Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə62/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

318

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qoy düzüm boynuna zümrüd yerinə,

Səpim yollarına, qədəmlərinə.

Sən bir ulu dağsan, mən dağ bulağı,

Bağrından süzülüb durulmuşam mən.

Öpüb oxşadığın körpələrinə,

Ana mehrinə də vurulmuşam mən.

Leylim,

Beatriçam,



Zöhrəm,

Cülyettam!

Bütün dastanlara ilkin yaraşıq!

Biz iki erada, altı qitədə

Ölümsüz eşq üçün adaxlanmışıq.

1969

EŞİTSƏM GƏLİRSƏN

Eşitsəm gəlirsən, dönərəm yelə,

Öpərəm mübarək qədəmlərini.

İçərəm bənövşə kirpiklərindən

Asılan mirvari şəbnəmlərini.

Öpərəm mübarək qədəmlərini.

Eşitsəm gəlirsən, uçaram, inan,

Pənbə buludlarla qucaqlaşaram.

Açaram köksümü yeddi iqlimə.

Dəli çaylar kimi aşıb­daşaram.

Pənbə buludlarla qucaqlaşaram.

Elə bir gülsən ki, ömür bağımda

Səni nəfəsimlə bəsləmişəm mən.

Qönçə bağlamısan göz qabağımda,




319

Səni dan yerindən səsləmişəm mən.

Səni nəfəsimlə bəsləmişəm mən.

Eşitsəm gəlirsən, çıxaram yola,

Bütün yollar boyu güllər əkərəm.

İkimiz bir qəlbdə yaşayaq deyə,

Sənə qəlbim boyda bir ev tikərəm.

Bütün yollar boyu güllər əkərəm.

Mən evəm, sən mənim od­ocağımsan,

Bağbanam, sən mənim barlı bağımsan.

Mən dağ bulağıyam, sən bulaqlı dağ,

Dünyadan ən böyük umacağımsan.

Ürəyim o qədər yanıqlıdır ki,

Az qala qanadlı bir quşa dönəm.

Sənin tellərinə düzülmək üçün,

Yağışa, zümrüdə, daş­qaşa dönəm.

Az qala qanadlı bir quşa dönəm.

Gürşadla, baharla, ya qatarla gəl!

Hər bir qədəmini könlüm izləyir.

Yüz­yüz, milyon­milyon dalğalarla gəl,

Səni sahildə bir qaya gözləyir,

Hər bir qədəmini könlüm izləyir!



1973

ƏLİNİ MƏNƏ VER!

Kim bilir, bəlkə də tab eləməzdim

Bunca sitəmlərə, bunca qəmlərə.

Günlərin bir günü rast gəlməsəydim

Hüsnündə gül açan təbəssümlərə.



320

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Alov kürəsindən çıxan sözlərin

Əritdi nə qədər qaya buzları.

Qırdıq tilsimini məsləksizlərin,

Vaxtında tanıdıq dələduzları.

Zövq ilə yaradıb bu dünya bizi,

Haça budaq kimi ömrümüz şərik.

İtirsək hardasa bir­birimizi,

Hardasa yenidən birləşəcəyik.

Əlini mənə ver, bala tərlanım!

Ən ulu zirvəni məskən seçərik.

Dağları dağıdan min­min tufanı

Biz qanad­qanada yarıb keçərik!

Sənin qulağında qar sırğaları,

Mənim üz­gözümdə şaxtalardan iz.

Bütün çovğunları, qasırğaları

Susdurar baharı doğan qəlbimiz.

Məni qorxutmayır nə cəng, nə hədə,

Nə qoca dünyanın ölüm­itimi.

Əzrayıl canımı ala bilsə də

Ala bilməyəcək məhəbbətimi.

Onlar yalan deyir: ­ Dünya ölüm, qan...

İnsan köməksizdir, insan tayqanad.

Baxıb gözlərinə qışqırdı könlüm:

“Gözəldir yaşamaq, gözəldir həyat!”



1977


“...Bəlkə eraların başı üstündən mən bir də gələcəm Azərbaycana!”


Salyanın Pirəbbə kəndi. Xəlil Rza bu evdə dünyaya gəlib

(indi bu kənd Neftçala rayonunun inzibai-ərazi bölgəsinə daxildir)

Şairin valideyni – atası Rza, anası Xanım


Məktəb illəri. Aşağı sırada soldan birinci Xəlil Rza oğlu. 1948


Pedaqoji Univ

ersitetdə ilk müəllimlik təcrübəsi. 

Aşağı sırada sağdan ikinci Xəlil Rza. Ötən əsrin 60-cı illəri


“... Mənim şeirim vüsalı, istiqlalı alqışlar”


Firəngiz xanım. 1957


Ömür-gün yoldaşı Firəngiz xanımla. 1960


Gənclik illəri


Xəlil bəylə Firəngiz xanım övladları Təbriz və Rza ilə. 1968

Neva sahillərində. 1959


“Kürsülərə sığmayan cəsur şeirim, ər şeirim

Təpədən dırnağacan silahlı əsgər şeirim...”


Xəlil Rza və Nəriman Həsənzadə həyat yoldaşları Firəngiz xanım və Sara xanımla. 

1957-1959-cu illər, Moskva


Balaca Təbriz və Rza anaları Firəngiz, bibiləri Böyükxanımla


Şairin övladları Təbriz və Rza


Nazim Hikmət və Rəsul Rza ilə

Xəlil Rza bir qrup tanınmış ədəbiyyat xadimi ilə


“...Sənət həvəsinə düşməzdən əvvəl

Sənətkar mənliyi yetişməlidir!”

Səttar Bəhlulzadə və Qabil ilə


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə