Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

312

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



LİFTDƏ GÖRÜŞ

Gözəllik timsalıydı

O qız başdan­ayağa.

O qədər gözəldi ki,

Utanırdım baxmağa.

Hünərin var, gözəlin

Gözlərinə baxanda,

Barı azca qımışma,

Gülümsəmə bu anda.

Güldüm... dodağı qaçdı,

Alışdı gül yanaqlar.

Aman, bir də qımışdı

Bəlkə mənə könlü var.

­ Sizə hansı mərtəbə?

Gülüb dedi: ­ Beşinci.

Dodaqlar arasından

Parladı dörd­beş inci.

Necə? Necə? Beşinci?

Niyə belə, niyə az?

Gülüm, birinci gözəl

Beşincidə dayanmaz!

Gəl, mən səni qaldırım

Ulduzlara, aylara.

Aman gəlib çatdıq ki...

Ulduz hara, biz hara?

Sənə qapı açmağa

İndi məndə güc hanı?

Ovçu necə buraxsın

Tora düşən ceyranı?



313

İndi bildim həyatın

Necə dəmləri varmış:

Liftdə günəş olarmış.

Liftdə bahar olarmış.

Moskva, 1958

YADINDAMI?

Yazdığın məktubu, yadında varmı,

Təzədən köçürdün... köhnəni atdın.

Mən yerdən götürdüm o yarpaqları,

Götürdüm, dar gündə dadıma çatdı.

Sənin əlin dəyən, nəfəsin dəyən

Cümlələr, sətirlər, sözlər, hərflər,

Hətta vergülün də, inanarmısan

Əzizdir mənimçün cüt gözüm qədər.

Hardasan, ey mənim bəxtimin qızı,

Mən möhkəm durmuşam sözümün üstə.

Gərəksiz bildiyin köhnə kağızı

Öpürəm, qoyuram gözümün üstə.

29 oktyabr 1956

O QIZIN DEDİKLƏRİ

Yalın ayaqları şehdə islanmış

Bir qız bu yerlərdə bələdçim oldu.

Canıma od saldı o canı yanmış,

Dağlarda həmdəmim görün kim oldu.

O şəffaf suların daldı seyrinə,

Dedi: “Nə qəşəngdir, Göygölə bax bir”.



314

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ancaq bilmədi ki, ikinci Göygöl

Onun xumar olmuş göy gözləridir.

Bir yarpız dərərək uzatdı mənə,

­ Çox gözəl ətri var – dedi – iylə bir.

Ancaq bilmədi ki, ən xoş rahiyə

Onun nəfəsinin öz ətrindədir.

Uzaqda, hardasa bir bülbül ötdü.

­ Nə gözəl nəğmədir ­ dedi ­ dinlə bir.

Ancaq bilmədi ki, ən yaxşı nəğmə

Onun öz dilində, öz səsindədir.

Dolaşdıq Kəpəzin döşü boyunca.

Bir çeşmə gördük ki, dupduru, qaynar.

Dedi: ­ Hansı qoca bundan doyunca

İçsə, on beş yaşlı bir oğlan olar.

Baxdım, xeyli baxdım o göyçək qıza,

Düşündüm: insafsız, heç demirsən bəs

Dünyada kim sənin sevgilin olsa,

Bütün ömrü boyu qocalmaq bilməz!



Moskva, 1957

AY AMAN!

Biz ikimiz çıxdıq dəniz seyrinə,

Axdıqca axdıq.

Suda gümüş ayın qızıl şeirinə

Baxdıqca baxdıq.

Onun əllərini sığalladım mən,

Əllər sevindi.

Onun tellərini sığalladım mən,

Tellər sevindi.

Üz­üzü oxşadı, göz­gözü duydu,

Sözsüz­sualsız.

Başımı baharın çiyninə qoydum,




315

Dillənmədi qız.

Dözmədim... alışdı tər yanaqları,

Elə bax bu an

Bircə yol açıldı gül dodaqları,

Dedi: ­ Ay aman!

Bu səs məhəbbətin ürəyə dolan

Öz səsiydimi?

Yoxsa ilk busədən qəfil məst olan

Qız səsiydimi?

O bəlkə bu səslə dünyanı qucmaq,

Qucmaq dilərdi.

Bəlkə qu quşu tək göylərə uçmaq,

Uçmaq dilərdi.

Dalğalar, dalğalar, mavi dalğalar,

Hanı o gözəl?

Birdəmi, birdəmi o incə bahar

Qoynunda gəzər?

Yenə də ay doğur, nura bürünür

Hər tərəf, hər yan.

Sularda xəyal tək bir qız görünür,

Deyir: ­ Ay aman!

Ağ bir kəmənd olub ləpələr bu gün

Ya məni boğsun.

Ya da anam məni həmən səs üçün

Təzədən doğsun.

Səsimə səs verib gurla, ləpələn,

Ey sakit ümman.

İlk eşq, ilk məhəbbət çıxdı əlimdən

Aman, ay aman!



Moskva, 5 aprel 1958


316

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



SEVƏN GÖZLƏR

Ona dedim: – Gözəl qız, nə qəşəng gözlərin var.

O gözlərlə aləmə şərik baxsaq, nə olar?

Dedi: – Mənim öylə bir gözəl yarım var ki, bil:

Onun tamaşasına iki göz də bəs deyil.

Moskva, Peredelkino,

28 mayıs 1958

BƏXTİNƏ NƏLƏR DÜŞÜB

Bu bahar günlərində birgə çıxmışıq yola,

Dolaşırsan elləri sən mənimlə qol­qola.

Bu qədər çiçəkləri kim səpibdir sağ­sola?

Şehmi düşüb güllərə, ya zər düşüb, sevgilim?

Bir gör sənin bəxtinə nələr düşüb, sevgilim!

Kim bilib ki, bu yoldan gəlib sən keçəcəksən,

Qaqrada mehman qalıb, Soçidən keçəcəksən.

Bu bəzənmiş yollara sən özün də bəzəksən.

Gör sahildə nə gözəl şəhər düşüb, sevgilim,

Bir gör sənin bəxtinə nələr düşüb, sevgilim!

Dan yerini seyr elə Ay Petrinin başından,

Sən böylə bir gözəllik görməmisən yaşından.

Krım gözəl olubdur elə yaranmışından,

Dalğalara ay düşüb, ülkər düşüb, sevgilim,

Bir gör sənin bəxtinə nələr düşüb, sevgilim!

Sənindir bu həyatda nemətlərin şirini,

Sərvətlərin ucası, çeşmələrin sərini.

Gəl, dolaşaq qol­qola bütün Türk ellərini,

Kainata bir nəhəng gövhər düşüb, sevgilim!




317

Bir gör sənin bəxtinə nələr düşüb, sevgilim!

Yalta Kiyevdən sərin, Kiyev, Yaltadan gözəl.

Qayalar və dalğalar... dalğa dalğadan gözəl.

Bütün dünya sənindir, sən bu dünyadan gözəl.

Sənin tək həmdəmim var, hələ düşün, sevgilim,

Bir gör mənim bəxtimə nələr düşüb, sevgilim!

Bakı, həziran 1961

SEVGİ SƏTİRLƏRİ

Kainat günəşlə, yer üzü yazla

Ürəyim səninlə doludur, gülüm.

Axmısan ömrümə gülüşlə, nazla.

Gəl, uçaq şərikli qanadımızla,

Ən böyük sevinclə sevinim, gülüm.

Ürəyim səninlə doludur, gülüm!

Dənizdən çıxırsan...

ayağın qumlu,

Yaş bədən yapışıb yaş paltarına.

İzin ver göylərdən ensin mələklər,

Gəlib su töksünlər ayaqlarına.

Bəlkə susamısan

alıb Göygölü

Uzadım ovcumda dodaqlarına.

Uzun kirpiklərin kölgəliyində

İki od qaynağı –

oy yüyürüm mən,

Bu qaynar gözlərə sürmə gətirim

Təbrizin qaranlıq gecələrindən.

Kəpəzin, Qoşqarın dərim gülünü,

Səpim yollarına, qədəmlərinə.

Gəncənin Dərbəndin işıqlarını



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə