Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

287

Ballı qaya... Ərimgəldi... Xaçındərbənd... Cıdır düzü.

Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü.

O çöllərdə Təbrizimin əl həniri, ayaq izi...

Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi.

Alaq düşmən çaynağından Sırxavəndi, Canyatağı,

Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı!

Cılızların, yavaların mini dəyməz bircə mərdə,

Ağciyərlər toz da deyil qəhrəmanlar olan yerdə.

Yüksəldilər ülviyyətə dalğa­dalğa, pərdə­pərdə.

Qoy Segahım, Çahargahım havalansın bir də, bir də.

Düşündürsün... düşünməsə sən ölmüş bil insanlığı, ­

Sazım, tarım, setarımsan, Odər yurdu, Od torpağı!

İnsanlığın vahid yolu – insanlığa məhəbbətdir,

Kimlər bunu anlamasa bircə torba çürük ətdir.

Sərvət, şöhrət düşkünləri damar kəsən kəmfürsətdir,

Kürsüləri mundarlayan xəyanətdir, cinayətdir.

Kirpikləri dolaşdıran his, qurum say qurumsağı,

Dağıt zülmət buludları, Nur qaynağı, Od torpağı!

Qudurğanlar dinc durmasa, daşqın, tufan olasıyam,

Yırtıcılar dünyasını burulğana salasıyam.

Nakam gedən mərdlərimin qisasını alasıyam.

Ölsəm belə bu aləmə mən yenidən gələsiyəm,

Anaların gözlərindən qanlı yaşı siləsiyəm.

İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı,

Batan, çıxan günəşimsən, Odər yurdu, Od torpağı!

Ürəklərdən alov qalxır: ­ Can Daşaltı! Can Xocalı!

Pulemyotlar, toplar coşdu: ­ Sovrul göyə, yan, Xocalı!

Dağın, daşın başdan­başa qan dənizi, qan, Xocalı!

O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı!

Şəlalələr qana döndü, qan­yaş gördüm hər bulağı.

Boynu bükük bənövşəni kimlər qırdı, Od torpağı?




288

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Süngülərə keçirdilər yüz uşağı, min qundağı.

Ağsaqqalı, ağbirçəyi, ayüzlünü, güldodağı.

Odqarışıq külə döndü yun şalının hər saçağı,

Uçdu, qondu buludlara igidlərin çal papağı.

Unutmazsan o papağı, Odər yurdu, Od torpağı!

Qaranlıqda oğru kibi yurda gecə girdi onlar,

Ulduzları güllələyib göydən yerə səpdi onlar.

Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar,

Cocuqlara əmzik deyil, od lüləsi verdi onlar.

İsti külə döndərdilər bar üstündə min budağı,

Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!

Od püskürən qızmış tanklar ayı, günü basdı keçdi.

Qəsrləri viran qoyub buludlardan asdı, keçdi.

Öylə bilmə dəmir üstə mürgənədi, pasdı, keçdi.

Mürgənələr arzu dolu ürəkləri hədəf seçdi,

Zülmət nuru yaraladı, alçaq mərdi, qara ağı.

Yandır sönən çılçırağı, Odər yurdu, Od torpağı!

Donmuş torpaq – quru taxta, qan sinəmdə laxta­laxta,

Qarmı dolan gözlərimə, ya çovuyan çovğun, şaxta?

Körpəmidir süd axtaran, döş axtaran qaranlıqda?

Kiçik, tonbul əllərilə isinirəm mən bu vaxtda.

Qan iyinə qaçdı, gəldi... seyr elə ac yalquzağı.

Qanəməri, südəməri unutmazsan, Od torpağı!

Gəlinlərin ayağını corabıyla bağladılar,

Düzüb xəndək kənarına diz üstündə saxladılar.

Ərənlərin tunc alnını avtomatla dağladılar,

Qaçanları Meşəlidə, Cəmillidə haqladılar.

Qanlı bıçaq qamarladı cüt sırğalı cüt qulağı.

Hanı zümrüd boyunbağı, Odər yurdu, Od torpağı?

Sən bəşərə bəxş etmisən son tikəni, ilk ruzunu.

Öz əlinlə yandırmısan özgələrin ulduzunu.



289

Söylə, kimdən əsirgədin çörəyini, ya duzunu?

Qorumusan Qərbin, Şərqin izzətini, namusunu.

Xankəndinə sığışmayan yaxşılığın buymuş sonu.

İmdadıma çata bilməz nə oxşama, nə bir ağı, ­

Min yaramın məlhəmi ol, Odər yurdu, Od torpağı!

Bu müsibət nə Daxau, nə Osvensim, nə Xatındı.

Qurşunlanan zər qələmli Dan ulduzu Salatındı.

Yəhərləri qana batmış Qıratındı, Düratındı.

Yadda saxla: daşnak sənin ən rəhmsiz cəlladındı.

Boğazında kəmənd oldu körpələrin bələk bağı,

Uğradın rus zavalına, Odər yurdu, Od torpağı!

Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm!

Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm!

Bircə kişi qalsam belə, güman etmə yalqız, təkəm!

Mən – dünənəm, mən – bu günəm, gələcəyəm, yerəm­göyəm.

Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm,

Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı, ­

Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!

And içirəm Təbrizimin günəş boyda məzarına,

Dünən solan, bu gün bir də çiçəkləyən gülzarına.

And içirəm ilk gəlinim Sevincimin ah­zarına,

Göz yaşından xal­xal olmuş alayanıq qollarına!

And içirəm Xocalımın qapadılmış yollarına!

Yarpağında insan qanı... xınalanmış kollarına!

Daş gəmirib qum yeyəcək yurduma göz dikən yağı,

Ucal, yüksəl, Odər yurdu, sən ey haqqın al bayrağı!

Əhrimənlər yuvasını darmadağın edəcəksən,

Qalxıb sabah, Aya, Marsa, ulduzlara yetəcəksən.

Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən,

Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən,

Təpiyimin altındaca gəbərəcək, öləcəksən.

Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı.

Yüksəl günəş dərgahına, Odər yurdu, Od torpağı!




290

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qolum üstə şirin­şirin yatmış idi... oyandımı?

­ Atam! ­ deyib ətrafına göz yaşıyla boylandımı?

Doqquz qatlı imarəti silkələdi fəryadımı?

Öpdüm tonbul ayağından, öpdüm kiçik yumruğundan.

Ovunmadı... kimi umdu, kimin çəkdi o, adını?

Ona necə cavab verim bu dan üzü, bu sübh çağı?

Özün ovut o körpəni Odər yurdu, Od torpağı!..

Türkan, 1 aprel 1992

VUR!

Elə mən özüm də bu gün yırtıcı...

Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncı...

Vur, ölən daşnakdır, adam deyil, vur!

Yırtıcı nifrətim düşməni qovur.

Adama bənzəyir yalnız zahiri,

Kirli caynaqları neştərdən iti.

Dişinin dibində ölüm zəhəri,

Gəlir yer üzünün ən murdar iti.

Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,

Yurdum özü boyda intiqam doğur.

Polad yumruğunu gürz kimi endir,

Gəbərən daşnakdır, adam deyil, vur!

Yurdum özü boyda intiqam doğur.

Nə ilan, nə əqrəb təhlükəlidir,

Qəsbkar əqrəbdən qat­qat şərəfsiz.

Maskalı surəti ərzə bəllidir,

Paklar məbədinə girir natəmiz.

Qəsbkar əqrəbdən qat­qat şərəfsiz.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə