Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

110

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



KƏPƏNƏK VƏ DAĞ ÇİÇƏYİ

Çəməndə gördüm,

Sandım çiçəkdir.

Bu ki xallıca

Bir kəpənəkdir.

Xalları tək­tək:

Al, yaşıl, sarı.

Yüz rəngə çalır

Zər qanadları.

Seçə bilirəm

Daha bu gündən

Kəpənəkləri

Dağ çiçəyindən.

Türkan, 24 may 1968

SAĞICIDIR MƏNİM NƏNƏM

Sağıcıdır mənim nənəm,

Köməkçisi mənəm, mənəm.

Mən badyanı gətirirəm,

Nənəmə tez yetirirəm.

Nənəm sağır inəkləri,

Badyada süd köpüklənir.

Köpük südün ağ üzündə,

Muncuq­muncuq yağ üzündə.

Xallı inək, qaşqa inək,

Varmı bu cür başqa inək?!



111

Qaşqa inək naxırdadır,

Göy yoncası axurdadır.

Sağıcıdır mənim nənəm,

Köməkçisi mənəm, mənəm.

1970

HÜSNXƏT DƏFTƏRİ

Hüsnünə bax dəftərimin, hüsnünə,

Günmü doğur dan yerinin üstünə?

Göylərə bənzər bu cocuq dəftəri,

Bəlkə şüadır uzanan milləri.

Usta kimi tut qələmi, asta yaz,

Muncuğa bax, muncuğa bax, muncuğa!

Cümlə dürüst, duyğu təmiz, söz qəşəng,

Hərfi yazıb... sonra ürək şəkli çək.

Varlığını hərfə, sözə verməsən,

Heç əlinə alma qələm onda sən.

Yalnız işıqdır qələmin umduğu,

Nur, yaraşıqdır qələmin umduğu.

Xəttim alıb laləsifət “beş”ləri,

Zəhmətimin al qanıdır hər biri.

1975



112

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



nƏRGİZİM

Mənim zərif nərgizimin

Varmı tayı, varmı tayı?

Özgələri gül açmağa

Gözləyirlər yazı, yayı.

Amma mənim nərgizimin

İgid qıza bənzəri var.

Düşsə dolu, yağsa da qar,

Gör nə gözəl güllər açar!

Gülüş saçar, fərəh saçar,

Qar, qiyamət içində o.

Darıxmaz heç, karıxmaz heç

Nə çiskində, nə çəndə o.

Qarda yaşar bahar kimi,

Qırar qışın çanağını.

Tapıb qoyar öz başına

Qışın qırov papağını.

Ayaqları incə, uzun,

Soğanları yaşıl­yaşıl.

Zinətidir yurdumuzun,

Gözündə şeh – sevinc yaşı.

Ləçəkləri içib qarı,

Özək gülü bir az sarı.

Baxar aya, günə sarı,

Əmər qızıl şüaları.

İldırıma, çovğuna bax,

Sanma onu külək yıxar.

Boyca kiçik gülüm mənim

Qasırğadan güclü çıxar!

1975



113

FƏVVARƏ

Seyr elə fəvvarəni,

Dürrə dönüb damcılar.

Durma yaxın damcıya,

Üstünə nur damcılar.

Seyr elə fəvvarəni,

Sanki qızıl lalədir.

Gah qızaran şölədir,

Gah ağaran şölədir.

Söndü, baxın, mavi nur,

Yandı, baxın qırmızı.

Seyrə dalın cürbəcür

Don geyinən bir qızı.

Bəlkə sudan boylanır

Dəstə çiçək, dəstə gül.

Çəkdim... Alın şəklini,

Qismət ola dosta gül!

1975

KƏPƏNƏKLƏR

Gör kəpənəklər nə zərif quşdular!

Qaçdım... əlimdən ha yana uçdular?

Xırdaca yelkənmi açıb qaçdılar?

Gör necə tez məndən uzaqlaşdılar!

Bəlkə xəyal, bəlkə səma, bəlkə nur,

Rəngi qonur, güllərə şeh tək qonur.



114

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ağ kəpənək, boz kəpənək yan­yana.

Qırmızıdöş saldı məni al qana.

Bilmir, heyif, heç birinə dəymərəm,

Xallarına, zərlərinə dəymərəm.



1975

SARIKÖYNƏK

Lap balaca quşdur o,

Bapbalaca quşdur o.

Dimdiyində dənmi var?

Qalxdı... nə tez uçdu o!

Xırda, qara gözləri

İşıldar işıl­işıl.

Ayaqları çöp kimi,

Köksü bir az sarımtıl.

Su üstündə yuvası,

Gələr cəh­cəh sədası.

Yuvasında isinər

Yumurtası, balası.

Yayda hava qızanda,

Düşəndə gün şüası,

Kiçik yumurtasından

Çıxar kiçik balası.

Lap balaca balası,

Bapbalaca balası.

1975



115

QARANQUŞ

Qaranquşum, gözəl quş!

Öz işini görən quş!

Dimdiyində lələk, çöp

Hörgüsünü hörən quş!

Banda yuva tikmisən,

Mən o bana dəymərəm.

Çilləri boz yumurtan...

Yumurtana dəymərəm...

Çıxart bala, ver yemək,

Mən balana dəymərəm.

1977

SƏRÇƏLƏRİM

Mən sevirəm sərçələri,

Sərçələrim xırda, iri...

Lümək­lümək sərçələrim,

Qəşəng­qəşəng sərçələrim.

Mən sevirəm sərçələrin

Anasını, balasını.

Anasıdır çəkən, bilin

Balasının bəlasını.

Gedər ana, qalar bala –

Ətcəbala, dəymədüşər...

Civil­civil civildəşər

Yuvada körpə sərçələr.

Ana qayıtsa, dirçələr,

Yemək yeyəndə dirçələr.



116

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Vəcdə gələr səhər­səhər

O sərçələr, bu sərçələr.

Ağzı sarı, ağzı kiçik.

Görən deyər: bir tikədir.

Vay, nə yaman açıldı gör –

Ağzı başından yekədir.



1977

XARTUT

Xartuta bax, xartuta bax, xartuta.

Qənd qarışıb, bal bükülüb hər tuta.

Tut sulanıb, tut qaralıb. Tut – şəkər.

Al birini, bax dadına, ay Cəfər!

Vay səni!

Batdın qana ki...

Gendə dur.

Şalvarın ağ, köynəyin ağ, dinc otur.

Ağ geyinib gəlmə yaxın xartuta.

Cövhərini bəlkə verib nar... tuta.

Bax Anara, Yadigara, Yaquta,

Aydana bax, oxşarı var anquta!

Əllə dərir, dişlə dərir, gözlə də.

Qəşş eləyər, baxsa əgər güzgüyə.

Pinti, şulum rəngsaza bənzər Qəni.

Bicliyə bax, bicliyə bax! Vay səni!



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə