Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə67/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   63   64   65   66   67   68   69   70   ...   113

341

Bəlkə sərnişinəm. Vaqonda məni

Günəşə aparan qızıl qatarsan.

Sal, dola boynuma hörüklərini.

Görüm ki, hörüklü bir hökmdarsan!

Kim deyir şan balı yığan arıyıq,

Biz bu yerin­göyün baş memarıyıq.

Soruş cahan bizə layiqmi? – Layiq!

Biz onun eşq adlı iftixarıyıq.

Sənin gözün xumar, idrakın ayıq.

Gəzəri baharsan, səyyar gülzarsan.

Bizim üçlüyümüz hər şey deməkdir:

Bir mən, bir kainat, bir də sən varsan!

Türkan, 6 yanvar 1982

OCAQ

Hüsnünə qoşduğum şeirlərimi

Oxudum, dan üzü oyanan kimi.

Oxudum alovlar, odlar tuşunda,

Gurhagur alışan ocaq başında.

Gurlayır buxarı. Qalxır yuxarı

Bir dəmir boruya sığmaz alovlar.

Qızılgül selidir odun axarı,

Dünyanın dibindən gəlir bu axar.

Boş otaq bir azca alaqaranlıq,

Güzgülər oyanıb ocaq səsindən.

Gör necə sıçrayır od – qızıl balıq

Gurlayan sobanın yan­yörəsindən.



342

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Hüsnünə qoşduğum şeirlərimi

Oxudum, canına qurban olduğum.

Oxudum, ey məni oyadan pəri,

Ey dağılan yuxum, ey dadlı uyğum!

Gördüm, bu dünyanın bağrından qopub

O əbədi yanan od­ocaq mənəm.

Sənə qoşduqlarım həmən ocağın

Yalnız şöləsidir, yalnız... ey sənəm!



1983

FİRƏNGİZƏ

Bütün işlərimi qoyub yarımçıq,

Atıb məğlubiyyəti, qələbəni, şöhrəti.

Atıb hər növ işrəti, bağı, istirahəti,

Atıb min bir neməti,

Yalnız səni tutmuşam, ey mənim səadətim,

Ağ buludlar dalından göndərilən sərvətim!

Yalnız sənin hüsnünün günəşinə boyanmaq,

Yalnız sənin güzgünün qarşısında dayanmaq,

Yalnız sənin ətrinə, nəfəsinə bələnmək,

Yalnız sənin üstünə gülab kimi çilənmək,

Yalnız səni dinləmək, sənin gözünə baxmaq,

Eyni qayadan çıxan, qarışan və sarmaşan

cüt bulaq kimi axmaq,

Atıb hər növ kitabı yalnız səni oxumaq...

Dünyada bundan böyük səadətmi var məgər?

Başım üstə gecələr ey camalı ağ səhər.

Dağlardan qopardıram zəfəri qəlpə­qəlpə.

Məğlubiyyət arxada... indi yalnız qələbə!

Atıb bağı, torpağı...




343

Sənin nəfəsin dəyən bağım yerüstü cənnət.

Nərgizləri qanadlı, şeh damlası şəkər, qənd.

Səbr vermisən mənə Xəzər dənizi boyda,

Daha heç bir miskinə baş qoşub döyüşmürəm.

Qüdrət vermisən mənə, kökləri sal qayada.

Elə kökləmisən ki, daha kökdən düşmürəm.

Ən böyük səadətim tellərinə toxunmaq,

O qanadlı, o zərif əllərinə toxunmaq.

Nizami “Xəmsə”siyəm, Füzuli “Divan”ıyam,

Mükafatım ­ diqqətin... Əllərində oxunmaq.

Məni qərq et bahara, ey ətirli güldəstə!

Bir az dincəl... yumulsun gözlərin gözüm üstə.

7 mart 1983

KATİBƏM

Elə bil stulda yox, şah taxtında əyləşib,

Makina qarşısında bir az da gözəlləşib.

Yaxşı misra görəndə qanadlanır, şadlanır,

­ Xəlil, yaxşı yazırsan! – deyib könlü atlanır.

Naşı ifadə görsə, durar, çatılar qaşı,

­ Dəyiş! – deyə əmr edər o gözəllik nəqqaşı.

Gündəliyim, poemam – hələ sökülməmiş dan,

Misra­misra süzülər şüa barmaqlarından.

Təkcə katibəmmi? Yox, odur dövlətim, varım,

Dən düşən saçlarıdır ən gözəl misralarım.



344

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qışda qorxar soyuqdan, əyləşər oda yaxın,

Gurhagur yanan soba, mənim qəlbimdir, baxın.

Armudu stəkanda təzələrəm çayını,

Qarşısına qoyaram kişmiş, badam payını.

Üşüsə, ürəyimi ona bir don biçərəm,

Son qurtumu yarımçıq fincanından içərəm.

Görüşlərdə aldığım ətirli güldəstələr

Solmaz onun əlində, yeni türkü bəstələr.

Həyatımın günəşi, Təbrizimin anası,

Mən yatandan sonra da çıqqıldar makinası.

Məndən tələb etdiyi nə “Volqa”dır, nə “Zim”dir,

Şərik səngərimizdə məslək mübarizimdir,

Kimdir gözəl katibəm? Mənim FİRƏNGİZİMDİR!

Türkan, 14 aralıq 1985

YAĞIŞLAR YAĞANDA...

Mən sizə yağışlar yağanda gəldim,

Gülüm, yadındamı o gün, o axşam?

­ Buyur, ağ suların işığında çim,

Hər damla bəlkə də müqəddəs bir şam.

Gülüm, heç bilmirəm, yağışlarınmı,

Ya sənin nurundan ovsunlanmışam.

Məni döyəcləyən baxışlarınmı,

Yoxsa göylər boyda saf bir ehtişam.

Bir cam su istədim, getdin, gətirdin,

Ağappaq donunda ağ bir xəyaldın.



345

O suyu bəlkə də özün kimi saf,

Bakir buludların ovcundan aldın.

Mən sizə yağışlar yağanda gəldim,

Başımdan tökülən büllurdu, nurdu.

Sənin özün qədər təzə, pakizə

Səma yuyunurdu, yer yuyunurdu.

Necə yuyunurdu buludlar, otlar.

Necə yuyunurdu çəmən, bağ­bağat.

Səni görmək üçün, bəlkə, ey nigar

Təzədən yaranır həyat, kainat.

Axı sən kim idin? Qabıqsız badam,

Yoxsa ürəyimdən keçən arzu, kam?

Bəlkə də dünyada ən munis adam,

Bir azca sevgilim, bir azca balam.

Mən sizə yağışlar yağanda gəldim,

İldırım çaxırdı Əsrik çayında.

Bəlkə ildırım yox, qəlbimdi, qəlbim

Çarpan ağ suların hay­harayında.

Mənə bəxş elədin heç bilsən nəyi?

Soruş, ey göylərin yeddinci qatı:

O incə, o ipək, ağ əllərində

Çimib günəşlənən bu kainatı.

Çimib gözəlləşən aləm yepyeni...

Xəbərin varmı heç, söylə, ey sənəm.

Sənin o alovlu sərinliyini

İçdikcə doymayan çinarlar mənəm.

Mən sizə yağışlar yağanda gəldim,

Qıyarammı deyəm sən bağrı daşsan.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə