Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə59/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

301

GÜLDƏSTƏ TOPLAYIRAM

“Şirvan çiçəkləri”nin müəllifi

şair Əhməd Cəmilə

Sanki qanadlıyam, uçub gəlirəm,

“Volqa” şose boyu süzür quş kimi.

Yerləri­göyləri qucub gəlirəm,

Yerlərə­göylərə vurulmuş kimi.

Əylə, qadan alım, maşını əylə,

Belə bağça olmaz, belə bağ olmaz.

Mən xəzanmı deyim bu gözəlliyə

Xəzandırsa, xəzan bu sayaq olmaz?!

Əhli­hal oğlandır, arifdir şofer,

Əyləyir maşını, düşürük yerə.

Nə qədər gözəldir bu səma, bu yer,

Enirəm dərəyə, gül dərə­dərə.

Üzümdən­gözümdən işıq tökülür,

Elə bil çiçək yox, fərəh yığıram.

Şəlalə sevincim daşıb tökülür,

Baxdıqca vurulur, bir də baxıram.

Sanki yol­yamaca al günəş düşüb,

Bəlkə ağacları alışıb yanır.

Hər qızıl yarpağa bir atəş düşüb,

Şəfəqlər şəfəqə qarışıb yanır.

Böyürtkən kolları, ­ qırğı caynaqlı,

İlişir, dolaşır ayaqlarıma.

Qırmızı salxımlar əli çıraqlı,

Bənzəyir gözəllik mayaklarına.

Yetişmiş, sulanmış dolğun gilələr

Allanıb, ballanıb qız dodağı tək,



302

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Gəlin, ay obalar, gəlin, ay ellər

Təbiət adlanan bu qızı öpək!

Mənim güldəstəmdə, baxın, nələr var:

Bu, palıd budağı, bu da qızıl gül.

Onlar mənim üçün Koroğlu, Nigar,

Onlar mənim üçün bir cüt saf könül.

Bu zoğal ağacı, bu sumaq kolu,

Hərəsi bir dərdin dərmanı güllər.

O bat­bat koludur, quruyub qolu,

Sağaldar, dişlərin ağrısa əgər.

Yalnız çiçək deyil dərdiyim mənim,

Gözümlə dərirəm şəfəqləri də.

Bahar təravətli çölü­çəməni,

Qızıl bilərzikli üfüqləri də.

Gedirəm, qoynumda nəhəng bir çələng,

Hər gülün ruhu var, hər otun canı.

Sanki çələng deyil qucduğum bərk­bərk,

Açıb qollarımı vəcdə gələrək,

Bağrıma basmışam Azərbaycanı!

1965

ƏNƏNƏ – GƏLƏNƏK

Biz gəldik bu axşam qəbir üstünə,

üzlər qəm rənginə boyanmış kimi.

Farağat çinarlar, telli söyüdlər

fəxri qarovulda dayanmış kimi.

Bürüdük məzarı üzük qaşı tək,

burda bir eloğlu, bir dost uyuyur.



303

Başı əmmaməli, əli təsbehli

mollamız üstündə Quran oxuyur.

On iki əsrdir gəlir bu adət,

fəryadlar içindən səssiz keçirik.

Molla surə açır ərəb dilində,

biz öz dilimizdə fikirləşirik.

On iki əsrdir köçür dünyadan

atamız, anamız, övladlarımız.

On iki əsrdir ölümüzlə bir

ölür ən qiymətli saatlarımız.

Sən bu saatları bir yerə topla,

ellərin sayına vurub hesabla,

illərin sayına vurub hesabla.

Onda bilərsən ki, əsr itirmişik.

neçin zaya çıxıb yüz diləyimiz.

Neçə dağ aşsaq da, bəlkə hələ də

İyirminci əsrə çatmamışıq biz.

Başımız üstündə meyvəli ağac.

bircə budağını əyə bilmədik.

Ən gərəkli gündə, qəbr üstündə də

ürək sözümüzü deyə bilmədik.



1970

ÜZ-ÜZƏ DURMUŞUQ

Fürsət axtarırsan, an gözləyirsən,

Elə bir girəvə gəzirsən ki, sən,

Zəhərli dişindən qılınc düzəldib

Soxasan köksümə düz qəbzəyəcən.



304

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Fürsət axtarıram, an gözləyirəm,

Elə bir girəvə gəzirəm ki mən,

Hörümçək torunu dartım, qopardım

Sənin o dolaşıq kirpiklərindən.

Fürsət axtarırsan, an gözləyirsən,

Elə bir girəvə gəzirsən ki, sən,

Başımdan basasan. Sümüklərimi

Nərdivan eyləyib hey yüksələsən.

Fürsət axtarıram, an gözləyirəm,

Elə bir girəvə gəzirəm ki, mən,

Sənə calaq vurum insaniyyəti,

İnsanlıq – xoşbəxtlik nədir, biləsən.

Üz­üzə durmuşuq. Görək kim kimi?

Hədəf bir, məqsədlər başqadı lakin.

Mənim silahımdır sənə məhəbbət,

Sənin silahınsa yırtıcı bir kin.



1978

ŞAİR QƏHRƏMANLIĞI

Mikayıl Müşfiqin həm parlaq şəxsiyyətinə, həm də böyük 

poeziyasına ayrıca məhəbbət bəsləyən, eyni zamanda mühüm partiya 

işində çalışan Ayna xanım Sultanova 1937-ci ildə onu yaxınlaşan 

qanlı fəlakətdən qurtarmaq üçün deyir: - Hüseyn Cavid onsuz da 

əlimizdən gedib. Bəlkə ona qarşı bir şeir yazasan, səni bu yolla xilas 

edək?! – Mən iki biləyimin dibindən kəsilməsinə razı olaram, ancaq 

nur heykəlinə, ustadıma, Hüseyn Cavidə qarşı şeir yazmaram! 

Sağ əlim yazsa, sol əlimlə onu baltalaram! – deyib Mikayıl Müşfiq.

Üz­üzəmi gəldilər Müşfiqlə Ayna Sultan?

Yoxsa çatdı sifariş qan­qırmızı stoldan?!



305

Ya bəlkə görüşdülər xəlvəti bir dalanda,

Dənizin yaxasında, ya bir köşkün dalında?

Bilmirəm bu dialoq harda, nə cür quruldu,

Bəlkə Ayna xanımın ala gözləri doldu.

Bəlkə hönkürtü saçdı, sözünü uda­uda,

Yatmış ikən oyanıq, oyaq ikən uyğuda.

Bilmirəm bu dialoq harda, nə cür quruldu,

Bircə budur bildiyim: dolmuş bahar buludu,

Zəif, zərif cismində dörd okean sükutu,

27 yaşlı gənc lapdan ildırım oldu.

Dimdik ayağa qalxdı dalğalı, gur saçları,

Barıt kibi qaraldı tutqun, çatıq qaşları.

Balaca, dar köksündə şəlalələr döyündü.

Uzun, çəlik qolları bir cüt qılınca döndü.

Nəsə qırdı, hayqırdı: ­ Qıfıllı sərhədləri,

Haqq önünə çəkilmiş dəmir­beton sədləri.

Ən dərin quyularda dəfn edilmiş dərdləri,

Maskadan da eybəcər, donuq sir­sifətləri.

Bir millətin boynuna ilgək kimi salınmış

Gizli cinayətləri, aşkar cinayətləri.

Qıvrılan qandalları, əjdaha zindanları,

Bu alınan, satılan ölümcül vicdanları

Silib süpürmək üçün mədəd, ey ulu Tanrı!

Yerdən, göydən bir qüdrət, hümmət, ey ulu Tanrı!

Mən Mikayıl Müşfiqəm, mən adicə bir şair.

Can istəsə verərdim... məndən fələk mürdəşir

Mənliyimi istəyir.

Dünyada hər xilqətin öz xülqü

1

, öz şakəri...



Gül paylayan bahardır, nur paylayan dan yeri.

Dağı, daşı göyərtmək selin, suyun qisməti.

Cürbəcür dona girmək buqələmun qisməti.

1988

1

Xülq –xasiyyət, təbiət




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə