Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə58/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

296

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Azərbaycan!

 

Köksümdə arzuların Xəzəri!



Mənim gözümün zəri,

 

ürəyimin atəşi,



Gecəm­gündüzüm, yuxum!

Həyəcanım və qorxum!

 

Məhəbbətim, nifrətim!



Görünməz yarasından

 

Araz uzunluğunda qan axsa da,



 

sarğısı açılmayan Vətənim!

Hələ mərdi namərddən

 

seçilməyən Vətənim!



Azərbaycan! Od yurdu­gündoğanın gövhəri.

Yüz min sözün içində

 

dilimizin əzbəri.



Hələ atıb tutacaq

 

zaman bu kəlmələri,



 

haman bu kəlmələrin

 

vəznini bilmək üçün.



Siqlətini, ruhunu,

 

məğzini bilmək üçün.



Sözün də mərdlər kimi müqavimət gücü var.

İşsiz­əməlsiz sözü

Məhv edir qasırğalar,

 

toz­torpağa döndərir.



Qoşur əsən yellərə,

 

muzeylərə göndərir.



Ərdəbilim, Təbrizim!

 

Söylə, qara yelləri



Yara biləcəkmisən?

Tufanlar qarşısında

 

bu sal qayalar kimi



 

dura biləcəkmisən?

Deyirlər, səndə Tomris,

 

səndə Babək əzmi var.



Yetəcəkmi dadına

 

uzaqdakı qartallar?




297

Onların mərd ruhunu

tarixin caynağından qapa biləcəkmisən?

Milyon­milyon ürəyin

vahidləşən nəbzini

bükülməz biləyində

tapa biləcəkmisən?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Bu fikirlər içində

gedirəm yavaş­yavaş.

Sanki ürəyimdədir

ovcumda sıxdığım daş.



1979

TƏBRİZLİ ŞAİRİN DÜŞÜNCƏLƏRİ

­ Hamı yuxuya getmiş, oyaq qalan tək mənəm.

Gəzinirəm otaqda addımımı sayaraq.

Əlli beş illik ömür gəldi, keçdi biqərar.

Bəs bu vaxtda neylədi bu addımlar, bu qollar?

Əllərimə baxıram... bir az arıq, bir az cod.

Nazik budaqlar kimi şaxəli damarların

Üstü bir az göyümtül, içərisi hələ od!

Nə iş gördü, neylədi? Şeir yazdı əllərim.

Bəs neçin azalmadı barı bircə damla da

Mənim dərya kədərim, mənim ümman dərdlərim?

Nə qədər hava uddum, bahar, ya qış havası.

Ən yaxşısı səngərin barıtlanmış havası!

Ən çətin gündə belə,

torpaq, ey ana torpaq,

Bizdən qızırqanmadın bağlarının ətrini.

Bütün nemətlərini, bütün sərvətlərini

Bəxş elədin bizə sən.




298

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bəs səninçin neylədi bu addımlar, bu qollar?

Sənə gün ağladımı yetirdiyin oğullar?

Vaxt oldu dara düşdük, borana, qara düşdük.

İradəni gəmirən, dözümləri gövşəyən

Daş zindanlara düşdük.

Təslim olmadı ancaq içimizdəki vüqar!

Bildik ki, yer üzündə təkcə məhbəs dibi yox,

Savalan zirvəsi var, Səhənd ucalığı var!



1970

XƏZƏRDƏ GÜLÜSTAN

Cücərtilər, çiçəklər hasarsız dairədə,

Dörd tərəfdən dənizlə mavi mühasirədə.

Seyr elə gübrələnmiş səliqəli ləkləri,

Dəmir ayaqlar üstə möhkəm duran şəhəri.

Kişilər gəmilərin torpaq töküb küncünə,

Köhnə gəmi uzunsov, kiçik gülüstan olub.

Bu gülşənin yolunda tufan qopub, qan olub,

Qızılgüllər səpilib axırda su üzünə.

Sağda oranjeriya... al günəşli aynabənd,

Bağban açır üzümə qapıları taybatay.

Ağ çiçəkli maqnoli – gəlin, üzündə rübənd,

Naringilər, lumular sanki yerə düşmüş ay.

Burda rezin şlanqla axır səyyar bulaqlar,

Əfsanələr söyləyir çətin gələn bahardan.

Bürüyəcək Xəzəri Xəzər boyda laləzar,

Lalələr yanmayacaq bir də qəmdən, qubardan.

Əllərini sıxdığım bağbana göz qoyuram,

Təndir divarı kimi isti ovucları var.



299

Mənimkitək ağırdı işi bir az... duyuram,

Balasıdır elə bil qut bağlayan fidanlar.

Çəkilməyib heç zaman ağacların yanından,

Baxışıyla isidib hər üşüyən çiçəyi.

Şaxələrin şirəsi axıb keçir qanından,

Tunc alnında sındırıb ildırımı, küləyi.

Gileylənir: ­ Bu yerdə çətin qalxır ağaclar,

Ancaq asan itirir öz tumurcuqlarını.

Qasırğaya, çovğuna məgər baxır ağaclar?

Tufanda da yetirir bəhrəsini, barını.

1986

LƏYAQƏT

­ Məni işə düzəldin, ­ deyir tanış bir cavan ­

Ancaq bir az yaxşı iş... donluğu çox, yükü az.

Gözlərinin içinə baxdım, dedim astadan:

­ Neftçilər arasında sən deyən iş tapılmaz!

Gözlərinin içinə baxdım və anladım ki,

Gözdən, qulaqdan savay insanda bir də, bir də

Ləyaqət duyğusunun yetişməsi gərəkdir,

“Mən hər şeyə qadirəm!” deyən hissi gərəkdir.

Bunsuz gözlərin baxar, ancaq görə bilməzsən.

Bunsuz addım atarsan, gedə bilməzsən fəqət.

Ləyaqət duyğusudur insanı insan edən

Üç hecalıq söz deyil, qol­qanaddır ləyaqət!

– Gedək, səni aparım bizim Neft daşlarına!

Orda öz ürəyincə istədiyin işi seç.

Pis bir sənət yoxdur heç... göz qoy yoldaşlarına,

İsnişərsən, duyarsan sən də həyatı tez­gec.



300

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yaxşı ki, sözə baxdı. Qoşuldu bir gün mənə.

Usta köməkçisi ol, ­ dedim, ­ burda hələlik.

Mənim qardaşım oğlu, göz qoy bizim mədənə,

Mədənin bel sütunu fəhləlikdi, fəhləlik.

Sən bu yolu keçməsən, gözü bağlı qalarsan,

Fəhləlik könlün, gözün açılması deməkdir.

Sən bu yolu keçməsən, qalxsan da, alçalarsan,

Əmək – iş, ləyaqətin tac olması deməkdir.

Sən şair də, nazir də ola bilərsən bir gün,

Fəhlə ola bilməsən, nazirliyin əbəsdir.

Söz ürək təndirində çörək kimi bişməsə,

Çörəkçilik etməsən, şairliyin əbəsdir.

Fəhlə yaradır, qurur... bu sözlərə fikir ver,

“Qurur” və “qürur” sözü əzəli qafiyədir.

Yaratmasan, qurmasan, qürurun olmaz sənin,

Qürursuz keçinənlər insan deyil, kölədir.

­ Bəs onda vəzifəsi, bağ­bağatı, maşını,

Mərmər imarətilə “Mənəm! Mənəm!” deyənlər?

­ “Mənəm­mənəm!”lik hələ Mənlik duyğusu deyil,

Hər oxuyan, oxudan Molla Pənahdır məgər?

Sən fəhlə qürurunu ayır saxta qürurdan,

Qürur ipək qalstuk, göyçək natiqlik deyil.

Qürurlu ürəklərdə çaylar kimi vurur qan,

Qürurlu başları sən Elbrusdan uca bil!

Mənim canım­ciyərim, qardaşımın balası,

Sən duymazsan bu şeiri, fəhlə ola bilməsən.

Öz ruhudur insanın sarsılmayan qalası,

Kor qalarsan, qəlbindən işıq ala bilməsən.



1969


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə