Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

129

Nə həsrət, nə hicran olsun,

Vahid Azərbaycan olsun!

Qoy birləşsin bir can olsun

O sahil də, bu sahil də!

1960

BAHAR

Sübh çağı bağçada gözlərim qamaşdı,

Ağaclar ağappaq, ağaclar qumaşdı.

Bu necə bağ­bərə, bu necə yamacdı –

Ağaclar açıbdır ağ yelkən, ay bahar!

Qabarmış ağ yelkən sübh ikən, ay bahar!

Arıtlanan xəşəmdən tökülən axça tək,

Arxların döşünə tökülmüş ağ çiçək.

Hayana baxıram – sol çiçək, sağ çiçək.

Ağ geyib torpağın, daşın da, ay bahar!

Buludlar çələngdir başında, ay bahar!

Həyətlər yamyaşıl, həyətlər yoncalı,

Qızılgül yarpaqlı, qızılgül qonçalı.

Yoxsa bir gəlinsən əllərin xonçalı,

Ya qəşəng nazənin qızmısan, ay bahar?

Xonçana min sovqat düzmüsən, ay bahar.

Sən mənim qismətim, sən mənim ömrümsən.

Durulan Göygölüm, bulanan Kürümsən.

Ömründə nə qədər dövranlar görmüsən

Olubmu belə bir xoş çağın, ay bahar?

Gedirəm, əlimdə bayrağın, ay bahar!

İstədim bu şeiri lap qısa yazım mən.

Buruqlar qoynundan gəl dedi yasəmən.

Qoşuldum güllərə, vuruldum yaza mən.

Könlümdə çağladı bulaqlar, ay bahar!

Qollarım dünyanı qucaqlar, ay bahar!




130

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əsməsin dayansın dəlisov küləklər.

Solmasın çiçəklər, göyərsin bu ləklər

Sığışmır köksümə arzular­diləklər.

Elə bil mən də bir baharam, ay bahar!

Dünyaya sənin tək baxaram, ay bahar!

Əmirhacıyan, 3 aprel 1960

BUZ İÇİNDƏ OD

 Mən yetişdim atəşlə su öpüşdüyü bir ölkədə.

Hüseyn Cavid

İldırım kəsərli qəhqəhəsilə

Ey köhnə dünyaya gülən şairim!

Sənanın, Azərin od nəfəsilə

Bu yeni dünyaya gələn şairim!

Gözündə həmişə iri gözlüyün...

Gözünün işığı məgər azdımı?

Ürək atəşini xalqa verənin

Gözünün atəşi azalmazdımı?

Vətənin, qürbətin yolları özgə...

Yollar misra­misra, sətir­sətirdi.

Səni yad ellərdən doğma ellərə

Vətən sevgisimi çəkdi, gətirdi?!

Günlər, dərdli günlər dumanda, çəndə,

Günlər də insantək müsibət çəkir.

Gül açan, bar verən illər içində

İl var ki, gün var ki, xəcalət çəkir.

Yaralı ömrünün bütün əzmini

Sən vətənə verdin, ellərə verdin.

O ötən çağlara yalnız cismini,

Qəlbini gələcək illərə verdin.

Bakı, 1960



131

PALID

Kimi qoruduğunu sanki hiss edir, duyur,

Kölgəsində qız kibi Göygöl rahat uyuyur.

Yaşıl qanadlarını suların üstə gərmiş,

Göygöl yaranan gündən bəlkə burda göyərmiş.

Nədir qol­budağında gördüyüm ağ zolaqlar?

Göy ovcunda sığırçın, bildirçin yuvası var.

O, həmişə dağları bahara səsləmişdir,

Bəlkə yarpağı sanı çolpalar bəsləmişdir.

Əl boyda yarpaqları ağ yellərlə daranmış,

Elə bil ki, Göygölü ildırımdan, çovğundan qorumaqçın yaranmış.

Dolandım dövrəsini, onun başına döndüm.

Təbəssümüm, sevincim birdən gözümdə söndü.

Ağ sinəsi bıçaqla qazım­qazım qazılmış.

Əyri­üyrü xətt ilə Alik­Tolik yazılmış, Gülya­Lilya yazılmış.

Eybəcərdi yazılar... zireh geyim üstündən

Vurulmuş yamaq kibi.

Cırtdanların əlilə pəhləvan sinəsinə

Çəkilmiş bir dağ kibi.

Göygöl, 28 avqustos 1961

LAYLAM MƏNİM, NƏRƏM MƏNİM

­ Lay­lay dedim, yatasan,

Qızılgülə batasan...

Hardan gəlir bu səs­səda?

Bəlkə illər arxasında



132

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Layla çalır gəlin ana?

Dörd qulac ip

Bir yüyrüyü

 

bənd eləmiş kəhkəşana.



Layla çalır gəlin ana.

Yelləndikcə kiçik yüyrük

Gedib dəyir bu ulduzdan o ulduza.

Layla axır... cocuq baxır.

Bəs nə üçün mürgüləmir?

Bayaq ana südü əmib,

İndi ana ruhu əmir.

İllər ötdü, yaşa doldum.

Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim,

 

doğransam da dilim­dilim.



Anladım ki, sinəmdəki sözlər deyil,

 

babaların nəfəsidir.



Dizlərimə taqət, qüvvət,

 

gözlərimə işıq verən,



Çənlibeldə at oynadıb

 

şimşəklərlə qoşa gedən



 

igidlərin nərəsidir.

Bu dildədir yüz abidə, min abidə,

Xilafəti parçalayan

 

Babəkimin qəzəbi də!



Məhv olarsa bir gün bu dil,

 

Göygöl onda Göygöl deyil.



 

Qoşqar onda Qoşqar deyil.

 

Qız qalası qala deyil.



 

Öz dilini sən qala bil!

Qərbə, Şərqə işıq salan

 

Füzulini sən qala bil!



Sağdır dilim,

 

demək, sağdır şərafətim, ləyaqətim.



Sağdır, demək,

 

milyard yaşlı məmləkətim.




133

Yüz hədəfə tuş etmişəm

 

Sabirin hər sətrini mən.



Salxım­salxım nuş etmişəm

 

şəhdini mən, ətrini mən.



1961-1979

TAMAM DOĞMAYAN GÜNƏŞ

Anan süd yerinə döşündən sənə,

Bəlkə od içirdi, od əmizdirdi.

Yox, sən yetimliklə böyümüsən ki...

Sənə Odlar yurdu bu odu verdi.

Şeirindən, sözündən de, kim doydu, kim?

Gəldin də, getdin də ilk bahar kimi.

Mən sənin qəlbinə Göygöl deyərdim,

Qəlbin yanmasaydı vulkanlar kimi.

Qızılgül yağardı dodaqlarından,

Bahar çırpınardı hər bir sözündə.

Sən söz kürsüsünə ucalan zaman,

Şeiri ucaldardın elin gözündə.

Tufanlar coşardı ilikdə, qanda,

Sönmüş duyğuları şeirin odları.

Alqış şəlaləsi guruldayanda,

Namərdin, dargözün bağrı çatlardı.

Əlacı olsaydı cilovlardı o,

Min­min könüldəki bu şəlaləni.

Fəqət el görürdü: köksün içində

El üçün titrəyən qızıl laləni.

Sən bir zinət idin Azərbaycana,

Dinlə, ürəyimin deyim sirrini:



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə