Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə65/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

330

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qarışdın ruhuma, axdın qanıma,

Döndün məbədimə, can qüdrətimə.

Gözüm inanmadı səadətimə.

İncə əllərinlə qaldırıb məni

Elə bil günəşlə yanaşı tutdun.

Özümdə kəşf etdim min xəzinəni,

Demirəm, dürdanə, ya da yaqutdum.

Sən məni günəşlə yanaşı tutdun.

Necə inanardım gül dodaqlara,

Dodaqlar sözsüz də oxuyardılar.

Qızıl, gümüş kəsən gül ayaqlara

Küləklər fəxr ilə toxunardılar,

Çiçəklər fəxr ilə toxunardılar.

Necə inanardım qara gözlərə,

Aləmdi gülüşü, kirpik çalması.

Bütün kainata nur saçan qızın

Mənə sığınması, mənim olması.

Necə inanırdım. Təkcə inammı?

Deyərdim – Nəğməsən, şadlıqsan, qəmsən.

Sevincdən üstündür qəminin tamı,

Məni öldürənim, dirildənimsən.

Bağrımın başında bir cəhənnəm var,

Yox, məlhəm ummuram, ölmüş nigarım.

Xalxı qız aldadar, gəlin aldadar,

Məni öz Allahım, öz ulu Tanrım!

Türkan,

18 noyabr 1980



331

***

Bu yolu baş­başa gedək,

Mən səninəm, sən mənimsən.

Ömür boyu qoşa gedək,

Mən səninəm, sən mənimsən.

Zər şüalar darağındı,

Göy qurşağı qolbağındı.

Bağban gülün, gül bağındı,

Mən səninəm, sən mənimsən.

Dağ selindir, sel dağındı,

Gözüm bir cüt çırağındı.

Kim deyir can torpağındı,

Mən səninəm, sən mənimsən.

Qumru kimi ötənimsən,

Çəmən kimi bitənimsən.

Addımlayan Vətənimsən,

Mən səninəm, sən mənimsən.

Türkan, 19 noyabr 1981

FİRUZƏ

Nəğmə

Bədirlənmiş bir aysan, Firuzə, can Firuzə.

Qönçə nərgizə taysan, qar örpəkli nərgizə.

Barmağında üzük var, üzük qaşı­firuzə,

A mənim gözlərimin sevinc yaşı Firuzə!



332

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Məhəbbət aləmində bir az naşı Firuzə,

Hər gəlindən, hər qızdan göyçək, yaxşı Firuzə!

Türkanıma, bağa gəl! Gələrmisən de bizə?

Gəlsən, heyran qalarsan özün kimi nərgizə.

Mənim eşqim möcüzə, sənin özün möcüzə,

Nəbzim, səsim, nəfəsim – Firuzə, can Firuzə!

Mən bu eşqi heç zaman verməyəcəm biruzə.

Sən bilsən, cahan bilər, Firuzə! Can Firuzə!



Ağsu-Bakı yolu,

14 dekabr 1981

SƏNİN ADIN GƏLƏNDƏ

Ruhum bədəndən oynar sənin adın gələndə,

Ya kağızla, ya sözlə,

Ya işarə, ya gözlə

Barı bir zərrə boyda mehrin, odun gələndə.

İllah ki, telefonda doğma səsin gələndə,

Gözlərimin önünə canlı əksin gələndə.

Membrana, naqilə... hər cansıza can verən,

Ərzi ətirləndirən pak nəfəsin gələndə.

Göylərin aynasını günəş tər­təmiz silər.

Ürək diqqət kəsilər.

Qulağıma bir sözün, yarım sözün gələndə,

İllah ki, insaf edib durub özün gələndə.



333

Günəşin göndərdiyi ipək şüalar kimi

Hələ özündən əvvəl təbəssümün gələndə.

Zülmət olsa, görməsə qaranlıqda göz­gözü,

Tanıyıram mən səni addımının səsindən.

Ləp ərzin o başından bu başına çatası

Bir qız rayihəsindən.

Tələsik addımların, donunun xışıltısı,

Mənim üçün dağlarda şəlalə şırıltısı,

Bir­birinə söykənən güllərin pıçıltısı.

Əllər ələ dəyəndə yerlə göy qucaqlaşar.

Göz qoyuram ovcuna,

Taleyim cizgilər tək sənin ovcunda yaşar.

Varlığım bir söz kimi dilin ucunda yaşar.

Bayram etməzmi könül,

Ürəyimi almağa

Dünyada ən sevimli, gözəl qadın gələndə,

Sənin adın gələndə?

Qanadlanmazmı ürək iki gözüm gələndə?

Otuz ildən sonra da qar kimi ağ, ağappaq

Gəlinlik paltarında Firəngizim gələndə.

Necə aşıb­daşmayım?

Məhəbbət sarayına təməl, özül gələndə,

İllah ki, memar kibi durub, özün gələndə.



31 dekabr 1984


334

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



BİR GÖZƏLƏ YÜZ ŞEİR

Firəngiz xanım üçün

Gecələr yanında, gündüzlər işdə...

Mənim ikiləşən bir həyatım var.

Gecə farağatam, gündüz döyüşdə,

Dincəlib döyüşmək istedadım var,

Mənim ikiləşən bir həyatım var.

Elə ki, üzümə qapı açırsan,

Az qala uçursan göyərçin kimi.

Bədirli ayımsan, şölə saçırsan

Şaqraq qəhqəhəli sevincin kimi,

Az qala uçursan göyərçin kimi.

Evə qayıtmağın ovsunu varmış,

Ovsunçu gözəlim, bir dayan... düşün:

Bütün ağrıları unutdurarmış

Sənin təbəssümün, sənin gülüşün,

Ovsunçu gözəlim, bir dayan, düşün.

Təyyarə güc alır ilk təkanından,

Donanma sahildən, öz limanından.

Mən bütün qüvvəmi, gücümü aldım

O şən gözlərinin gülən anından,

İlk və son eşqimin ilk təkanından.

Gecələr yanında, gündüzlər işdə...

Ayaqdan çəkənim, naz çəkənim var.

Yelkənli qayığam bu kəşməkeşdə,

Yaxşı ki, sənin tək ağ yelkənim var,

Əlimdən tutanım, naz çəkənim var.



Türkan, 3 yanvar 1982


335

***

Bir gör vüsalımız necə uzandı,

Yemək də, içmək də çıxdı yadımdan.

Səhərdən işıqlı gecə uzandı,

Dodaqlar allandı busə dadından.

Adını çəkəndə şan balı yedim,

Hansı bal şirindi sənin adından?

Mənim təndirimdə alovsan, dedim,

Çörəklər bişəcək bu pak odundan.

Sən bədirlənmiş ay, mən sənə halə,

Dünya bir gülüstan, biz qoşa lalə,

Hansı bəxt ulduzu parlaqdı, söylə,

Sevilən kişidən, sevən qadından?

Başına dolanan üzərriyinəm,

Ömürlük sevincim, bər­bəzəyimsən.

Daş­qaşın, qolbağın, bilərziyinəm,

Taxma bəzəyini zərdən, altundan.

Sonu görünməyən mavi səmasan,

Gülən gözlərimdə bir cüt damlasan.

Ölsəm, yer üstündə sən addımlasan,

Yararam, çıxaram yerin altından!

Türkan, 3 yanvar 1982

***

Səslə məni, bəslə məni, qaşla gözün arasında.

Ömrüm qalıb deyəcəyin, iki sözün arasında.

Sən bütövsən, qəmər qırıq, tufandan tərlan kimi çıx.

Bir gör harda yaşayırıq: odla buzun arasında.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə