Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

134

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Güclü şeirlərin hələ bir yana,

Mən sənin sevirəm hər cür şeirini.

O məğrur misralar yarandı bəlkə

Ən ağır zamanda, gərgin zamanda.

Yadlar, yırtıcılar yaxaraq ləkə,

Şair ilhamını yaralayanda.

İlham bir şairə məxsus deyil tək,

Xalqın sərvətidir, xalqın malıdır.

Şair Vətənini qoruduğu tək

Vətən də şairi qorumalıdır!

Mən Vətən söylədim, mən el söylədim.

Vətən bircə Kürmü, bircə Xəzərmi?

Muğanda saçını oxşayan nəsim,

Göygöldə gördüyün o mavi zərmi?

Vətəndaş olmasa, boş şeydir Vətən.

Beşgünlük, ongünlük güney qarıdır.

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır!

Qoy bir də gurlasın bu söz cahanda

Sədası titrətsin göyü, yeri də:

Müşfiqlər yaşayır Azərbaycanda,

Yaşayır Müşfiqin düşmənləri də.

Gəzdim doğulduğun eli, obanı,

Xızının küləyi üzümə dəydi.

Mən bəlkə sevməzdim Azərbaycanı,

Sənin tək oğullar yetirməsəydi.



Türkan, 28 may 1962


135

HÜSEYN CAVİDƏ

Qəlbin od,

şeirin od!

Ömrün­günün od!

Özün buz məzarda!

Bu necə işdir?

Bəs necə olub ki, o buz dağları

Sənin atəşindən əriməmişdir?!



1962

ÖMRÜMDƏ KÜR ÇAYINI

BU RƏNGDƏ GÖRMƏMİŞDİM

Mən Kürün qucağında

Göz açmışam dünyaya.

Hər çiçəyin, hər gülün

Ətrini duya­duya,

Boylanmışam dünyaya.

Mənə elə gəlir ki,

Yadımdadır o gün də.

Yellənirəm ağ tutdan

Asılmış yüyrüyümdə.

Yellənirəm.

 

Anam da,



Kür də laylamı çalır.

Biri susanda,

 

biri


Yenə qeydimə qalır.

Anam əkin­biçində,

Anam üzüm bağında.

Kürün səsi qəlbimdə,

Laylası qulağımda.



136

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əmimin kürəyində

Keçib o tay­bu taya

Mən Kürün sinəsində

Göz açmışam dünyaya.

O bağlar, o çiçəklər,

O tikanlar mənimdir.

Əllərimi qanatmış

Böyürtkənlər mənimdir.

Mən o yerin daşını,

Torpağını sevmişəm.

Torpaqdan çıxardığım

Boyağını sevmişəm.

Sevmişəm son payızda

Tapdığım son nübarı:

Ayazda çatlayaraq

Şəhdi süzülən narı.

Pirəbbənin gəlişan

Üzümünü sevmişəm.

Salxımların kəndirdə

Düzümünü sevmişəm.

Bu şirin xatirələr

Dövlətimdir, varımdır.

Tənəklərin

Çarpışıq qolları –

 

qollarımdır.



O kəhkəşan, o səma,

O sərin yay gecəsi,

Qəfil uçan qayanın

Kürdə batan gur səsi.




137

Ayın dövrəsindəki

O şölə, o halə də

Qəlbimdədir hələ də.

Ruhumdadır hələ də.

Mən qəlbimi o yurda,

O torpağa vermişəm.

Amma Kürü həmişə

Yazda lilli görmüşəm.

Çimib gələndə, anam

Çimizdirib təzədən.

İndi şəvə saçıma

Düşür təzə­təzə dən.

Yenə Kür qırağına

Düşdü güzarım mənim.

Bu qış günü açıldı

Yazım­baharım mənim.

Baxdım, qayıqla gəzdim,

Təmiz suyundan içdim.

Mən Kürü heç bir zaman

Bu rəngdə görməmişdim.

Bu dadda görməmişdim.

Göygölümün şəfəqi,

Təmiz səmalarımın

Buludsuz şeiriyyəti,

Elə bil cəm olubdur

Kürümün surətində.

Büllur ləpələrinin

Sakit əzəmətində.

Mən Kürdə görməmişdim

Heç zaman ulduzları.



138

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İndi bax gecə yarı

Kürün aynasındadır

Ulduzların qatarı.

Mən Kür üstə göz açıb

Boya­başa çatmışam,

Mən Kürə daş atmışam

Nə lövhələr görmüşəm:

Daşımı üzdürmüşəm,

Daşımı süzdürmüşəm.

İndi heç qıyarammı

Kürə bircə daş atım?

Mən gərək bu şəfəqi,

Bu saflığı yaşadım.

Durulan tək su deyil,

Arzularım durulmuş.

Kürə uşaqlığım da,

Gəncliyim də vurulmuş.

Kür mənim ilk anamdır,

Mən Kürün ilk oğluyam.

Bir qızıl balıq kimi

Sularına bağlıyam.

Sevəcəyəm mən Kürü,

Gəncləşən ana kimi.

Ömrümün üfüqündə

Günəş batana kimi.

Baxdım, qayıqla gəzdim,

Təmiz suyundan içdim.

Mən Kürü heç bir zaman

Bu rəngdə görməmişdim.

1962



139

OĞLUM TƏBRİZƏ

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.

Özüm də bilmirəm sən necə gəldin,

Yerdənmi, göydənmi tapmışam səni.

Bəlkə də səni heç tale verməmiş,

Taleyin əlindən qapmışam səni.

Sən bu gün – sevincim! Qanadım – qolum!

Dünən ürəyimdə dağ olmusan sən.

Heç ana bətninə düşməmiş, oğlum,

Bu ata qəlbimdə doğulmusan sən.

Özün də bilmirsən öz qiymətini,

Döyüş səngərimsən, qalamsam mənim!

Bir evin qeyb olmuş səadətini

Min evə qaytaran balamsan mənim!

Mən səni görəndə, çırpınır qəlbim

Deyirlər naşıyam, görməmişəm mən.

Alıram boynuma, niyə gizlədim?

Sənin tək səadət görməmişəm mən.

Anan süd veribdir,

 

fəqət mən sənə



Köksümdə közərən odu vermişəm.

Seçib milyon­milyon adlar içindən

Dünyada ən gözəl adı vermişəm.

Sən – oğul!

 

Sən – igid!



 

Sən – ər oğlu ər!

İftixarla daşı sən öz adını.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə