Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə60/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

306

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



QARA TABUTLAR GƏLİR

Mahir adlı oğlu Stavropolda hərbi xidmətdə daşnaklar və

onların arxasında duranlar tərəfindən öldürülmüş

ORUCLU DİLARA anaya təsəlli

Qara tabutlar gəlir bu gün Azərbaycana.

Sink, alyumin tabutlar dağlardan azca ağır.

Bəbəklərdə fikir ver qana, lələ, mərcana.

Kirpiklərdən ildırım, bulud, yağışmı yağır?

Sink, alyumin tabutlar dağlardan azca ağır,

Açılmasın qapağı, izn vermir komissar.

Nə fərqi var, Azərmi, Mahirmi orda yatır?!

Küçələrə, yollara kədər nisar

1

, qəm nisar.



Açılmasın qapağı, izn vermir komissar.

280 tabut Əfqanıstandan gəldi,

Zülmətdən, qətrandan da qara təyyarələrlə.

318 mini Ermənistandan gəldi,

mıxlanıb mismarla yox, dilsiz qəmlə, qəhərlə.

Zülmətdən, qətrandan da qara təyyarələrlə.

Qara tabutlar gəlir... ünvanlar dürlü­dürlü...

Axalsidən, Riqadan, Cambul vilayətindən.

Tabutlarda yatanlar dünən ləl idi, dürdü,

Bu gün seçilmir gülün kədərlə ülfətindən –

Axalsidən, Riqadan, Cambul vilayətindən.

78 tabutu Leninakanmı qucdu,

Yoxsa zəlzələ içrə titrəyən Yer kürəsi?

78 bahadır bəlkə cənnətə uçdu,

Xəzərdə qasırğamı qurbanların son səsi?

Yoxsa zəlzələ içrə titrəyən Yer kürəsi?

1

Nisar – saçma, səpmə, dağıtma




307

Tabutların altında dağ çiyinlər əyilir,

Əyilir ata çiyni, əyilir qardaş çiyni.

“Bu dağlar ulu dağlar...” – bayatılar deyilir,

Saç yolan bacıların alışır bağrı, beyni,

Əyilir ata çiyni, əyilir qardaş çiyni.

Hər damla göz yaşında bir ildırım gücü var,

Buludları partladar, yeri, göyü çatladar.

Zülmət qatarlar gəlir dincliyimi udmağa,

Mənim 18 yaşlı gəncliyimi udmağa.



1989

QOCA ARXEOLOQ

­ Bəsdir bu dava­dərman,

bəsdir, iynələr yetər.

Mənə bir sarı güllü

iydə budağı verin.

Təzə, hörmə səbətdə

bir az qırmızı moruq,

Bir dəstə od qılçıqlı

sünbül darağı verin.

Qoparın köksümdən bu yanğıları.

Atın ürəyimi şəlalələrə.

Axıdın üstümdən buz bulaqları,

uyuyum...

baş qoyub od lalələrə.

Damcı dərmanı yox, toz dərmanı yox,

Dərmandır dağ ətri, daş ətri mənə.

Bircə gülünü də qıyıb üzməyin,

Təbiəti bütöv gətirin mənə.




308

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənim məlhəmimdir o boz torpağı

Yenə dağım­dağım dağıdıb eşmək.

Bir saxsı parçası, bir gün daşında

İtkin əsrlərin izinə düşmək.

Əllərim torpaqlı, köksüm alovlu,

Ensin ildırımlar qoy dəstə­dəstə.

Sanıram: Göygöldən bir ovuc içsə,

Sağalar dünyada ən ağır xəstə.

Gündoğan, Günbatan arasındaca

Bəşər gövhəridir Azərbaycanım!

Qızıl qayaları hələ bir yana,

Neftli daşına da qurbandır canım!

Oğuz qəbirləri, ulu kurğanlar,

Mamırlı, yosunlu qədim qalalar...

Mənim əllərimdən həyat alaraq

Dünyada əbədi gərək qalalar.

Canlanır ölkənin qayası, daşı

Ona ürək odu bağışlananda.

Qaya mərmərləşir, daş qızıllaşır,

Gözün işığıyla naxışlananda.

Vətən – bir mücərrəd anlayış deyil,

Ölməz babaların zəka nurudur.

Tağlara, bürclərə, imarətlərə

Öz ömrünü verən el qürurudur.

Yerdə yox, qanımda axsın Araz, Kür.

Dəryalar qabarar, çaylar daşanda.

Xalqın bu günü də aydın görünür

Dünəni əql ilə aydınlaşanda.




309

Çıxmır yaddaşımdan yüz məmləkətdə

İmarətlər tikən ustalarımız.

Uzaq İsfahanda, yaxın Dərbənddə

Daşlarda gül açan qüssələrimiz.

Qoy günəş batanda doğsun Registan,

Səmərqənd göz qoysun öz vüqarına.

Alqış Şamaxıdan, Bakıdan gedən

Bizim ustaların barmaqlarına.

Şahların adını çəkməyəcəyəm,

Çoxu zülmkardı, çoxu gözüdar.

Yaşasın, var olsun Tacı­Mahalı

Bəşəriyyət üçün yaradan memar!

Aylı gecələrdə onu seyrə gəl,

Dayanar bir anlıq ürək döyüntün.

Önündə surilər* – çadralı gözəl,

Meh vurar, əyilər pərəstiş üçün.

Çəkər heyran qoyar ayı, ulduzu

Eşqin memarlığa dönmüş timsalı.

Doğum üstə ölmüş gözəl el qızı

O Mümtaz Mahalın incə xəyalı...

Hanı Göy məscidin dürdanələri,

Pirsaat üstündə hanı o gövhər?

Talandı Vətənin xəzinələri,

Getdi qəlpə­qəlpə Londona qədər.

Maşınlar yanından qoy asta keçsin,

Gurultu xoşlamır o zər naxışlar.

Arzudan incədir o sənət, o süs,

Duysan – dünyaları sənə bağışlar.



310

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Maşınla ov edən namərd ovçuya

Deyin ki, bir azca uzaq dolaşsın.

Göbəyi müşklü qız ahularım

Muğan çöllərini azad dolaşsın.

Dərman istəmirəm, ona deyin ki,

Dəyməsin ürküşən ceyranlarıma.

Sürücü maşını elə sürsün ki,

Tozu toxunmasın reyhanlarıma.

Bir gün vida desəm, bilin ki, hələ

Dağlar başındadır ömrün mabədi.

İnsan gəldi­gedər, Vətən əbədi.

Vətən – ömrümüzün ilk, son məbədi!

Vətəni saxlayan min­min həyatdır –

Bağ­bağ, həlqə­həlqə zəncirləşərək.

Vətəndə bir əlin yaratdığını

Milyon əl birləşib yaşatsın gərək!



1969


TUT MƏNİM ƏLİMDƏN

Kainat günəşlə, yer üzü yazla,

Ürəyim səninlə doludur, gülüm.

Axmısan ömrümə gülüşlə, nazla

Gəl uçaq şərikli qanadımızla,

Ən böyük sevinclə sevinim, gülüm.

Ürəyim səninlə doludur, gülüm...


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə