

Ağzına qəndab aparır əlləri.

Ancaq, odur, üstü­başı tərtəmiz...

Boşqaba mirvari yığıb Aybəniz.

Boşqabı kimçün aparır bilsəniz!

­ İlk nübarı siz dadınız, ay baba,

Bağbanı bar şad eləyər şübhəsiz!



1978

QARA CÖNGƏ

Enər qara nər kimi

Dağlardan qara cöngə.

Saymazyana yeriyər,

Düşsə də qara, cöngə.

Sinəsi ala­tala

Quzeydəki qar kimi.

Beli də al­qırmızı,

Qızıl şüalar kimi.

Yatanda köyşək çalar,

Bu ahəngə uyarsan.

Çəmənlərin ətrini

Nəfəsindən duyarsan.

1979



118

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ARAXÇIN

Özbək şairi

Abdulla Arif

Bizə xoş gəlib,

Səfa gətirib.

Bəxşiş gətirib –

Bir cüt araxçın.

Biri atamçın,

Biri anamçın.

Bəs bacım Aysel?

Bəs dostum Günel?

Yox, ata, bunlar

Sizinçün deyil!

1980

MARALLAR DA DUZ YEYƏRMİŞ

Bəli, maral duz istəyər,

Ceyran özü sevər duzu.

Duz tabağı dolan kimi

Yalar duzu qoyun­quzu.

O dağ sənin, bu dağ mənim,

Tapar duzu maral haçaq?

Duz tabağı boşaldımı,

Dada çatar buzlu bulaq.

Aslan əmi atla gedir,

O, minməmiş ancaq ata.

Sıldırımın başındadır,

Gərək yavaş addım ata.



119

Bəzən onu külək döyür,

Bəzən onu yağış, dolu.

At belində xurcuna bax,

Duzla dolu, duzla dolu.

Gah təpədən aşıb keçir,

Gah dərədən düşür yolu.

İldırıma, gürşada bax,

Sel aparır sağı, solu.

Təknələrə duz tökəcək,

Şadlanacaq maral, təkə.

Yaş duza bax, daş duza bax.

Xırda­iri parça­tikə...

Yağış yağır, sellər axır,

Gedir, cilov qolunda o.

Dözür qara, yağışlara

Maralların yolunda o.

1980

QIŞ GÜNÜ BAĞDA

Soyuq qış günü

Gəlmişik bağa.

Atam bel vurur

Qarlı torpağa.

Qarlı yel əsir,

Şaxta bərk kəsir.

Əlində qayçı

Atam tələsir...



120

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Kəsir tənəyin

Qızıl zoğunu.

Saxlayır ancaq

Üç, dörd buğumu.

Tənək zoğları

Sığmır qucağa.

Apardım, atdım

Yanar ocağa.

Dəmlədim çayı,

Dedim: ­ Ata, gəl!

Ocaq başında

Bir azca dincəl!



1980

ANA TORPAQ

Nə qədər zənginsən, ey ana torpaq,

Qoynunda nə qədər ərən, ər yatır.

Səndən aldığını sənə qaytaran

Alimlər, şairlər, igidlər yatır.

Bəlkə buna görə tufanlar qopur,

Bununçün püskürür bəlkə vulkanlar.

Çevrilib yüz qollu şəlalələrə,

Uca zirvələrdən tökülür onlar.



ODƏR YURDU, OD TORPAĞI

Azərbaycan, can vermişik adına, 

Canımızdır adındakı “can” sənin!

Soyuq qəlblər yana bilməz oduna, 

Namus sənin, şərəf sənin, şan sənin, 

Canımızdır adındakı “can” sənin!


122

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



HEYDƏR DƏDƏ – ATATÜRK

Azadlıq allahı tək əyləşib öz yerində,

Yerin­göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir, polad çiynində

Kəpəz, Qoşqar boyda yük.

Dədə Heydər – Atatürk!

Dərin mavi gözləri sakit yanan od­ocaq,

Alovunda satqınlar yanacaq, kül olacaq.

Qaranlıqda işıqdır – o işığa yol açaq.

Məsləki varlığından böyükdür, min qat böyük.

Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!

Dörd tərəf qar­qiyamət, sərt qış... O, güllü yazdır,

Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.

Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.

Dalğasında dönüklər ağ köpükdür, boz köpük.

Dalğalanır nəhr tək Dədə Heydər – Atatürk!

Sədərək körpüsünə

qanadlandı bu səhər,

Üç addımda Türkiyə... Hər çınqılı bir gövhər.

Azərbaycan, Türkiyə... Daş qala – qoşa səngər.

Bütün qasırğalara birləşməklə sinə gər.

Bu birlik qarşısında düşmən tük salacaq, tük...

Qucur iki sahili Heydər Dədə – Atatürk!

Ümid korpüsü üstə dayanıbdır inamla.

Dədə Heydər – Atatürk!



1992


123

GÖYLƏRDƏN GƏLƏN KİŞİ

Şah İsmayıl Xətaiyə

Xalqın yaman günündə, qan qaraldan günündə,

Məhəbbət qıtlaşanda, sədaqət qıtlaşanda,

Hiyləgərlik, tülkülük öz həddini aşanda,

Bazarda balla şorun qiyməti bir olanda,

Məhkəmədə caniylə hakim əlbir olanda,

Alimi susduranda bir nadanın öyüdü,

Qorxaq ələ salanda qəhrəmanı, igidi,

Qara ağdan, namərdlər mərddən seçilməyəndə,

Mənliyi olmayanlar “mənəm! mənəm” deyəndə,

Namus qızıl taxtından, qeyrət gözdən düşəndə,

Odu, közü hər yetən öz önünə eşəndə,

Qızıl gülün yerində qaratikan bitəndə,

Sözün, şeirin meyarı ilim­ilim itəndə,

Lapdan çıxar ortaya, gəlişi möcüzəli

Şah İsmayıl Xətai, ya Məhəmməd Füzuli!

Başında ağ çalması sanki Savalan qarı,

Varlığında Vətənin iqtidarı, vüqarı.

Qılınc yaxud qələmlə zamanı silkələyər,

Xalqına, millətinə “Dur! Qalx! Ya da öl!” deyər.

“Qalx!” sözünün içində “Xalq” sözünü görənlər,

“Xalq” sözünün içində “Qalx!” sözünü görənlər,

Dərk edər, dəmirləşər, birləşər ətrafında.

Ancaq neçə ağciyər, boynu dönməyən gədə,

Gözü götürməyənlər, iman gətirməyənlər,

Başı gora əsənlər, yırtmağa tələsənlər,

Tamahının üstündə əsim­əsim əsənlər,

Ziyankar cücü kimi sucaqda yaşayanlar,

Qoltuqda girlənənlər, qucaqda yaşayanlar,

“Qoyma! Məlundur!” deyə haray­həşir təpərlər,

Zəncir çeynər, tələsik od üstə su səpərlər.

Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı –

Şah İsmayıl Xətai, Xiyabani, Ərani.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə