Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə66/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

336

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bu dünya bir əndişədir, əcəl daşdı, can şüşədir.

Ömrümüz cüt bənövşədir, qışla yazın arasında.



Türkan, 3 yanvar 1982

***

Gör necə dinc dayanmışam, di gəl, özün oxşa məni,

Bəlkə qaya, bəlkə daşam, döndər qızıl quşa məni.

Mən tamarzı, sən – tam, arzu, mən acam, sən dadlı ruzu.

Sən məcrasan, mən axar su, çırp qayaya, daşa məni.

Sən yazsan, mən qarlı qışam, qışı yaza daşımışam.

Mən bəlkə pis yaşamışam, sən ömrüm ol, yaşa məni.

Türkan, 3 yanvar 1982

***

Sən tərəddüd içindəsən, a bir dənəm, nazlı sənəm.

Dilin deyir: ­ Yaxın gəlmə! Belin deyir: ­ Gəl, səninəm!

Sən tərəddüd içindəsən, içərində döyüş gedir.

Nə yaxşı ki, sənin qanın düşüncəndən qüvvətlidir.

Heç bilmirəm ikiləşmə gözəllərdə nə şakərdir.

Məhəbbətə təslim olan təslimçi yox, müzəffərdir.

Dilin deyir: ­ Yaxın gəlmə! İnanmıram dilinə mən.

Belin deyir: ­ Gəl, səninəm! Kəmər olum belinə mən.

İkiləşmə! Canım, gözüm! Eşqin bircə qanunu var:

Baş ucaldır... eşq önündə əllərini qaldıranlar!



337

***

Üşüyürəm, üşənirəm, isit məni, qızdır, gülüm.

Saçlarına dən düşsə də, sənin ruhun qızdır, gülüm!

Sən yolumsan, mən yol soran, mən aşiq, sən aşiq yoran.

Dünya tufan, qarlı boran, qucağında yazdır, gülüm!

Sən Xəzərsən, mənsə Bakı, bu iki bir olsun təki.

Özün məndən betərsən ki, bu nə işvə, nazdır, gülüm!

Bu bağdan bir çiçək dərsəm, dəribən, köksümə sərsəm,

Ömrü sənə qurban versəm, azdır, inan, azdır, gülüm!

Türkan, 3 yanvar 1982

***

Sən məhəbbət yolçususan, mənsə, gülüm, məhəbbətəm.

Sən sədaqət elçisisən, mənsə elə sədaqətəm.

Sevənlərin güclüsü sən, eşqin səma ölçüsü sən.

Bəlkə qızıl külçəsisən, mənsə qızıl təbiətəm.

Mən daşamsa, sən büllursan, mən nurdoğan, sən də nursan.

­ Sevdim! ­ dedin. Nə cəsursan! Elə mən də cəsarətəm.

Türkan, 3 yanvar 1982

***

Neçin çəkinirsən, gülüm, de, məndən?

Məgər çoxmu səndən umacağım var?



338

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Tək bircə şüa saç günəş çöhrəndən,

Bilim ki, mənim də od­ocağım var.

Məgər çoxmu səndən umacağım var?

Bircə gözlərinə doyunca baxmaq,

Əlinin altında su kimi axmaq,

Axı dağ sinəmdə neçə dağım var.

Məgər çoxmu səndən umacağım var?

Bircə... ömür boyu həmdəmin olum.

Bircə... ağ boynuna dolansın qolum,

Görüm... hörüyündən bir qolbağım var.

Məgər çoxmu səndən umacağım var?

Bircə... nəfəsini nəbzimdə duyum.

Sənin ağ üzünə üzümu qoyum,

Bilim ki, ən xoşbəxt, ülvi çağım var.

Məgər çoxmu səndən umacağım var?

Eşqin, ehtirasın, həvəsin olum.

Aldığın hər udum nəfəsin olum.

Ölsəm, ağlayasan... bir də doğulum.

Məgər çoxmu səndən umacağım var?

Günəşəm, gəl, mənim kainatım ol!

Qartalam, sən mənim qol­qanadım ol!

Ölürəm dərdindən, gəl, nicatım ol!

Məgər çoxmu səndən umacağım var?

Bəli, inanacaq bir gün el, ölkə:

Mənim umacağım dünyadan böyük,

Sənin varlığından kiçikdi bəlkə!



Türkan, 3 yanvar 1982


339

***

İnana bilmirəm səadətimin

Evdə kainatdan böyüklüyünə.

İnana bilmirəm məhəbbətimin

Yanında günəşin sönüklüyünə.

Evdə kainatdan böyüklüyünə.

Elə ki, qar üstə ilk bahar düşüb,

Açılıb sellərin, suların ağzı.

Bəxtlinin bəxtinə gözəl yar düşüb,

Mənimsə bəxtimə Allahın qızı.

Açılıb sellərin, suların ağzı.

Deyirlər hardasa bir əcəl günü...

Yox, mən inanmıram. Nə qəm, nə kədər...

Görsə o tanrısal təbəssümünü,

Əzrayıl başını bulayıb gedər.

Yox, mən inanmıram. Nə qəm, nə kədər...

İnana bilmirəm barmaqlarımın

Ağ bir səadətə toxunduğuna.

İnana bilmirəm dodaqlarımın

Ucunda öpüşün oxunduğuna.

Pak bir səadətə toxunduğuna.

İnana bilmirəm mərmər sinədə

Cüt qumru mənimçün verib baş­başa.

Onun bir şüası çatar sənə də.

Yoldan sovuşanda qılsan tamaşa,

Cüt qumru mənimçün verib baş­başa.

Nə cür inanım ki, mələyin özü

Ağappaq buluddan enib indicə.

Mənə öz əlilə lalə çay süzür,

Bir kirpik çaldımı, yox olur gecə.

Ağappaq buluddan enib indicə.



340

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nə cür inanım ki, səadət özü

Boynuma qol salır, qadamı alır.

Şəkərdən şirindir dilinin duzu,

Min tərlan ovlayar bir kişmiş xalı.

Boynuma qol salır, qadamı alır.

İnana bilmirəm gözü gözümdə,

Şöləsi üzümdə parlayan günə.

Qolumda, köksümdə, hər bir nəbzimdə

Üç­dörd okeanın döyündüyünə.

Şöləsi üzümdə parlayan günə.

İncə qədəminlə bir qalx ayağa,

Gəl, mənim boynumu bir də qucaqla.

Çiynimdə şəlalə başımda qovğa,

Tökül, dağ sinəmə, çağla, ha çağla!

Gəl, mənim boynumu bir də qucaqla!

Təki inanım ki, xəyal deyilsən,

Əlimdə, ovcumda, cismimdə varsan.

Gözüm yox, özümsən, bəli, Xəlilsən.

Qəlbimə baş qoyan körpə baharsan.

Əlimdə, ovcumda, cismimdə varsan!

Vur məni, döy məni kirpiklərinlə

Təki inanım ki, bəxtimə yarsan.

Uç sinəm üstündə belədən belə.

Özünü görərsən, bağrımı yarsan.

Yar, yar. İnanım ki, bəxtimə yarsan.

Qırmızı donunu soyunma, gülüm,

Evdə addımlayan bir laləzarsan.

Sal çiyin üstündən ağ ipək tülü,

Görüm bənövşəli quzeydə qarsan.

Kirpiklər – tar çalan, gözlər – müğənni,

Segahsan, Mahursan, Şursan, Qatarsan.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə